BEŞİNCİ BÖLMƏ
QƏRARDAD
Ərizə no. 13371/16
Oqtay Muradov və Səbinə Əlizadə və digər 7 ərizəçi Azərbaycana qarşı
(əlavədəki siyahıya baxın)
Avropa İnsan Hüquqları Məhkəməsi (Beşinci Bölmə), 25 mart 2021-ci il tarixdə aşağıdakı heyətdən ibarət Komitədə:
Ganna Yudkivska, Sədr,
Ivana Jelić,
Arnfinn Bårdsen, hakimlər,
və
Victoria Maradudina, İclasın Katibi,
Əlavə edilmiş cədvəldə göstərilən müxtəlif tarixlərdə verilmiş yuxarıdakı ərizələri nəzərə alaraq,
Ərizələr üzrə təqdim edilmiş dostca anlaşma haqda bəyannamələri diqqətə alaraq,
Müzakirələrdən sonra aşağıdakı qərarı qəbul etdi:
FAKTLAR VƏ PROSEDUR
Ərizəçilərin və onların təmsilçilərinin siyahısı əlavədəki cədvəldə göstərilib.
Hökumət Ərizəçilərin Avropa Konvensiyasının 6.1-ci maddəsinə və 1 saylı protokolun 1-ci maddəsinə əsaslanaraq milli məhkəmələrin qərarlarının icra edilməməsi, gecikdirilməsi və ya gecikən icrası ilə bağlı verdikləri şikayətlər haqqında bilgiləndirilib. Eyni məzmunlu 13371/16 saylı ərizəçinin Konvensiyanın 13-cü maddəsinə söykənən şikayəti də hökumətə bildirilib (aşağıdakı cədvələ baxın).
Məhkəməyə tərəflərin imzaladığı dostca anlaşmalar təqdim edilib. Həmin anlaşmalarda Hökumətin əlavə edilmiş cədvəldə göstərilən təzminatı ödəməsi qaşılığında Ərizəçilərin Azərbaycan əleyhinə şikayətlərindən geri çəkildikləri ifadə edilib. Həmin məbləğlər cavabdeh ölkənin valyutasına çevriləcək və bu qərarın elan edilməsindən sonrakı 3 ay ərizndə Ərizəçilərin hər birinə ödənəcək. Həmin məbləğin göstərilən üç ay müddətində ödənilməməsinə görə Hökumət ödənilməsi gecikdirilən məbləğə görə faiz dərəcəsinin Avropa Mərkəzi Bankının illik son faiz dərəcəsinə uyğun olaraq hesablanmasını və bura üç faiz əlavə edilməsini məqbul hesab edir.
Hökumət həmçinin öhdəlik götürür ki, mübahisə mövzusu olan milli məhkəmə qərarlarının da 3 ay daxilində icra edilməsini təmin etməyi, icraya görə bütün xərcləri qarşılamağı öz üzərinə götürür.
Qeyd edilən ödəmələr və qərarların icrasının təmin edilməsi işin tam həll olunmasını təşkil edəcək.
QANUNVERİCİLİK
Məhkəmə, ərizələrin oxşar məzmununu nəzərə alaraq, onları bir qərar çərçivəsində araşdırmağı məqsədəuyğun saydı.
Məhkəmə tərəflər arasında əldə olunmuş dostca həll anlaşmasını nəzərə alır. Qərara gəlir ki, anlaşma Konvensiya və onun Protokollarında müəyyən edilmiş hüquqlara uyğundur, Ərizənin araşdırılmasını davam etdirmək üçün əsasların olmaması qənaətindədir.
Yuxarıda göstərilənləri nəzərə alaraq, hesab edir ki, ərizələri siyahıdan çıxarmaq məqsədəuyğundur.
Bu səbəblərə görə, Məhkəmə yekdilliklə,
Qərar verdi ki, ərizələr birləşdirilsin.
Qərar verdi ki, ərizələr Konvensiyanın 39-cu maddəsinə uyğun olaraq, baxılacaq işlərin siyahısından çıxarılsın.
Qərar ingilis dilində hazırlandı və 15 aprel 2021-ci il tarixdə yazılı şəkildə elan edildi.
Viktoriya Maradudina, Sədr
Ganna Yudkivska, Katib
ƏLAVƏ
Konvensiyanın 6.1-ci və 1 Saylı Protokolun 1-ci maddəsi üzrə şikayət edən ərizəçilərin syıahısı
(milli məhkəmə qərarlkarının icra edilməməsi və ya gecikmiş icrası)
No. | Ərizə no. Daxil olma tarixi |
Ərizəçinin adı
Doğum tarixi |
Təmsilçinin adı
İqamət yeri |
Yuxarıda qeyd ediləndən başqa şikayətlər | Uyğun milli məhkəmə qərarı | Hökumət anlaşmasının tarixi | Ərizəçinin anlaşmasının tarixi | Ödəniləcək mənəviu zərər (avro ilə) | Xərc və məsrəflərə görə ödəniləcək məbləğ (avro ilə) |
1. | 13371/16
25/02/2016 |
Ogtay Sabir oglu MURADOV
1974 Sabina Sabir gizi ALIZADA 1977 |
|
Maddə 13 | Nizami Rayon Məhkəməsi
04/09/2012 |
12/01/2021 | 09/12/2020 | 3,600 | |
2. | 248/17
19/12/2016 |
Saida Huseyn gizi GASIMOVA
1969 |
Ruslan Asabali oglu MUSTAFAZADE
Sumgayit |
Baku İnzibati Məhkəməsi,
10/06/2014 |
12/01/2021 | 11/11/2020 | 3,600 | 250 | |
3. | 3351/17
29/12/2016 |
Bafadar Malik oglu
NABIYEV 1957 |
Gulsahab Nasib gizi ALLAHVERDIYEVA
Baku
|
Yasamal Rayon Məhkəməsi ,
30/04/2013 |
12/01/2021 | 11/01/2021 | 3,600 | 250 | |
4. | 55746/17
20/07/2017 |
ASTARA SMALL
ENTERPRISE |
Ruslan
MUSTAFAZADE
Sumgayit |
Ali Məhkəmə,
06/09/2016
Sumqayıt Apelyasiya Məhkəməsi, 23/11/2016
|
12/01/2021 | 11/11/2020 | 2,100 | 250 | |
5. | 72973/17
02/10/2017 |
Sara Bahram gizi FARAJZADE 1958 Farid Mazahir oglu FARAJZADE 1987
|
Sadig Tofig oglu BAGIROV
Khirdalan |
Sabail Rayon Məhkəməsi,
25/04/2006 |
12/01/2021 | 09/10//2020 | 3,600 | 250 | |
6. | 1124/18
22/12/2017 |
Khalida Shafagat gizi BUNYATOVA
1962
|
|
Binəqədi Rayon Məhkəməsi ,
21/06/2014 |
12/01/2021 | 05/11/2020 | 3,600 | ||
7. | 1130/18
22/12/2017 |
Sayyara Jalal gizi MIRZAYEVA
1960
|
|
Binəqədi Rayon Məhkəməsi ,
17/03/2014 |
12/01/2021 | 04/11/2020 | 3,600 | ||
8. | 48318/18
04/10/2018 |
Rauf Majid oglu
BAYRAMOV 1939
|
Baku Apelyasiya Məhkəməsi,
17/03/2014 |
12/01/2021 | 11/12/2020 | 2400 |