13 fevral 2023-cü il tarixində dərc edilib
BİRİNCİ BÖLMƏ
Ərizə nömrəsi 12542/21
Cəlal Ağasəf oğlu HÜSEYNOV və başqa 2 ərizəçi Azərbaycana qarşı
(əlavə edilmiş siyahıya baxın)
24 yanvar 2023-cü il tarixdən hökumətlə kommunikasiya edilməyə başlanıb
MƏHKƏMƏ İŞİNİN MƏZMUNU
Bu məhkəmə işi ərizəçilərin ləyaqəti alçaldan rəftara məruz qalmaları iddiaları ilə bağlıdır. İşin hallarına görə, ərizəçilər onlara qarşı cinayət prosesi çərçivəsində Bakı Ağır Cəza Məhkəməsində və Gəncə Apellyasiya Məhkəməsinin 4 fevral 2021-ci il tarixli iclasında, eləcə də Xəzər Rayon Məhkəməsinin 6 mart 2021-ci il tarixli iclasında metal qəfəsdə saxlanılıblar (xüsusilə 3 və 10 fevral 2021-ci il tarixli məhkəmə dinləmələri zamanı).
Ərizəçilər Konvensiyanın 3-cü maddəsinə əsaslanaraq, onların məhkəmə zalında metal qəfəsə salınmasının ləyaqəti alçaldan rəftara bərabər olmasından şikayət ediblər.
TƏRƏFLƏRƏ SUAL
1. Ərizəçilər məhkəmə zalında metal qəfəsdə saxlanılmaları səbəbindən Konvensiyanın 3-cü maddəsinin pozuntusu ilə müşayət olunan rəftara məruz qalıblarmı (bax, digər orqanlarla yanaşı, Svinarenko və Slyadnev Rusiyaya qarşı [GC], № 32541/08 və 43441/08, §§ 113-39, AİHM 2014 (çıxarışlar) və Natiq Cəfərov Azərbaycana qarşı, № 64581/ 16, §§ 37-40, 7 noyabr 2019)?
CƏDVƏL
No. | Ərizə no. | İşin adı | Daxil olub | Ərizəçinin doğum ili, iqamət yeri, milliyəti | Təmsilçi |
1. | 12542/21 | Hüseynov
Azərbaycana qarşı |
12/02/2021 | Cəlal
Agasəf oglu HÜSEYNOV |
Cavad CAVADOV |
2. | 12666/21 | Qənbərov
Azərbaycana qarşı |
08/02/2021 | Zaur
Ələddin oglu Qənbərov |
Cavad CAVADOV |
3. | 42819/21 | Məhəmmdəsoy Azərbaycana qarşı | 16/08/2021 | Natig
Məmməd oğlu MƏHƏMMDƏSOY |
Cavad CAVADOV |