№12308/20 Fərman MƏMMƏDOV Azərbaycana qarşı – 19 FEVRAL 2024-CÜ İL

 

19 fevral 2024-cü il tarixdə dərc edilib

 

BİRİNCİ BÖLMƏ

 

Ərizənin nömrəsi: 12308/20

 

Fərman MƏMMƏDOV Azərbaycana qarşı

 

20 fevral 2020-ci il tarixdə təqdim edilib
1 fevral 2024-cü il tarixdə kommunikasiya edilməyə başlanılıb

MƏHKƏMƏ İŞİNİN MÖVZUSU

Bu məhkəmə işi ərizəçiyə və digər journalist olan dörd cavabdehə qarşı qaldırılmış mülki proseslə bağlıdır. Həmin proseslər müxtəlif qəzetlərdə və internet medialarında yayılan yazılarla bağlıydı, yazılarda gənc iş adamı olan H.A.-nın insanların pullarını dələduzluq yolu ilə mənimsəməsindən bəhs edilirdi. Həmin məqalələrdə ərizəçiyə istinadla həmçinin qeyd olunurdu ki, H.A.-nın anası, keçmiş deputat E.A. oğlunun əməllərini ört-basdır etmək, həmçinin, müxtəlif dövlət müqavilələrinin ona yaxın adamlara verilməsini təmin etmək üçün vəzifəsindən istifadə edib. H.A. və E.A məqalələrdə yer alan məlumatların yalan olduğunu və onların nüfuzuna xələl gətirdiyini iddia edərək məhkəməyə müraciət etmişdi. Yerli məhkəmələr onların xeyrinə qərar çıxarmışdə. Məhkəmə, cavabdehlərin məqalələrdəki faktiki ifadələrin doğruluğunu sübut edə bilmədiklərini müəyyən etmiş, cavabdehlərin ərizəçilərin hər birinə 10 min manat mənəvi ziyan əvəzi ödəməsinə qərar vermişdi. Yuxarı məhkəmələr qərarı dəyişməmişdi.

Konvensiyanın 10-cu maddəsinə əsaslanan ərizəçi, onun ifadə azadlığına müdaxilənin əsassız, ona tətbiq edilən sanksiyanın qeyri-mütənasib olmasından şikayət edib.

TƏRƏFLƏRƏ SUALLAR

1. Ərizəçinin ifadə azadlığına Konvensiyanın 10-cu maddəsinin 1-ci bəndinin mənasında müdaxilə baş veribmi? Əgər veribsə, bu müdaxilə 10-cu maddənin 2-ci bəndi baxımından əsaslandırılıbmı? Xüsusilə, ərizəçinin ifadələrinin qiymətləndirici mülahizə kimi deyil, faktların ifadəsi kimi səciyyələndirilməsi əsaslandırılıbmı? Zərər əvəzi məbləğ proporsionallıq tələbinə uyğun olaraq təyin edilibmi?

2. Ərizəçi barəsində Binəqədi rayon məhkəməsinin 31 avqust 2018-ci il tarixli qərarı icra olunubmu və o, qərarda göstərilən məbləğləri ödəyibmi?

3. Tərəflərdən mübahisəli nəşrlərin ingilis və ya fransız dillərində təfərrüatlı xülasəsini, habelə, daxili məhkəmələr tərəfindən böhtan xarakterli hesab edilən mübahisəli məqalələrin xüsusi çıxarışların ingilis və ya fransız dilinə tərcümələrini təqdim etmələri xahiş olunur.