№1110/18 ÜLVİYYƏ KƏRİMOVA AZƏRBAYCANA QARŞI – 28 fevral 2022-ci il

 

28 fevral 2022-ci il tarixdə bilgi dərc edilib

 

BEŞİNCİ BÖLMƏ

Ərizənin nömrəsi 1110/18

Ülviyyə Kərimova Azərbaycana qarşı

 

7 fevral 2022-ci il tarixdə hökumətlə kommunikasiyaya başlanılıb

MƏHKƏMƏ İŞİNİN MÖVZUSU

Bu məhkəmə işi Ərizəçinin milli məhkəmələr tərəfindən Cinayət Məcəlləsinin 306.1-cı maddəsinə əsasən, məhkəmə qərarının icra edilməməsinə görə iki il müddətinə islah işləri və onun əmək haqqının on faizinin dövlət nəfinə tutulması cinayət cəzasına məhkum olunması ilə bağlıdır.

TƏRƏFLƏRƏ SUALLAR

1. Ərizəçi Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinə uyğun olaraq, ona qarşı irəli sürülən ittihamlarla bağlı dinləmələr zamanı ədalətli mühakimə haqqına sahib idimi? Xüsusilə, daxili məhkəmələr ərizəçilərin mühakimə olunduğu əməllərin bütün elementlərinin mövcudluğunu müəyyən ediblərmi və öz qərarlarının əsaslarını təqdim ediblərmi (bax: Kərimov və başqaları Azərbaycana qarşı, № 24219/16 və başqa 2 iş, 22 iyul 2021-ci il)?