№1063/22 FİDAN RÜSTƏMOVA AZƏRBAYCANA QARŞI – 27 fevral 2023-cü il

 

27 fevral 2023-cü il tarixdə dərc edilib

 

BİRİNCİ BÖLMƏ

 

Ərizənin nömrəsi 1063/22

 

Fidan Rövşən qızı RÜSTƏMOVA Azərbaycana qarşı

 

15 dekabr 2021-ci il tarixdə daxil olub

6 fevral 2023-cü il tarixdən hökumətlə kommunikasiya edilməyə başlayıb

 

MƏHKƏMƏ İŞİNİN MÖVZUSU

Bu məhkəmə işi ödənilməmiş borcuna görə daxili məhkəmələr tərəfindən ərizəçinin Azərbaycanı tərk etməsinə qadağa qoyulması ilə bağlı hərəkət azadlığı hüququna məhdudiyyətlərin qanunsuzluğu və məhkəmə proseslərinin ədalətli olmaması iddiaları ilə bağlıdır.

TƏRƏFLƏRƏ SUALLAR

1. Ərizəçinin Konvensiyanın 4 saylı Protokolunun 2-ci maddəsinin 2-ci bəndi ilə təmin olunan cavabdeh dövlətin ərazisini tərk etmək azadlığına hər hansı məhdudiyyət qoyulubmu? Əgər qoyulubsa, bu məhdudiyyət qanuna uyğun idimi və Konvensiyanın 4 saylı Protokolunun 2-ci maddəsinin 3-cü bəndi baxımından zəruri idimi?

2. Ərizəçi mülki hüquq və vəzifələrinin müəyyən edilməsi zamanı Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinə uyğun olaraq ədalətli məhkəmə dinləmələri haqqında malik idimi? Xüsusilə, daxili məhkəmələr öz qərarlarının əsaslarını göstəriblərmi?