Avropa Şurası Nazirlər Komitəsi
1459-cu toplantı, 7-9 mart 2023 (DH)
H46-2 Qafqaz Məmmədov qrup Azərbaycana qarşı (Ərizə № 60259/11)
Avropa Məhkəməsinin qərarlarının icrasına nəzarət
Qətnamə
Təmsilçilər,
1. Hazırkı məhkəmə qərarlarının əsasən, Konvensiyanın 11, 5 və 6-cı maddələrini pozmaqla, ictimai asayiş üçün heç bir təhlükə törətməyən icazəsiz dinc nümayişlərin dağıdılması və onların iştirakçılarının saxlanılması, ədalətsiz inzibati mühakimələri və sonradan iştirakçıların həbs edilməsi ilə ərizəçilərin sərbəst toplaşmaq azadlığının çoxsaylı pozuntularına aid olduğunu xatırladır;
2. bu qrupa daxil olan ilk qərarın 2016-cı ildə qəti olmasına və Komitənin CM/ResDH(2021)421 saylı keçici qərarındakılar da daxil olmaqla, təkrar tələblərinə baxmayaraq, səlahiyyətli orqanların Məhkəmə tərəfindən müəyyən edilmiş və icra prosesində araşdırılmış struktur problemlərin aradan qaldırılması məqsədilə görülmüş və planlaşdırılan tədbirlərə dair planını vaxtında təqdim etməməsini təəssüflə qeyd edir;
3. Komitənin növbəti incələməsi üçün Katibliyə təqdim edilmiş məlumatların ətraflı təhlilini hazırlamağı tapşırır;
Fərdi tədbirlərə gəldikdə
4. qalan üç iş üzrə ədalətli kompensasiyanın ödənilməsi barədə məlumatları, habelə, Məhkəmə-nin 34-cü maddənin pozuntusunu müəyyən etdiyi işlərdə görülmüş fərdi tədbirlərlə bağlı konkret bilgiləri ümumiləşdirilmiş tədbirlər planının tərkib hissəsi kimi təqdim etməsini səlahiyyətli qurumlardan xahiş edir;
Ümumi tədbirlərə gəlincə
5. Məhkəmənin gəldiyi qənaətlərin işığında, xüsusən də yerli icra hakimiyyəti orqanlarının və polisin dinc toplantıları qadağan etmək, dayandırmaq və ya dağıtmaq, habelə iştirakçıları həbs etmək və məhkum etmək yolu ilə sərbəst toplaşmaq azadlığını qeyri-mütənasib şəkildə məhdudlaşdırmaq üçün mövcud məhdudiyyətsiz səlahiyyətlərinə qarşı kifayət qədər təminatların təmin edilməsi üçün qanunvericilik islahatlarının zəruri göründüyünü vurğulayır;
6. Bundan başqa səlahiyyətli hakimiyyət orqanlarını inzibati həbslərin, saxlanılmaların qanuniliyi və inzibati icraatın ədalətliliyi ilə bağlı milli qanunvericiliyin və təcrübənin təkmilləşdirilməsinə yönəlmiş tədbirlər görməyə və habelə, vəkillik peşəsinin gizliliyi çərçivəsindəki materialların prokurorluq orqanları tərəfindən yaxlanılması və götürlüməsi ilə bağlı tədbirlərin həyata keçirilməsinin zəruriliyi barədə gərəkli bilgiləri təqdim etməyə çağırır;
7. səlahiyyətli dövlət orqanların maarifləndirici tədbirləri ilə bağlı, xüsusilə də Azərbaycan Respublikası Baş Prokuroru müavininin ictimai toplantılar zamanı iştirakçıların hüquq və azadlıqlarının müdafiəsi ilə bağlı polis əməkdaşları tərəfindən görüləcək zəruri tədbirlərə dair tövsiyələri özündə əks etdirən məktubla bağlı verdiyi məlumatları qeyd edir; bununla bağlı “Sərbəst toplaşmaq azadlığı haqqında” Qanunun yerli icra hakimiyyəti orqanları, polis və məhkəmələr tərəfindən “tolerantlıqla və vicdanla” və sui-istifadə etmədən tətbiq və şərh edilməli olduğunu vuğulayır; Qanunun tətbiqindəki belə dəyişikliyi təmin etmək üçün səlahiyyətliləri 11-ci maddənin daha çox pozulmasının qarşısını almaq üçün dinc toplantılarla bağlı açıq və yüksək səviyyəli tolerantlıq mesajı verməyə çağırır;
8. məhkəmə təcrübəsinin təkmilləşdirilməsinə gəlincə, Konvensiyanın tələblərinə uyğun olaraq toplaşmaq azadlığının həyata keçirilməsinə dair təlimatların, 11-ci maddənin 2-ci bəndində göstərilən qanuni məqsədlərdən biri üçün zəruri hallarda toplaşmaq azadlığına hər hansı müdaxilənin ciddi şəkildə əsaslanadırılması və bununla bağlı yetərli və uyğun əsasların göstərilməsini təmin etmək məqsədi ilə Ali Məhkəmə tərəfindən hazırlana biləcəyini qeyd edir;
9. səlahiyyətli qurumları nümayişlərin keçirilməsi ilə bağlı müvafiq statistik məlumatları təqdim etməyə, onları Avropa Şurasının 2022-2025-ci illər üçün Azərbaycan üzrə Fəaliyyət Planı çərçivəsində əməkdaşlıq etməyə və Avropa Şurasının əməkdaşlıq proqramlarının yardımından faydalanmağa təşviq edir;
10. görülmüş və planlaşdırılan bütün tədbirlərin müfəssəl təhlilini təmin etmək məqsədilə 1475-ci toplantıda (sentyabr 2023-cü il) (DH) bu qrup işinə yenidən baxılması barədə qərar qəbul edir və səlahiyyətli rəsmi orqanları ən geci 21 iyun 2023-cü il tarixə qədər yenilənmiş tədbirlər planını təqdim etməyə çağırır.