№ 53602/14 NİFTULLA ƏLİMURADOV AZƏRBAYCANA QARŞI – 09 APREL 2020-Cİ İL

BEŞİNCİ BÖLMƏ

QƏRAR

Ərizə № 53602/14
Niftulla ƏLİMURADOV
Azərbaycana qarşı

Avropa İnsan Hüquqları Məhkəməsi (Beşinci Bölmə), 19 mart 2019-cu il tarixdə aşağıdakı heyətdən ibarət Komitədə:

 

Gabriele Kucsko-Stadlmayer, Prezident,
          Mārtiņš Mits,
          Lәtif Hüseynov, hakimlər,

və Liv Tigerstedt, İclasın katibi,

9 iyul 2014-cü il tarixdə təqdim edilmiş yuxarıdakı ərizəni diqqətə alaraq,

Cavbdeh Hökumətin təqdim etdiyi müşahidələri və ərizəçinin həmin müşahidələrlə bağlı təqdimatlarını nəzərə alaraq,

Müzakirələrdən sonra aşağıdakı qərarı qəbul etdi:

 

FAKTLAR VƏ PROSEDUR

  1. Ərizəçi Cənab Niftulla Abeydulla oğlu Əlimuradov 1959-cu ildə doğulub, Bakı şəhərində yaşaylır.
  2. Onu Məhkəmə qarşısında Azərbaycanda fəaliyyət göstərən hüquqşunas cənab R.Mustafayev təsmil edib.
  3. Ərizəçiyə Rayon İcra Hakimiyyətinin 1 avqust 1994-cü il tarixli qərarı ilə dövlətin vətəndaşların mənzillə təmin olunması qaydalarına uyğun olaraq, Bakıdakı yaşayış binalarından bir mənzilə yaşayış hüququ ilə bağlı sənəd (yaşayış sahəsi orderi) verilib.
  4. 1993-cü ildə bəlli olmayan bir tarixdə Y.A. və ailəsi həmin mənzilə yerləşib. Onlar Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən sonra Ermənistan hərbi qüvvələrinin nəzarəti altına keçən bölgələrdən olan Qubadlı rayonundan məcburi köçkünlər idilər.
  5. Ərizəçi, ona məxsus mənzilə tanımadığı insanların yerləşməsindən xəbər tutduqdan sonra onlardan mənzili boşaltmalarını xahiş etdi. Ancaq onlar (Y.A. və ailəsi) başqa yaşayış yerlərinin olmadığını bildirib, mənzili boşaltmaqdan imtina etdilər.
  1. Ərizəçi 27 iyun 2003-cü il tarixdə mənzilə mülkiyyət hüququnu təsdiqləyən şəhadətnamə alıb.
  2. Ərizəçi daha sonra məhkəməyə müraciət edib, cavabdehlərin ona məxsus mənzildən çıxarılmasını tələb etdi.
  3. Sumqayıt Şəhər Məhkəməsi 20 noyabr 2003-cü il tarixdə ərizəçinin tələbini təmin etdi. Ərizəçinin mənzilin sahibi olduğunu müəyyən edən Məhkəmə Y.A. və onun ailəsinin mənzildən çıxarılmasını əmr etdi. Lakin məhkəmə bununla yanaşı, məcburi köçkünlərin problemləri həll olunana qədər qərarın icrasının təxirə salınmasına qərar verdi.
  4. Məhkəmə Ərizəçinin Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi və Konvensiyanın 1 Saylı Protokolunun 1-ci Maddəsinə əsasən daxili məhkəmə qərarlarının icra edilməməsi ilə bağlı şikayətləri barədə Azərbaycan Hökumətini (“Hökumət”) bilgiləndirdi.

 

QANUNVERİCİLİK

  1. Hökumət ərizəçinin işinin Akimova Azərbaycana qarşı işinin (26 sentyabr 19853/03, 27 sentyabr 2007) bənzəri olduğunu və ərizəçinin birinci instansiya məhkəməsinin qərarından apellyasiya şikayəti vermədiyini bildirdi. Buna görə də o, daxili müdafiə vasitələrini tükəndirməyib.
  2. Ərizəçi şikayətini davam etdirdi. O, ümumiyyətlə yerli qurumların məcburi köçkünlərin mənzillərdən çıxarılması istiqamətində addımlar atmadığını, məhkəmə qərarlarını cira etmədiyini və onun işinin də kontekstdə qiymətləndirilməli olduğunu ifadə etdi. Bununla yanaşı, ərizəçi məcburi köçkünlərin problemlemlərinin həll edilməsini gözləyirdi.
  3. Məhkəmə təkrar bildirir ki, Konvensiyanın 35-ci maddəsinin 1-ci bəndinə əsasən daxili müdafiə vasitələrini tükəndirmək üçün ərizəçi tərəfindən iddia olunan pozuntularla əlaqədar olaraq, mövcud olan daxili müdafiə vasitələrinə normal qaydada müraciət edilməsi lazımdır (bax: Assenov və başqaları Bolqarıstana qarşı, 28 oktyabr 1998, §85, Qərar və qətnamələr hesabatı, 1998-VIII).
  4. Məhkəmə qeyd edir ki, bu işdə ərizəçinin mənzilini qanunsuz olaraq zəbt etmiş məcburi köçkünlərin mənzildən çıxarılması barədə qərarın icrasının təxirə salınması həmin qərarın özündə nəzərdə tutulub. Ancaq Ərizəçi birinci instansiya məhkəməsinin həmin qərarından Apellyasiya Məhkəməsinə və Ali Məhkəməyə şikayət verməyib. Bundan başqa o, mümkün daxili müdafiə vasitələrinin onun işinə münasibətdə təsirsiz olması və ya onu bu vasitələrdən istifadə etmək məcburiyyətindən azad edən xüsusi halların mövcudğluğunu göstərməyib. Bu səbəbdən Məhkəmə ərizəçinin Konvensiyanın 35-ci maddəsində təsbit olunmuş daxili müdafiə vasitələrinin tükəndirilməsi qaydasına əməl etməməsi qənaətinə gəlir. Buna görə, ərizəçinin Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinə və 1 Saylı Protokolun 1-ci Maddəsinə əsaslanan şikayətləri daxili müdafiə vasitələrinin tükəndirilməməsinə görə, Konvensiyanın 35-ci maddəsinin 1-ci və 4-cü bəndlərinə əsasən qəbuledilməz sayılmalıdır.

 

Bu səbəblərə görə, Məhkəmə yekdilliklə,

Bəyan edir ki, ərizə qəbuledilməzdir.

Qərar ingilis dilində tərtib edilib və 9 april 2020-ci il tarixdə yazılı olaraq açıqlanıb.

Liv Tigerstedt                                 Gabriele Kucsko-Stadlmayer

İclas katibi                                                           Prezident