BEŞİNDİ BÖLMƏ
Ərizə № 41691/17
Durnisə Kamal qızı ƏHMƏDOVA Azərbycana qarşı
Daxil olub – 2 iyun 2017
Kommunikasiya edilir: 18 May 2020
MƏHKƏMƏ İŞİNİN MÖVZUSU
Ərizə xuliqanlıqda ittiham olunaraq məhkum edilmiş ərizəçiyə qarşı qaldırılmış cinayət işinin ədalətli olmaması ilə bağlıdır. O, davamlı vəsatətlərinə baxmayaraq, daxili məhkəmələrin hadisənin ehtimal olunan videoçarxını araşdıra bilmədiyini və müdafiə tərəfinin şahidlərini çağırıb dindirmədiyini iddia edir.
TƏRƏFLƏRƏ SUALLAR
Ərizəçinin Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinə uyğun olaraq ona qarşı irəli sürülən cinayət ittihamının araşdırılmasında ədalətli məhkəmə araşdırması təmin edilibmi?
Xüsusilə, sübutların qəbulu və ekspertizası məsələsində tərəflərin bərabərliyi prinsipinə riayət edilmişdirmi?
Ərizəçinin əsaslandırılmış məhkəmə qərarı almaq hüququ qorunubmu?
Daxili məhkəmələrin sübutların araşdırılması və / və ya ərizəçinin ittiham olunduğu daxili cinayət qanunvericiliyinin müddəalarını tətbiq edilməsində özbaşınalığa yol verilibmi?