№ 14722/08 TOFİQ VƏLİYEV AZƏRBAYCANA QARŞI – 28 MART 2019-CU İL

 

BEŞİNCİ BÖLMƏ

QƏRARDAD

Ərizə № 14722/08

Tofiq VƏLİYEV Azərbaycana qarşı

28 mart

STRASBURQ

 

Avropa İnsan Hüquqları Məhkəməsi (Beşinci Bölmə), 5 Mart 2019-cu il tarixində aşağıdakı heyətdən ibarət Komitədə toplaşaraq:

André Potocki, Sədr,
Marišš Mits,
Lətif Hüseynov, hakimlər,
və Milan Blaško, İclasın Katibi,
27 fevral 2008-ci il tarixli yuxarıdakı ərizəni nəzərə alaraq,

Cavabdeh Hökümət tərəfindən təqdim edilmiş müşahidələri və ərizəçinin cavab olaraq təqdim etdiyi təqdimatları nəzərə alaraq,

Müşavirədən sonra aşağıdakı qərarı qəbul edir:

FAKTLAR

1. Ərizəçi cənab Tofiq Birməli oğlu Vəliyev Azərbaycan vətəndaşıdır, 1937-ci ildə doğulub və Bakı şəhərində yaşayır. Onu Məhkəmə qarşısında Azərbaycanda fəaliyyət göstərən hüquqşunas xanım S. Əliyeva təmsil edib.

2. Azərbaycan Hökumətini (Hökumət) isə onun nümayəndəsi cənab Ş.Əsgərov təmsil edib.

3. 11 mart 2013-cü il tarixdə Azərbaycan hökuməti ərizəçinin şikayətləri barədə bilgiləndirilib.

A. Məhkəmə işinin halları

4. Tərəflərin təqdim etdiyi bilgilərin işığında məhkəmə işinin hallarını aşağıdakı kimi ümumiləşdirmək olar.

5. Ərizəçi, Bakı şəhəri, A. Neymatulla küçəsində yerləşən yaşayış binasının birinci mərtəbəsində mənzilə sahibdir.

6. Ərizəçi 24 dekabr 2004-cü ildə müraciət edərək, Bakı Şəhər İcra Hakimiyyətindən (“BŞİH”) xahiş etdi ki, küçəyə baxan onun mənzilinin küçəyə baxan pəncərəsinin əvəzinə qapı inşa edilməsinə, qapının önündəki səkinin üzərində pilləkən tikilməsinə (“dönüşüm layihəsi”) icazə versin. Həmin layihə mənzilin otaqlarından birinin çiçəkçi dükanı kimi istifadə edilməsinə imkan verəcəkdi. Sözügedən pəncərə, A. Nemətulla küçəsinə birbaşa üzbəüz A. Heydərov küçəsinə baxırdı.

7. Ərizəçinin sözlərinə görə, BŞİH eyni binanın digər on bir pəncərəsi, o cümlədən bir qonşuya məxsus beş pəncərənin qapıya dönüşdürülməsi ilə əlaqəli oxşar konversiya layihələrinə icazə vermişdi (aşağıda 8-ci paraqrafa baxın). Digər qonşularla bağlı hər hansı bir konkret məlumat vermədi; iddia edilən dönüşüm layihəsinə aid on bir pəncərənin binanın hansı tərəfində yerləşdiyini də göstərmədi.

8. 20 fevral 2006-cı il tarixdə BŞİH ərizəçinin tələb etdiyi icazəni verməkdən imtina etdi. BŞİH qeyd etdi ki, sözügedən pəncərə yerin sətihindən yüksəkdə idi və binanın fasadının memarlıq görünüşünü dəyişdirəcək pilləkən və pilləkən enişinin inşa edilməsini nəzərdə tutur ki, ərizəçinin təklif etdiyi dönüşüm layihəsi səkinin darlamasına səbəb olacaq. Bundan əlavə, ərizəçinin qonşularından birinə Nərimanov Rayon İcra Hakimiyyəti (“NRİH”) tərəfindən bir pəncərənin qapıya çevirməsi üçün qanunsuz olaraq icazə verildiyi və BŞİH-nın bu icazəni ləğv etdiyini, tikilinin ilkin vəziyyətinə qaytarılması məqsədilə NRİH-nə bərpa əmri verdiyi qeyd edildi.

9. Ərizəçi 20 mart 2006-cı il tarixdə BŞİH-nin cavabından Səbail Rayon Məhkəməsinə şikayət etdi, iddia ərizəsində məhkəmədən BŞİH-nə icazə verilməsini əmr etməsini tələb etdi.

10. Səbail rayon Məhkəməsi konversiya layihəsi ilə bağlı ekspert rəyi təqdim edilməsini tələb etdi.

11. 5 avqust 2006-cı il tarixində Dövlət İnşaat və Memarlıq Komitəsi tərəfindən 12 oktyabr 2001-ci ildə təsdiq edilmiş Dövlət İnşaat Normalarına (AzDİN, maddə 2.6-1) uyğun olaraq, konversiya layihəsinin texniki cəhətdən mümkün olub-olmaması ilə bağlı hazırlanmış ekspert rəyi təqdim edilib.

12. Səbail Rayon Məhkəməsi 29 avqust 2006-cı il tarixdə ərizəçinin iddiasını təmin etdi və BŞİH-nə qarşı tələb olunan icazənin verilməsi və lazımi sənədlərin hazırlanması barədə qərar qəbul etdi. Ərizəçinin tələbini təmin edərkən məhkəmə, ilk növbədə ekspert rəyinə istinad etmişdi, məhkəmə daxili qanunvericiliyin müvafiq müddəalarına istinad etməyə gərk görməmişdi.

13. Hakimin qərarın bir nüsxəsinə etdiyi qeydə əsasən, həmin qərar 1 noyabr 2006-cı il tarixdə qəti olaraq, qüvvəyə minib.

14. 28 noyabr 2006-cı il tarixdə isə qərarın icrası ilə bağlı qərarı verilib.

15. Eyni tarixdə Səbail Rayon Məhkəməsinin hakimi icra məmuruna 29 avqust 2006-cı il tarixli qərarın icrası tələbi ilə məktub göndərib və qərarın surətini və icra sənədini həmin məktuba əlavə edib.

16. 4 dekabr 2006-cı il tarixdə icra məmuru BŞİH-nə məktub göndərərək, qərarın beş gün ərzində icra edilməsini tələb etdi.

17. 10 yanvar 2007-ci il tarixdə icra məmuru BŞİH-nə daha bir məktub göndərdi və yenə də beş gün ərzində həmin qərarın icrasının təmin edilməsini tələb etdi. İcra məmuru məhkəmə qərarlarının icra edilməməsinə görə qanunvericiliyin nəzərdə tutduğu inzibati və cinayət məsuliyyəti barədə xəbərdarlıq da etdi.

18. 24 yanvar 2007-ci il tarixdə Ədliyyə Nazirliyi də icra hakimiyyətinə məktub göndərərək, ərizəçinin işi ilə bağlı qərarın icra olunmaması ilə bağlı şikayətinə baxılması və lazımi tədbirlərin görülməsi barədə göstəriş verdi.

19. Müəyyən edilməmiş bir tarixdə BŞİH birbaşa Apellyasiya Məhkəməsinə müraciət etdi. Şikayətin bir nüsxəsində onun 30 oktyabr 2006-cı il tarixdə verilməsi barədə əl ilə yazılmış qeyd vardı.

20. BŞİH şikayətində Səbail Rayon Məhkəməsinin 29 avqust 2006-cı il tarixli qərarının qanunsuz və əsassız olduğunu iddia etdi. Şikayətdə bildirilib ki, daxili qanunvericiliyə əsasən, Bakıda yalnız bir texniki ekspert rəyi əsasında hər hansı bir tikinti və yenidənqurma layihəsinə icazə verilmir və bunun üçün BŞİH-nın Memarlıq və şəhərsalma üzrə Baş İdarəsinin icazəsi də tələb olunur. Daha sonra ərizəçiyə müvafiq icazənin verilməsindən imtina edilməsinin “Memarlıq fəaliyyəti haqqında Qanuna”, “Şəhərsalmanın əsasları haqqında Qanuna” və “Mənzil Məcəlləsinə” əsasən qanuni olduğu iddia edildi.

21. Apelyasiya Məhkəməsi 25 yanvar 2007-ci il tarixdə BŞİH-nin apelyasiya şikayətinin qəbul edilməsi barədə qərar qəbul etdi, bu da şikayətin prosesual qanunvericiliyə uyğun olması anlamına gəlirdi.

22. Ərizəçi bu qərara etirazını bildirdi. Qeyd etdi ki, 29 avqust 2006-cı il tarixli qərar artıq qəti olaraq qüvvəyə minmişdi və BŞİH-nın şikayəti gecikmiş idi, bu son qərarı sadəcə icra edilməsi lazım idi.

23. Apelyasiya Məhkəməsi 30 may 2007-ci il tarixdə apelyasiya şikayətinə mahiyyəti üzrə baxdı. Məhkəmə 29 avqust 2006-cı il tarixli qərarı ləğv etdi və ərizəçinin iddialarını rədd etdi. Məhkəmə, konversiya layihəsinin texniki cəhətdən mümkün olduğunu, lakin BŞİH-nin icazə vermək məcburiyyətində olması anlamına gəlmədiyini qeyd etdi. Bundan əlavə. BŞİH-nin konversiya layihəsinin səkini daraldacağı və binanın fasadının memarlıq görüntüsünü dəyişdirəcəyi əsası ilə icazə verilməsindən imtina etməsinin daxili qanunvericiliyin əlaqəli göstərişlərinə uyğun olmasını müəyyən etdi (26-cı paraqrafda ümumiləşdirilib). Məhkəmə birinci məhkəmə instansiyasının qərarının qəti olması məsələsinə toxunmadı

24. 6 sentyabr 2007-ci ildə Ali Məhkəmə Apelyasiya Məhkəməsinin qərarını qüvvədə saxladı, onun arqumentlərini təkrarladı. Ali Məhkəmə də birinci instansiya məhkəməsinin qərarının qətiləşmiş olması məsələsinə toxunmadı.

B. Uyğun daxili qanunvericilik

1. Mülki prosedur

25. Maddi zamanda qüvvədə olan 1 sentyabr 2000-ci il tarixli Mülki Prosessual Məcəllənin (“MPM”) müvafiq müddəaları aşağıdakı kimi təqdim edilib:

Maddə 360. Apellyasiya şikayətinin verilmə müddəti

Apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər.

Maddə 362. Apellyasiya şikayətinin verilməsi

Apellyasiya şikayəti və ona əlavə olunan yazılı sənədlər işdə iştirak edən şəxslərin sayına görə işə birinci instansiyada baxmış məhkəməyə təqdim edilir.

Maddə 366. Apellyasiya mümkünlüyünün yoxlanılması

366.1. Apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir.
366.2. Əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər.
366.3. Apellyasiyanın mümkünlüyü üzrə məhkəmə qərardad çıxarır.
366.4. Apellyasiyanın qeyri-mümkün hesab edilməsi barədə qərardaddan kassasiya instansiyasına şikayət verilə bilər.

Maddə 367. Apellyasiya şikayətinin rəsmi qaydada verilməsi, apellyasiya şikayətinə etiraz və apellyasiya şikayətinə dair izahatların verilməsi

367.1. Əgər apellyasiya mümkün hesab edilirsə, məhkəmə əks tərəfə apellyasiya şikayətini və ona əlavə edilən sənədləri rəsmi qaydada verir.
367.2. İşdə iştirak edən şəxslər apellyasiya şikayətinin surəti onlara rəsmi qaydada verildikdən sonra 20 gün müddətində ona qarşı öz etiraz və ya izahatlarını məhkəməyə göndərməyə haqlıdırlar.

Maddə 386. Maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi

Maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin.

Maddə 417. Kassasiya instansiyası məhkəməsinin səlahiyyətləri
417.1. Kassasiya məhkəməsi işə baxarkən:
417.1.1. apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər;
417.1.2. apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadına dəyişiklik edə bilər;
417.1.3. apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər;
417.1.4. apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər;
417.1.5 apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1-259.0.3-cü və 259.0.8.—259.0.10-cu maddələrinə müvafiq olaraq iddianı tamamilə, yaxud qismən baxılmamış saxlaya və ya bu Məcəllənin 261.0.1-261.0.7-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər.
417.1.6. müvafiq apellyasiya instansiyası məhkəməsində işə təkrarən baxılmasının yolverilməzliyi müəyyən edildikdə işin baxılmasını başqa apellyasiya instansiyası məhkəməsinə həvalə edə bilər;
417.1.7. kassasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması, yaxud da icraata qəbul olunduqdan sonra digər şəxslərin kassasiya şikayəti ilə apellyasiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, icraata qəbul qərardadını ləğv edərək işi kassasiya baxışından çıxarmaqla apellyasiya instansiyası məhkəməsinə qaytara bilər.
417.2.Bu Məcəllənin 417.1.4-cü maddəsində nəzərdə tutulmuş qərar yalnız o halda qəbul edilir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları pozulmuş və ya düzgün tətbiq edilməmiş olsun.

2. Mənzil, memarlıq və şəhərsalma haqqında qanunvericilik

26. 30 iyun 2009-cu ilədək qüvvədə olan 1982-ci il Mənzil Məcəlləsinə əsasən, yaşayış binaları şəxslərin daimi yaşayış yeri kimi istifadəyə verilir (maddə 6). Bir qayda olaraq, yaşayış üçün uyğun yaşayış binalarının qeyri-yaşayış sahələrinə çevrilməsinə icazə verilmir. Müvafiq səlahiyyətli orqanların qərarları ilə bu cür konversiya layihələrinə müstəsna hallarda icazə verilə bilər (maddə 8).

27. Maddi vaxtda qüvvədə olan 15 may 1998-ci il tarixli Memarlıq fəaliyyəti haqqında Qanunun 4-cü maddəsinə əsasən, binaların memarlığı, insan fəaliyyətinin ekoloji və sosial aspektlərinin təhlükəsizliyini və rahatlığını təmin etmək üçün tələblərə, mövcud tikinti sənədlərinə və qaydalarına, ərazi planlaşdırma layihələrinin əsas müddəalarına və sənədlərinə uyğun olmalıdır. Binaların memarlıq dizaynı, o cümlədən dizaynın texniki və ekoloji yoxlanılması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiqlənməlidir.

28. Maddi dövrdə qüvvədə olan 11 iyun 1999-cu il tarixli “Şəhərsalma prinsipləri haqqında qanun”a görə, şəhərsalma fəaliyyəti ilə məşğul olan fiziki və hüquqi şəxslər şəhərsalma ilə əlaqədar Dövlət qaydalarına və tənzimləmələrinə riayət etməlidirlər (maddə 8). Mövcud binalarla əlaqədar yenidən planlaşdırma, yenidənqurma və ya struktur dəyişdirmə layihələrini həyata keçirən fiziki və ya hüquqi şəxslər müvafiq orqanın əvvəlcədən icazəsini almalıdırlar (maddə 17). Binanın funksional profilinin qanunla müəyyən edilmiş qaydada müvafiq icra hakimiyyəti orqanının icazəsi olmadan dəyişdirilməsi və ya yenidən planlaşdırılması və ya yenidən qurulması, fiziki və ya hüquqi şəxslərin inzibati və ya mülki məsuliyyətə səbəb ola bilər (Maddə 25).

ŞİKAYƏTLƏR

29. Ərizəçi Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinə əsaslanaraq, 29 avqust 2006-cı il tarixli qəti məhkəmə qərarının ləğvi səbəbindən ona münasibətdə hüquqi müəyyənlik prinsipinin pozulmasından şikayət edib.

30. Ərizəçi Konvensiyanın 1 nömrəli Protokolunun 1-ci maddəsinə əsaslanaraq, BŞİH-nin ona icazə verməkdən imtina etməsinin onun əmlakından dinc istifadə hüququnu pozmasından şikayət edib.

31. Ərizəçi Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinə əsaslanaraq, Apelyasiya Məhkəməsinin bəzi sübutları, xüsusən ekspert rəyini nəzərə almaması səbəbindən əsaslandırılmış məhkəmə qərarı almaq hüququnun pozulmasından şikayət edib.

32. Ərizəçi Konvensiyanın 14-cü maddəsinə əsaslanaraq, qonşuları ilə müqayisədə ona münasibətdə ayrıseçkiliyə yol verilməsindən şikayət edib.

QANUNVERİCİLİK

A. Konvensiyanın 6.1-ci maddəsinə əsaslanan şikayət

33. Ərizəçi, 29 avqust 2006-cı il tarixli qəti qüvvəyə minmiş qərarın ləğv edilməsindən dolayı ona münasibətdə hüquqi müəyyənlik prinsipinin pozuntusundan şikayət edib. Avropa Konvensiyasının 6.1-ci maddəsinin əlaqəli hissəsinin mətni aşağıdakı kimidir:

“ Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir…”

1. Tərəflərin təqdimatları

34. Hökumət BŞİH-nin 30 oktyabr 2006-cı il tarixli apellyasiya şikayətinin də qanuni şikayət müddəti çərçivəsində verildiyini və gecikdirilmədiyini iddia etdi.

35. Hökumət daha sonra iddia etdi ki, ərizəçi daxili müdafiə vasitələrini də tükəndirməyib. Hökumət, özəlliklə qeyd etdi ki, ərizəçi BŞİH tərəfindən Apelyasiya Məhkəməsinə və Ali Məhkəməyə verilmiş şikayətin qəbuledilənliyi məsələsini ayrıca daxili məhkəmələr qarşısında qaldırmaq imkanına malik olub, ancaq ərizəçi bunu etməyib.

36. Ərizəçi BŞIH-nin apellyasiya şikayətinin 30 oktyabr 2006-cı il tarixdə verilmədiyini müdafiə edərək, daha sonra, 29 avqust 2006-cı il tarixli qərarın qüvvəyə minməsindən xeyli sonra təqmdim edildiyini bildirdi.

37. Ərizəçi daha sonra iddia etdi ki, MPM-nin 366.4-cü maddəsinə uyğun olaraq, apelyasiya şikayətinin qəbuledilənliyi ilə bağlı bir məhkəmə qərarının, belə bir qərarın yalnız apelyasiya şikayətini qəbuledilməz olmasını nəzərdə tutması durumunda mübahisələndirilə biləcəyini bəyan etdi. Nəticə olaraq, ərizəçi Apellyasiya Məhkəməsinin BŞİH tərəfindən verilən apellyasiya şikayətinin qəbuledilən sayılmasına qərar verməsinə etiraz edə bilməyib.

2. Məhkəmənin əsaslandırması

38. Məhkəmə, başlanğıcda Hökümət və ərizəçinin BŞİH-nın apelyasiya şikayətinin təqdim edildiyi həqiqi tarixi barədə fikir ayrılığında olduğunu qeyd edir.
39. Məhkəmə, bununla belə yenə də bu xüsusatı incələməyə gərək görmür, çünki hər hansı başqa halda şikayət aşağıdakı səbəblərdən qəbuledilməz olaraq bəyan edilməlidir.

(a) Daxili müdafiə vasitələrinin tükədilməsi

40. Məhkəmə bir daha təkrar edir ki, iddiaçının məhkəməyə olan hüququnun pozuntusu yuxarı məhkəmənin yekun və məcburi hüquqi qərarı rəsmi şəkildə ləğv edəndə baş verir (bax: Nosov Rusiyaya qarşı (dekabr), № 30877/02, 20 oktyabr 2005, əlavə arayışlarla). Beləliklə, Məhkəmə 29 avqust 2006-cı il tarixli qərarın ləğvi ilə əlaqədar ərizəçinin effektiv müdafiə vasitələrinin olub olmadığını araşdıracaqdır.

41. Məhkəmə qeyd edir ki, Apelyasiya Məhkəməsi Bakı Şəhər İcra Hakimiyyətnin gecikmiş şikayətini 25 yanvar 2007-ci ildə qəbul edilən elan edib. Göründüyü kimi, bu qərardan kassasiya instansiyası məhkəməsinə şikayət edilə bilməz. Daxili qanunvericilik yalnız qəbuledilməzlik barədə qərarlardan şikayət vermək hüququnu təmin edib və qəbuledilənlik qərarlarından şikayət etmək hüququnu açıq şəkildə təmin etməyib (MPM-nin yuxarıdakı 25-ci bənddə istinad edilən 366-cı maddəsinə bax). Müraciət edən şəxsin xeyrinə olan (yuxarıdakı 22-ci paraqrafa bax) apelyasiya şikayətindən etiraz etmək hüququ yalnız apelyasiya məhkəməsi qarşısında müraciətin qəbul edilməsi barədə qərar qəbul edildikdən sonra həyata keçirilə bilər. Buna görə də, prinsip etibarilə bu hüquq qarşı tərəfə müraciətin qəbul edilənliyi ilə bağlı deyil, mahiyyətinə münasibət bildirmək imkanı vermək məqsədi daşıyırdı (MPM-nin yuxarıdakı 25-ci bənddə istinad edilən 366-cı maddəsinə bax). Bundan əlavə, Apelyasiya Məhkəməsi 30 may 2007-ci il tarixli qərarı ilə Bakı Şəhər İcra Hakimiyyətnin müraciətini məqbul elan edərək 29 avqust 2006-cı il tarixli birinci instansiya qərarını ləğv etdi və ərizəçinin iddiasını mahiyyəti üzrə araşdırmağı rədd etdi. 30 May 2007-ci il tarixli qərar apellasiya şikayəti üçün səbəb idi və ərizəçi bundan Ali Məhkəməyə şikayət etdi. Bununla yanaşı, Məhkəmə qeyd edir ki, Ali Məhkəmənin ərizəçinin apellasiya şikayətini araşdıran qərarı, MPM-nin 417-ci maddəsində nəzərdə tutulan hallara uyğun qanuni müəyyənlik prinsipinin pozulduğunu aradan qaldıra bilmədi. Ali Məhkəmə 30 may 2007-ci il tarixli qərarını ləğv edib və işi Mülki Prossesual Məcəllənin 417.1.3-cü maddəsinə uyğun olaraq yenidən baxılması üçün Apelyasiya Məhkəməsinə göndərsə də, Apelyasiya Məhkəməsi yenə də işə mahiyyəti üzrə və ərizəçi üçün ən müsbət ssenaridə baxmalı, Bakı Şəhər İcra Hakimiyyətinin şikayətindən imtina etməli idi. Nəticə etibarı ilə, 29 avqust 2006-cı il tarixli qərar bu məhkəmə prosesində qüvvədə olsaydı belə, bu ləğv etmə aktı nəticəsində meydana çıxan pozuntunun aşağıda göstərilən ani xarakterini (aşağıda 4-cü paraqrafa bax) nəzərə alaraq qanuni müəyyənlik prinsipinin pozulmasını aradan qaldırmazdı (bax: Mrevli Fondu Gürcüstana qarşı (dekabr), № 25491/04, 5 may 2009). Bundan əlavə, hüquqi müəyyənlik prinsipi tələb edir ki, məhkəmələr məsələni nəhayət müəyyənləşdirmiş olduqda onların qərarları sual doğuran olmamalıdır. Həmçinin, hüquqi müəyyənlik prinsipi tərəfə işin təkcə yenidən dinləməsi və təzədən araşdırılması məqsədi üçün yekun və məcburi qərara yenidən baxılmasını istəməsinə imkan vermir. Halbuki, hazırkı işdə 30 may 2007-ci il tarixli qərarı ilə Apelyasiya Məhkəməsi 29 avqust 2006-cı il tarixli qərarı ləğv etmədi, həm də işin mahiyyəti üzrə və Mülki Prossesual Məcəlləyə uyğun olaraq yeni bir qərar çıxartdı. işin araşdırılması eyni dərəcədə işin mahiyyətinə görə təyin olunmasını əhatə edəcəkdir. İşin hər hansı bir sonrakı araşdırılması eyni şəkildə işin mahiyyəti üzrə baxılmasını əhatə edəcəkdir.

42. Nəticə etibarı ilə, ərizəçi son qərarın ləğvi ilə əlaqədar hüquqi müəyyənlik prinsipinin pozulmasından şikayət etdiyindən, onun sərəncamında effektiv daxili müdafiə vasitələrinin olduğu sübut olunmadı.

43. Beləliklə, Məhkəmə hökumətin daxili müdafiə vasitələrinin tükənməməsi ilə bağlı etirazını rədd edir.

(b) Şikayət üçün altı aylıq müddət tələbinə uyğunluq

44. Məhkəmə bir daha bildirir ki, yekun qərarı ləğv etmək, məhkəmə icraatının yenidən açılmasına səbəb olsa belə, davam edən vəziyyət yaratmayan ani bir hərəkətdir (bax: Topallaj Albaniyaya qarşı, № 32913/03, § 103, 21 aprel 2016, əlavə arayışlarla). Ərizəçinin qaldırdığı şikayətin həcmini nəzərə alaraq, Məhkəmə hesab edir ki, cari işin hallarında isə davam edən vəziyyət idi. Apellyasiya Məhkəməsinin 30 may 2007-ci il tarixli qərarının Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinə əsasən ərizəçinin hüquqlarının pozduğu iddia edildi. Yuxarıdakı 42-ci bənddə Məhkəmənin təsbit etdiyi kimi, ərizəçinin iddia edilən bu pozuntuya qarşı effektiv vasitəsi yox idi.

45. Buna görə Məhkəmə hesab edir ki, ən geci 30 may 2007-ci il tarixi yekun qərarın ləğvi ilə bağlı şikayətlə əlaqədar altı aylıq müddətin başlanmasına səbəb olan tarixdir.

46. Ərizə 27 fevral 2008-ci ildə təqdim edildiyi üçün, ərizəçinin Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi ilə qornunan hüququnun pozulması barədə olan şikayəti, Konvensiyanın 35-ci maddəsinin 1-ci və 4-cü bəndlərinə əsasən, altı aylıq müddəti ötürdüyü üçün rədd edilməlidir.

B. Konvensiyanın 1 saylı Protokolun 1-ci maddəsinə əsaslanan şikayət

47. Ərizəçi BŞİH-in ona dönüşdürmə layihəsi üçün icazə verməkdən imtina etməsinin Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin aşağıda ifadə olunan mətninə əsasən, əmlakından dinc istifadə hüququnun pozulmasından şikayət etdi.

“Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə və qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.
Yuxarıdakı müddəalar dövlətin, ümumi maraqlara müvafiq olaraq, mülkiyyətdən istifadəyə nəzarəti həyata keçirmək üçün yaxud vergilərin və ya digər rüsum və ya cərimələrin ödənilməsini təmin etmək üçün zəruri hesab etdiyi qanunları yerinə yetirmək hüququnu məhdudlaşdırmır.”

1. Tərəflərin təqdimatları

48. Ərizəçi BŞİH-in ona dönüşüm layihəsi üçün icazə verməkdən imtina etməsinin onun mənzilindən dinc şəkildə istifadə etmək hüququnu pozduğunu bildirib. Ərizəçi daha sonra qeyd etdi ki, BŞİH, eyni binadakı digər on bir pəncərə ilə əlaqədar oxşar dönüşüm layihəsi üçün icazə vermişdi.

49. Hökumət isə iddia etdi ki, ərizəçinin əmlakından dinc istifadə hüququna müdaxilə haqlı olub, çünki dönüşüm layihəsinin reallaşdırılması ictimai istifadədə olan səkini daraldacaqdı və binanın fasadının memarlıq görünüşünü dəyişdirəcəkdi.

2. Məhkəmənin əsaslandırması

50. Məhkəmə qeyd edir ki, bu şikayətlə bağlı yerli məhkəmənin son qərarı Ali Məhkəmə tərəfindən 6 sentyabr 2007-ci ildə verilmişdir. Ərizə Məhkəməyə 27 fevral 2008-ci ildə verildiyi üçün bu şikayət altı aylıq müddət məhdudiyyətini ötürməyib.

51. Tətbiq olunan məhkəmə-hüquq prinsipləri Lay Lay MMC Maltaya qarşı (№ 30633/11, § 83, 23 iyul 2013) işində müəyyən edilmişdir. Xüsusilə, Məhkəmə bir daha bildirir ki, torpaqların inkişafı və şəhərsalma sahəsində razılığa gələn Dövlətlər şəhər və ölkə planlaşdırma siyasətini həyata keçirməkdə geniş mülahizə sərbəstliyinə malikdirlər (eyni mənbədə).

52. Ərizəçi Konvensiyanın məqsədləri üçün mülkiyyət təşkil edən mənzilin sahibi idi. Məhkəmə qeyd edir ki, əvvəl şikayət ərizəsi küçəyə baxan bir pəncərəni qapıya çevirmək və küçəyə çıxışı təmin etmək üçün qarşısında ictimai səki üzərində bir pilləkən tikməklə mənzilin bir hissəsini dükana çevirmək istəyən bir layihə üçün icazə verməkdən imtina ilə məhdudlaşırdı. Mübahisəli bir müdaxiləni meydana gətirən belə bir imtina, bu vəziyyətdə əmlakın istifadəsinə nəzarət kimi qiymətləndirilməlidir (yuxarıda göstərilən Lay Lay MMC ilə müqayisə edin, § 84), və 1 nömrəli Protokolun 1-ci maddəsinin ikinci abzasında olan üçüncü qaydaya uyğun olaraq baxılmalıdır. Üçüncü qaydaya görə, Razılığa gələn Dövlətlər, digər tərəfdən, bu məqsəd üçün zəruri hesab etdikləri qanunlara riayət edilməsini təmin etməklə ümumi mənafeyə uyğun olaraq əmlakın istifadəsinə nəzarət etmək hüququna malikdirlər (bax, Fabian Macarıstana qarşı, № 78117/13) , § 60, 15 dekabr 2015). Beləliklə, Məhkəmə hazırkı işdə Bakı Şəhər İcra Hakimiyyəti və yerli məhkəmələrin qərarlarının qanuniliyini, məqsədini və mütənasibliyini nəzərdən keçirəcəkdir.

53. Yerli yüksək məhkəmələrin qərarlarını və daxili qanunvericiliyin müvafiq müddəalarını nəzərə alaraq (yuxarıdakı 23-24 və 26-28-ci maddələrə baxın), Məhkəmə imtinanın qanuna uyğun olduğunu qəbul edir. Məhkəmə həmçinin hesab edir ki, icazənin verilməsindən imtinanın əsas məqsədi ümumi mənafeyə uyğun mənzil və şəhərsalma qaydalarına riayət edilməsini təşviq etmək idi.

54. Tənzimləmə mütənasibliyinə gəldikdə, Məhkəmə qeyd edir ki, ərizəçi çoxmərtəbəli yaşayış binasında yerləşən yaşayış mənzilinin bir hissəsini milli qanunvericiliyə uyğun olaraq istifadəsi nəzərdə tutulan məqsədə uyğun olmayan qeyri-yaşayış kommersiya ticarət obyektinə çevirmək istəyirdi. Belə bir dönüşüm üçün icazə müstəsna hallarda Bakı Şəhər İcra Hakimiyyəyinin ixtiyarına verilib (yuxarıdakı 26-cı maddəyə bax). Məhkəmə, Bakı Şəhər İcra Hakimiyyəti və yerli məhkəmələrin təklif olunan dönüşüm layihəsinin ictimai səkini daraltacağına və binanın fasadının memarlıq görünüşünü dəyişdirəcəyinə dair nəticələrinə şübhə etməyə heç bir əsas görmür. Ərizəçinin BCEA-nın eyni binada oxşar konversiya layihələrinə icazə verdiyinə dair arqumentinə gəldikdə, Məhkəmə hesab edir ki, digər iddia edilən dönüşüm layihələrinin həqiqətən olub olmadığını müəyyən etmək üçün bu baxımdan verilən məlumatlar (bax yuxarıdakı 7 və 48-ci maddələr) ərizəçinin vəziyyəti və bu icazələrin verilməsini əsaslandıran müstəsna halların olub-olmaması ilə müqayisə edilə bilər kifayət deyil. Nəticə etibarilə, digər şəxslərin mənzillərində dəyişiklik etdirməsinə icazə verildiyi iddiası bu vəziyyətdə məqbul sayıla bilməz. Son olaraq, Məhkəmə qeyd edir ki, icazənin rədd edilməsinə baxmayaraq, ərizəçi hər zaman eyni şəraitdə mənzildə yaşamağa davam edə bilmişdir; onun əmlakında və ya əmlakının dəyərində və ya qanuni məqsədli istifadəsi çərçivəsində bu əmlakdan istifadə hüququna mənfi maddi dəyişiklik olmadı. Yuxarıdakı halları nəzərə alaraq, Məhkəmə ərizəçinin hər hansı bir həddindən artıq fərdi yükə məruz qaldığı qənaətində deyil.

55. Müvafiq olaraq, Məhkəmə, şikayət edilən icazənin verilməsindən imtina, 1 saylı Protokolun 1-ci maddəsinə Müvafiq olaraq, Məhkəmə hesab edir ki, şikayət verildiyi üçün icazənin verilməsindən imtina ərizəçinin 1 saylı Protokolun 1-ci maddəsinə uyğun olaraq hüquqlarının pozulmasına dair hər hansı bir dəlil aşkar etmir. Buna görə də bu şikayət açıq şəkildə əsassızdır və Konvensiyanın 35-ci maddəsinin 3 (a) və 4-cü bəndlərinə uyğun olaraq rədd edilməlidir.

C. Yerdə qalan şikayətlər

56. Ərizəçi Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinə əsaslanaraq, Apelyasiya Məhkəməsinin bəzi sübutları, xüsusən, ekspert rəyini nəzərə almadığı üçün əsaslandırılmış qərar almaq hüququnun pozulmasından şikayət edib.

57. Ərizəçi daha sonra Konvensiyanın 14-cü maddəsinə əsaslanaraq, qonşuları ilə müqayisədə ayrıseçkiliyə məruz qalmasından şikayət edib.

58. Məhkəmə, əvvəldəki bütün materialların işığında ərizəçi tərəfindən qərarlarda qeyd edilən hüquq və azadlıqların pozulmasını göstərən hər hansı bir açıqlama təqdim etmədiyini təsbit etdi. Məhkəmə, ərizənin bu hissəsinin açıq şəkildə əsassız olması və Konvensiyanın 35-ci maddəsinin 3 (a) və 4-cü bəndlərinə uyğun olaraq rədd edilməli olması nəticəsinə gəldi.

Qeyd edilən səbəblərə görə, Məhkəmə yekdilliklə,

Bəyan edir ki, ərizə qəbul edilməzdir.

Qərar ingilis dilində hazırlanıb və 28 mart 2019-cu il tarixdə yazılı şəkildə açıqlanıb.

Milan Blaško                            André Potocki

Katib                                           Sədr