© tərcümə – aihmaz.org
BİRİNCİ BÖLMƏ
ORUC MİRİYEV və BAŞQA 10 ƏRİZƏÇİ AZƏRBAYCANA QARŞI
(əlavədəki cədvələ bax)
Ərizə no. 15895/20
QƏRARDAD
12 yanvar 2023
Avropa İnsan Haqları Məhkəməsinin (Birinci Bölmə) Palatası aşağıdakı heyətdən ibarət tərkibdə toplaşaraq:
Krzysztof Wojtyczek, Sədr,
Ivana Jelić,
Erik Wennerström, hakimlər,
və Viktoriya Maradudina, İclas katibi,
Əlavə edilmiş cədvəldə göstərilmiş müxtəlif tarixlərdə daxil olmuş yuxarıda göstərilən ərizələri;
Tərəflərin işlərin dostcasına həllini qəbul edən rəsmi bəyannamələri nəzərə alaraq,
Müzakirələrin sonunda aşağıdakı qərara qəbul edir:
FAKTLAR VƏ PROSEDUR
Ərizəçilərin siyahısı və onların təmsilçiləri əlavə edilmiş cədvəldə göstərilib.
Ərizəçilərin Konvensiyanın 6.1-ci maddəsi və 1 Salı Protokolun 1-ci maddəsinə əsaslanan daxili məhkəmələrin qərarlarının icra edilməməsi və ya icranın gecikdirilməsi ilə bağlı şikayətləri barədə Azərbaycan Hökuməti (“Hökümət”) bilgiləndirilib.
Məhkəmə tərəflərin imzaladığı dostca anlaşma ilə bağlı bəyannamələri qəbul edib və bu bəyannamələrə əsasən, ərizəçilər əlavə edilmiş cədvəldə göstərilmiş məbləğlərə əsasən bu ərizələrə əsas verən faktlarla bağlı Azərbaycana qarşı hər hansı əlavə iddialarından imtina etmək barədə razılığa gəliblər. Həmin məbləğlər ödəniş tarixində tətbiq olunan məzənnə ilə cavabdeh dövlətin valyutasına çevriləcək və Məhkəmənin qərarının elan edildiyi tarixdən üç ay ərzində ödəniləcək. Yuxarıda göstərilən üç aylıq müddət ərzində bu məbləğlər ödənilmədikdə, hökumət Avropa Mərkəzi Bankının ödənilməmiş dövr əzrindəki marjinal borcvermə dərəcəsinə bərabər olan dərəcə və üç faiz dərəcəsinə bərabər sadə faiz dərəcəsini ödəməlidir.
Hökumət həmçinin baxılan ölkədaxili məhkəmə qərarlarının üç aylıq müddət ərzində bütün işlərdə icrasını təmin etməyi və 51695/20 saylı ərizə istisna olmaqla, daxili icra prosesi ilə bağlı hər hansı digər xərcləri ödəməyi öhdəsinə götürür. 51695/20 saylı ərizədə Hökumət müvafiq daxili məhkəmə qərarını artıq icra edib və bu səbəbdən ödəniş həmin işin yekun həllini təşkil edəcək.
Qalan bütün işlərdə daxili qərarların icra edilməsi və ödənişlərin edilməsi həmin işlərin yekun həllini təşkil edəcək.
HÜQUQ
Ərizələrin oxşar predmetini nəzərə alan Məhkəmə onlara eyni qərarda birgə baxılmasını məqsədəuyğun hesab edir.
Məhkəmə qeyd edir ki, tərəflər arasında dostcasına anlaşmaya nail olunub. Razılaşma Konvensiya və ona əlavə edilmiş Protokollarda nəzərdə tutulmuş insan hüquqlarına hörmət anlayışına söykənir və ərizəyə baxılmasının davam etdirilməsi üçün hər hansı səbəb qalmır.
Yuxarıda sadalananları nəzərə alaraq, ərizənin işlər siyahısından çıxarılması məqsədəuyğundur.
Bu səbəbdən Məhkəmə yekdilliklə,
Konvensiyanın 39-cu maddəsinə əsasən, ərizəni baxılacaq işlərin siyahısından çıxarmağa qərar verir.
İngilis dilində hazırlanıb və 12 yanvar 2023-cü il tarixdə yazılı şəkildə elan olunub.
Viktoriya Maradudina Krzysztof Wojtyczek
Bölmə Katibinin müavini Sədr
CƏDVƏL
Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinə və 1 Saylı Protokolun 1-ci maddəsinə əsasən verilmiş ərizələrin siyahısı
(milli məhkəmə qərarlarının icra edilməməsi və ya icranın gecikdirilməsi)
No. | Ərizə no. Daxil olma tarixi |
Ərizəçinin adı
Doğum tarixi |
Təmsilçinin adı və iqamət yeri | Yerli məhkəmə qərarı | Hökumətin bəyannaməsinin tarixi | Ərizəçinin bəyannaməsinin tarixi | Maddi və mənəvi zərər əvəzi müəyyən edilmiş təzminatın məbləği
(avro ilə) |
Xərc və məsrəflər üçün müəyyən edilmiş məbləğ
(avro ilə) |
1. | 15895/20
04/02/2020 |
Oruc
Murad oglu MIRIYEV 1959 |
Ruslan
MUSTAFAZADƏ Sumqayıt
Əsabəli MUSTAFAYEV Sumqayır |
Sumqayıt Şəhər Məhkəməsi,
19/04/2019
|
27/10/2022 | 03/08/2022 | 1,800 | 250
(birbaşa ərizəçinin təmsilçisi cənab R.Mustafazadənin bank hesabına ödənilir) |
2. | 15898/20
06/02/2020 |
Hidayət
Dursun oglu QARAYEV 1958 |
Ruslan
MUSTAFAZADƏ Sumqayıt
Əsabəli MUSTAFAYEV Sumqayır |
Suraxanı Məhkəməsi,
25/01/2018
|
27/10/2022 | 03/08/2022 | 2,400 | 250
(birbaşa ərizəçinin təmsilçisi cənab R.Mustafazadənin bank hesabına ödənilir) |
3. | 15959/20
04/02/2020 |
Kərim
Gərib oglu YASINOV 1962 |
Ruslan
MUSTAFAZADƏ Sumqayıt
Əsabəli MUSTAFAYEV Sumqayır |
Suraxanı Məhkəməsi,,
11/03/2019
|
27/10/2022 | 03/08/2022 | 1,800 | 250
(birbaşa ərizəçinin təmsilçisi cənab R.Mustafazadənin bank hesabına ödənilir) |
4. | 51688/20
06/11/2020 |
Qasım
Əliaga oglu QASIMOV 1961 |
Ruslan
MUSTAFAZADƏ Sumqayıt
Əsabəli MUSTAFAYEV Sumqayır |
Sumqayıt Şəhər Məhkəməsi,
06/10/2010
|
27/10/2022 | 03/08/2022 | 3,600 | 250
(birbaşa ərizəçinin təmsilçisi cənab R.Mustafazadənin bank hesabına ödənilir) |
5. | 51695/20
06/11/2020 |
Arif
Sədrəddin oglu HƏŞIMOV 1963 |
Ruslan
MUSTAFAZADƏ Sumqayıt
Əsabəli MUSTAFAYEV Sumqayır |
Suraxanı Məhkəməsi,
19/02/2019
|
27/10/2022 | 04/11/2022 | 1,800 | 250
(birbaşa ərizəçinin təmsilçisi cənab R.Mustafazadənin bank hesabına ödənilir) |
6. | 51699/20
06/11/2020 |
Allahqulu
Məhərrəm oglu IMANOV 1959 |
Ruslan
MUSTAFAZADƏ Sumqayıt
Əsabəli MUSTAFAYEV Sumqayır |
Suraxanı Məhkəməsi,,
12/02/2019
|
27/10/2022 | 03/08/2022 | 1,800 | 250
(birbaşa ərizəçinin təmsilçisi cənab R.Mustafazadənin bank hesabına ödənilir) |
7. | 51705/20
06/11/2020 |
Ramiz
Məmmədəli oglu NƏCƏFOV 1960 |
Ruslan
MUSTAFAZADƏ Sumqayıt
Əsabəli MUSTAFAYEV Sumqayır |
Suraxanı Məhkəməsi,
01/03/2019
|
27/10/2022 | 03/08/2022 | 1,800 | 250
(birbaşa ərizəçinin təmsilçisi cənab R.Mustafazadənin bank hesabına ödənilir) |
8. | 10057/21
29/01/2021 |
Iradə
Abuzər qızı AŞUROVA 1961 |
Ruslan
MUSTAFAZADƏ Sumqayıt
Əsabəli MUSTAFAYEV Sumqayır |
Sumqayıt Şəhər Məhkəməsi,
12/03/2019 |
27/10/2022 | 03/08/2022 | 1,800 | 250
(birbaşa ərizəçinin təmsilçisi cənab R.Mustafazadənin bank hesabına ödənilir) |
9. | 19434/21
31/03/2021 |
Həcər
Müzəffər qizi MƏMMƏDOVA 1949 |
Ruslan
MUSTAFAZADƏ Sumqayıt
Əsabəli MUSTAFAYEV Sumqayır |
Sumqayıt Şəhər Məhkəməsi,
29/03/2019
|
27/10/2022 | 03/08/2022 | 1,800 | 250
(birbaşa ərizəçinin təmsilçisi cənab R.Mustafazadənin bank hesabına ödənilir) |
10. | 19557/21
30/03/2021 |
Mətləb
Babaxan oglu NƏZƏROV 1961 |
Ruslan
MUSTAFAZADƏ Sumqayıt
Əsabəli MUSTAFAYEV Sumqayır |
Sumqayıt Şəhər Məhkəməsi,
01/10/2019
|
27/10/2022 | 03/08/2022 | 1,500 | 250
(birbaşa ərizəçinin təmsilçisi cənab R.Mustafazadənin bank hesabına ödənilir) |
11. | 19565/21
31/03/2021 |
Saray
Imamverdi qizi SƏFTƏROVA 1956 |
Ruslan
MUSTAFAZADƏ Sumqayıt
Əsabəli MUSTAFAYEV Sumqayır |
Ali Məhkəmə
03/03/2010
|
27/10/2022 | 03/08/2022 | 3,600 | 250
(birbaşa ərizəçinin təmsilçisi cənab R.Mustafazadənin bank hesabına ödənilir) |