Ərizə forması necə doldurulmalıdır?
Avropa İnsan Hüquqları Məhkəməsi yalnız Avropa İnsan Hüquqları Konvensiyasında müəyyən olunmuş hüquqlarının pozulduğunu iddia edən şəxslər, təşkilatlar və şirkətlərdən gələn şikayətlərə baxan beynəlxalq məhkəmədir. Konvensiya bir çox Avropa Dövlətlərinin müəyyən əsas hüquqların təmin edilməsi barədə razılığa gəldiyi beynəlxalq müqavilədir. Bü hüquqlar Konvensiyanın özundə, eləcə də yalnız bəzi dövlətlərin qəbul etdiyi 1, 4, 6, 7, 12 və 13 saylı Protokollarda əks olunmuşdur. Protokolların mətnləri bu sənədə əlavə olunur, onları oxumaq məsləhət görülür.
Məhkəmənin hər növ şikayətlərə baxmaq səlahiyyəti yoxdur. Onun səlahiyyətləri, Konvensiyada nəzərdə tutulmuş kimin, nə zaman və nə barədə şikayət etmək qabiliyyətini məhdudlaşdıran qəbuledilənlik meyarları ilə müəyyənləşir. Məhkəmə tərəfindən baxılan ərizələrin 90%-dən çoxu qəbul edilməz elan edilir. Bu səbəbdən Məhkəməyə müraciət etmədən öncə şikayətinizin aşağıda göstərilən qəbuledilənlik tələblərinə müvafiq gəlməsini yoxlamalısınız.
Tam mətn ilə tanış olmaq üçün PDF yüklə