Bu ərizə forması rəsmi hüquqi sənəddir və Sizin hüquq və vəziflərinizə təsir edə bilər. “Ərizə formasını doldurmaq üçün Qeydlər” bölümündəki təlimatlara baxın. Şikayətinizə uyğun gələn bütün bəndləri doldurun və bütün lazımi sənədləri əlavə edin.
Xəbərdarlıq: Ərizə formanız tam şəkildə doldurulmazsa qəbul edilməyəcəkdir (Məhkəmə Qaydalarının 47-ci qaydasına baxın). Diqqətinizə çatdırırıq ki, Qayda 47 § 2 (a) da tələb olunur ki, faktların qısa ifadəsi, şikayətlər və şikayətlərin qəbuletmə şərtlərinə müvafiq olması ərizə formasının bunlar üçün ayrılmış müvafiq bəndlərdə göstərilsin. Doldurulmuş ərizə forması Məhkəməyə digər sənədlərə istinad edilmədən şikayətin mahiyyəti və miqyasını müəyyənləşdirmək imkanı verməlidir.
Ərizə Forması üçün PDF yüklə: Application_Form_AZE
Bu forma yalnız Adobe Reader 9 proqramında və ya bu proqramın daha yuxarı versiyalarlda Windows və Mac OS X əməliyyat sistemlərində açılır. Adobe Reader proqramının kompyuterinizdə quraşdırılmasını təmin edin (proqramı www.adobe.com saytından yükləyə bilərsiniz).
1. Formanın surətini yaddaşda saxlayın
Yuxarıdakı linkə və ya ikona sağdan bas
“Aşağıdakı linkdəki faylı yükləyin” və ya “Linkdəki sənədi yaddaşda saxla” seçimlərindən birinə bas
Formanı kompyuterinizdə seçdiyiniz bölmədə yaddaşda saxlayın
2. Formanı doldurun
Seçdiyiniz bölmədə yaddaşda saxladığınız formanı Adobe Reader proqramında açın
Formanı doldurun və yaddaşda saxlayın
Formanı doldurduqdan sonra onu çap edin, imzalayın və Məhkəməyə poçtla göndərin