15 mart 2021-ci il tarixdə kommunikasiyaya başlanılıb
6 aprel 2021-ci il tarixdə bu haqda bilgi dərc edilib
BEŞİNCİ BÖLMƏ
Ərizə №70109/13
Heybət Əmrah Azərbaycana qarşı
Məhkəmə işinin mövzusu
Bu iş ərizəçinin icazəsiz dinc nümayişdə iştirak etməsinə görə inzibati qaydada həbs və mühakimə olunması ilə bağlıdır. Olayların baş verdiyi zamanda müxalif siyasi partiyada məsul vəzifə tutan ərizəçi on günlük inzibati həbs cəzasına məhkum edilmişdi.
Ərizəçi qeyd edib ki, iddia edilən dinc nümayişin iştirakçısı olmayıb, müxalifət təmsilçisi olması səbəbindən inzibati xəta icraatına məruz qalıb. Saxlanıldığı zaman və polis nəzarətində tutulduğu müddətdə vəkilə çatım imknaı yaradılmadığını, birinci instansiya məhkəməsində istədiyivəkilin dəvət edilmədiyini qeyd edən ərizəçi Konvensiyanın 5-ci (Azadlıq və toxunulmazlıq) və 6-cı (Ədalətli məhkəmə araşdırması) maddələri ilə təminat altına alınan hüquqlarına müdaxilənin baş verdiyini iddia edir.
Tərəflərə suallar
1. Ərizəçinin saxlanılması Konvensiyanın 5-ci maddəsinin 1-ci bəndinə uyğun olubmu? Xüsusilə, ərizəçinin inzibati qaydada həbs edilməsi zamanı daxili prosessual qaydalara əməl edilibmi?
2. Ərizəçiyə qarşı irəli sürülən ittihamlar haqda qərar verilərkən, Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinə uyğun olaraq, ədalətli və açıq məhkəmə dinləmələri təmin edildimi? Ərizəçi Konvensiyanın 6-cı maddəsinin 3-cü bəndinin (c) tələbinə uyğun şəkildə özünü müdafiə edə bildimi? Ərizəçiyə münasibətdə əsaslandırılmış qərar qəbul etmək hüququna hörmət göstərilibmi?
Hökumətdən daxili məhkəmə araşdırmalarına daxil olan bütün sənədlərin surətlərini təqdim etməsi tələb olunur.