№69460/12 ŞÜRİYYƏ ZEYNALOV AZƏRBAYCANA QARŞI – 10 SENTYABR 2020-Cİ İL

YENİ © tərcümə, aihmaz.org  PDF

 

BEŞİNCİ BÖLMƏ

ŞÜRİYYƏ ZEYNALOV AZƏRBAYCANA QARŞI

(Ərizə № 69460/12)

 

QƏRAR

 

 

STRASBURQ
10 sentyabr 2020

Bu qərar Konvensiyanın 44-cü maddəsinin 2-ci bəndində göstərilən hallar əsasında qəti qüvvəyə minəcək. Qərara redaktə xarakterli dəyişikliklər edilə bilər.

 

Şüriyyə Zeynalov Azərbaycana qarşı məhkəmə işində

Avropa İnsan Hüquqları Məhkəməsinin (Beşinci Şöbə) Palatasının iclası aşağıdakı heyətdən ibarətdir:

Síofra O’Leary, Prezident,
Gabriele Kucsko-Stadlmayer,
Ganna Yudkivska,
Mārtiņš Mits,
Lәtif Hüseynov,
Lado Chanturia,
Mattias Guyomar, hakimlər,
və Victor Soloveytchik, İclas Katibi,

Məhkəmə işi 16 oktyabr 2012-cu il tarixdə Azərbaycan vətəndaşı, Şüriyyə Mahmud oğlu Zeynalovun (“ərizəçi”) İnsan Hüquqları və Əsas Azadlıqların Müdafiəsi haqqında Avropa Konvensiyasının (“Konvensiya”) 34-cü maddəsinə əsasən Azərbaycan Respublikasına qarşı ərizəsi (№ 32538/10) əsasında başlayıb. Məhkəmə 7 iyul 2020-ci il tarixdə tərəflərin müşahidələrinə baxdıqdan sonra aşağıdakı qərarı elan etdi:

GİRİŞ

1. Ərizəçi, oğlunun Naxçıvan Muxtar Respublikasının (“NMR”) Milli Təhlükəsizlik Nazirliyinin (“MTN”) əməkdaşları tərəfindən həbsxanada işgəncə verilməsi nəticəsində öldüyünü və yerli hakimiyyət orqanlarının Konvensiyanın 2-ci və 3-cü maddələrini pozaraq, bu işlə bağlı səmərəli araşdırma aparmadığından şikayət edib.

FAKTLAR

2. Ərizəçi 1938-ci ildə anadan olub və Naxçıvanda yaşayır. Onu Azərbaycanda fəaliyyət göstərən vəkillər, cənab R.Mustafazadə və cənab A. Mustafazadə təmsil edib.

3. Azərbaycan Hökuməti cənab Ç.Əsgərov tərəfindən təmsil olunub.

I. ƏRİZƏÇİNİN OĞLUNUN HƏBSİ VƏ ÖLÜMÜ

4. Ərizəçinin oğlu, 1980-ci il təvəllüdlü Turac Zeynalov (T.Z.) sözügedən hadisələr zamanı Naxçıvan Beynəlxalq Hava Limanında sürücü işləyirdi.

5. Hökumətin bildirdiyinə görə, 24 avqust 2011-ci il il tarixdə T.Z. NMR MTN-nə dəvət edilib və şahid qismində dindirilib. Dindirmə səhər 10.15-də başlayıb və 12.40-da bitib. Həmin gün saat 16.30-da o şübhəli şəxs qismində həbs olunub və ona icazə verilib ki, atası və qardaşına telefonla zəng edərək həbs olunduğunu bildirsin. Elə həmin gün, saat 17.25-dən saat 18.35-ə qədər, T.Z. dövlətin təyin etdiyi vəkilin iştirakı ilə şübhəli şəxs olaraq dindirilib. Dindirmədən sonra o, NMR Daxili İşlər Nazirliyinin İstintaq Təcridxanasına aparılıb. O, 26 avqust 2011-ci il tarixdə NMR MTN-ə aparılıb və Cinayət Məcəlləsinin 274-cü maddəsinə əsasən dövlətə xəyanətdə ittiham olunaraq təqsirləndirilən şəxs qismində dindirilib. İş materialındakı sənədlərə görə, o, İran kəşfiyyat xidməti ilə əməkdaşlıqda ittiham olunub. Dindirilmədən sonra həmin gün onu Naxçıvan Şəhər Məhkəməsinə aparıblar və məhkəmə onun barəsində həbs qətimkan tədbiri seçib. O, 26-28 avqust 2011-ci il tarixlərində NMR Ədliyyə Nazirliyinin İstintaq Təcridxanasında saxlanılıb.

6. Hökumət bildirib ki, 28 avqust 2011-ci il tarixdə ərizəçi dindirilmək üçün NMR MTN-in binasına aparılıb. Lakin birdən o, özünü pis hiss edib və təcili yardım çağırılıb. T.Z.-yə ilkin tibbi yardım göstərilsə də, səhhəti pisləşməyə davam edib və təcili yardım onu xəstəxanaya aparıb. O, xəstəxanaya aparılarkən yolda ölüb. Ölümü barəsində dərhal ailəsinə məlumat verilib. Hökümət hadisələrlə bağlı öz versiyasını dəstəkləmək üçün NMR MTN-də müstəntiq tərəfindən tibbi yardımın çağırılması ilə əlaqədar protokola və NMR Səhiyyə Nazirliyinin təcili tibbi xidmətlə bağlı arayışına istinad edib. Tibbi yardımın çağrılması barədə protokolun 28 avqust 2011-ci il tarixli olduğu və saat 11.30-dan 11.55-ə qədər tərtib edildiyi göstərilib.

7. T.Z.-nin ölümündən sonra, cənazə mərasimi keçirilməmişdən əvvəl, onun cəsədinin video görüntüsü ailə üzvləri tərəfindən lentə alınaraq mətbuata verilib. Videoyazıdan məlum olur ki, T.Z.-nin çiyinləri, dirsəkləri, dizləri və belində aydın görünən çoxsaylı qançırlar var. T.Z.-nin bədəninin müxtəlif hissələrində bir neçə şiş də görünür. Hadisə mətbuatda geniş işıqlandırlımış və şərh edilmişdi.

II. CİNAYƏTİN ARAŞDIRILMASI

8. Hökümətin təqdim etdiyi sənədlərdə, 28 avqust 2011-ci il tarixdə müstəntiqin T.Z.-nin cəsədinin müayinəsi ilə bağlı qərar verdiyi görünür. Elə həmin gün – T.Z.nin ölümündən yalnız bir neçə saat sonra – müayinənin aparıldığı məlum olur. 10 sentyabr 2011-ci il tarixli tibbi ekspertin rəyində, ölüm səbəbi kimi aşağı ətrafların venalarının trombozu hesabına əmələ gəlmiş ağciyar arteriyasının tromboemboliyası göstərilir. Ekspert, T.Z.-nin cəsədində xəsarət və ya paltarında xəsarət izləri olmadığını, ancaq bədəninin müxtəlif hissələrində yeddi törəmə iz olduğunu qeyd edib. Ölümdən sonra meyitin bel tərəfində ləkələrin yarandığı əlavə edilib.

9. Hökümətin təqdim etdiyi sənədlərdən məlum olur ki, Naxçıvan Şəhər Prokurorluğunun 9 sentyabr 2011-ci il tarixli qərarı ilə müstəntiq T.Z.-nin ölümü ilə əlaqədar cinayət işi qaldırmaqdan imtina edib. Qərar 10 saylı tibbi ekspertin rəyinin nəticələrinə və MTN-nin əməkdaşları tərəfindən verilən ifadələrə əsaslanır. Qərarda ərizəçinin özünün, həyat yoldaşının və iki qardaşının verdiyi ifadələrə də toxunur. İfadələrdə deyilir ki, T.Z. dəri xərçəngindən əziyyət çəkdiyinə görə bədənində şiş olub və bu səbəbdən dəfələrlə əməliyyat olunub.

10. Ərizəçinin dediyinə görə, 2011-ci ildə qeyri-müəyyən bir tarixdə T.Z.-nin ailəsi MTN-dən ərizəçinin ölümünün səbəblərini araşdırmasını istəyib.

11. 2011-ci ilin qeyri-müəyyən tarixində T.Z-nin ailəsinə “qərardan çıxarış” adlı və 26 noyabr 2011-ci il tarixli bir sənəd verilib. 24 avqust 2011-ci il tarixdə bu sənəd vasitəsi ilə NMR MTN-nin baş müstəntiqi T.Z-nin ailəsinə məlumat verib ki, T.Z. Cinayət Məcəlləsinin 274-cü maddəsi ilə açılan cinayət işi çərçivəsində həbs edilmiş və 26 avqust 2011-ci il tarixdə dövlətə xəyanət cinayətində ittiham edilmişdi. Lakin 8 sentyabr 2011-ci il tarixdə T.Z.-nin ölümü ilə əlaqədar olaraq cinayət istintaqı dayandırılmışdır. Sənəddə T.Z.-nin ölümünün səbəbləri barədə bir cümlə belə yox idi.

12. 12 dekabr 2011-ci il tarixdə T.Z-nin həyat yoldaşının vəkili Baş Prokurorluğa və NMR MTN-ə məktub yazaraq T.Z-nin ölümü ilə bağlı istintaq materiallarını – tibbi ekspertizanın rəyləri və prosessual qərarlar – eləcə də, T.Z-yə qarşı açılan cinayət işi ilə əlaqəli sənədləri ona vermələrini xahiş edib.

13. Vəkil, 19 dekabr 2011-ci il tarixdə Azərbaycan Respublikasının Baş Prokuroru və Ombudsmana məktub yazaraq, nə T.Z-nin ölümü ilə bağlı istintaqın aparıldığı barədə hər hansı bir məlumatın, nə də onun ölümü ilə əlaqəli istintaq sənədininin T.Z-nin ailəsinə verilmədiyini bildirib.

14. 29 dekabr 2011-ci il tarixdə NMR MTN-nin baş müstəntiqi, vəkilin informasiya sorğusuna cavab vermədən, vəkilə məktub göndərərək vəkili və mərhumun ailəsini MTN-in fəaliyyəti ilə bağlı böhtan xarakterli məlumatlar yaymaqda günahlandırıb.

15. Ombudsman 30 dekabr 2011-ci ildə vəkilə göndərdiyi məktubda bildirib ki, NMR-nin prokurorluq orqanları tərəfindən aparılan istintaqdan sonra məlum olub ki, T.Z. MTN əməkdaşları tərəfindən pis rəftara məruz qalmayıb və T.Z ağciyər emboliyası nəticəsində vəfat edib. Bununla əlaqədar olaraq Ombudsman 5 sentyabr 2011-ci il tarixli 10 saylı qərar istinad edib. Lakin Ombudsman, nə tibb ekspertizasının rəylərini, nə də T.Z.-nin ölümü ilə bağlı istintaq sənədinin surətini T.Z.-nin ailəsinə təqdim edib.

16. 5 mart 2012-ci ildə vəkil, T.Z.-nin ölümü ilə bağlı istintaqla əlaqəli sənədlərin ona verilməsi üçün Baş Prokurora və Azərbaycan Respublikasının MTN-ə məktub yazıb.

17. 19 Mart 2012-ci ildə Baş Prokurorluq vəkilə vəsatətə baxıldığını və müvafiq sənədləri əldə etmək üçün NMR-in prokurorluq orqanlarına müraciət edə biləcəyini bildirib.

18. Baş Prokurorluğun 19 Mart 2012-ci il tarixli məktubuna əsaslanan vəkil NMR Baş Prokuroruna müraciət edərək, müvafiq sənədləri mərhumun ailəsinə təqdim etməsini xahiş edib. Ancaq onun bu xahişinə cavab verilməyib.

19. 3 may 2012-ci il tarixdə NMR MTN-nin baş müstəntiqi ərizəçiyə, MTN-in fəaliyyəti ilə bağlı Azərbaycan Respublikasının Prezidentinə göndərdiyi şikayətə görə böhtan atmaqda günahlandıran məktub göndərib. Müstəntiq daha sonra bildirib ki, T.Z pis rəftara məruz qalmayıb və o ağciyər emboliyasından vəfat edib. Bununla əlaqədar olaraq, o, 10 saylı rəyə istinad edib. Lakin müstəntiq, nə sözügedən rəyin surətini, nə də T.Z.-nin ölümü ilə bağlı istintaq sənədini ərizəçiyə təqdim etməyib.

20. Baş Prokurorluq 16 may 2012-ci il tarixli məktubunda ərizəçiyə bildirib ki, T.Z. MTN-də pis rəftara məruz qalmayıb və o ağciyər emboliyası nəticəsində ölüb. 9 sentyabr 2011-ci il tarixli qərarı ilə Naxçıvan Şəhər Prokurorluğunun T.Z.-nin ölümü ilə əlaqədar cinayət işi qaldırmaqdan imtina etdiyini qeyd edib. Bununla belə, Baş Prokurorluq ərizəçiyə sözügedən qərarın nüsxəsini təqdim etməyib.

21. 21 may 2012-ci il tarixdə T.Z-nin həyat yoldaşının vəkili Səbail Rayon Məhkəməsinə ərizə verərək məhkəmədən yerli hakimiyyət orqanlarının T.Z-nin ölümü ilə bağlı istintaqa dair sənədləri T.Z-nin ailəsinə təqdim etməməsini qanunsuz elan etməsini və müvafiq sənədlərin T.Z-nin ailəsinə verilməsi üçün göstəriş verməsini xahiş edib.

22. 24 may 2012-ci il tarixdə Səbail Rayon Məhkəməsi ərizəyə baxmaqdan imtina edib. Məhkəmə, prokurorluq orqanlarının hərəkət və ya qərarlarından verilən ərizənin Cinayət Prosessual Məcəlləsinin (“CPM”) 449-450-ci maddələrində nəzərdə tutulduğu şəkildə düzgün olmadığını bildirib. Belə ki, məhkəmə, bu növ şikayətlərin İnzibati Prosessual Məcəllənin 2-ci maddəsinə uyğun olaraq inzibati məhkəmələr qaydasında verilməli olduğunu qeyd edib.

23. 22 iyun 2012-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsi birinci instansiya məhkəməsinin qərarını qüvvədə saxlayıb.

24. 12 oktyabr 2012-ci il tarixdə əvvəllər T.Z.-nin həyat yoldaşını təmsil etmiş eyni vəkil tərəfindən təmsil olunan ərizəçi, Baş Prokurorluğa və NMR MTN-ninə qarşı Naxçıvan İnzibati İqtisadi Məhkəməsinə şikayət verib. Ərizəçi, cavabdeh tərəflərdən oğlunun ölümü ilə bağlı aparılan istintaqın sənədlərinin ona təqdim etmələrini və həmin orqanların hərəkətsizliklərini qanunsuz elan etməsini məhkəmədən xahiş edib.

25. Naxçıvan İnzibati İqtisad Məhkəməsi, məhkəmənin sədri tərəfindən də imzalanmış 17 oktyabr 2012-ci il tarixli məktubunda ərizəçiyə bildirib ki, onun ərizəsi məhkəmənin yurisdiksiyası xaricindədir – o, prokurorluq orqanlarının hərəkət və qərarlarından CPM-ə uyğun olaraq məhkəmə baxışı qaydasında baxılması üçün müvafiq məhkəməyə şikayət edə bilər.

26. 2 Noyabr 2012-ci il tarixdə ərizəçi bu məktubdan NMR Ali Məhkəməsinə şikayət edib və əvvəlki şikayətlərini təkrarlayıb. Ərizəçi şikayətinə heç bir cavab almayıb.

III. T.Z-İN ÖLÜMÜNÜN BAŞ VERMƏ ŞƏRAİTİ İLƏ BAĞLI MƏTBUATDA YAYILAN İDDİALAR

27. 2012-ci ilin dekabr ayında NMR MTN-nin keçmiş əməkdaşı olduğunu iddia edən və həmin vaxt Rusiyada olan İ.M. mətbuata bildirib ki, T.Z-yə 24-27 avqust 2011-ci il tarixdə Naxçıvanda MTN binasında işgəncə verilib və o işgəncə nəticəsində ölüb.

28. 2013-cü ilin yanvarında İ.M., T.Z.-nin ölümünün əsas şahidi olduğunu iddia edərək, Rusiyaya sığınacaq üçün müraciət edib. Onun sığınacaq tələbinin rədd edilməsinə və İ.M.-yə qarşı fırıldaqçılığa görə açılan cinayət işi çərçivəsində Azərbaycan hakimiyyət orqanları tərəfindən ekstradisiya tələbinə səbəb olan daxili məhkəmə işləri, Məhkəmənin İbrahim Musayev Rusiyaya qarşı verdiyi qərarının (№ 55091/13, 23 sentyabr 2014) mövzusudur.

UYĞUN QANUNVERİCİLİK

I. UYĞUN YERLİ QANUNLAR

29. CPM-sinin müvafiq maddələri Mhkəmənin Huseynova Azərbayucana qarşı (№ 10653/10, §§ 61-62, 13 aprel 2017) qərarında detallı təsvir olunub.

II. MÜVAFİQ BEYNƏLXALQ SƏNƏDLƏR

30. 18 İyul 2018-ci ildə İşgəncə və Qeyri-insani və ya Ləyaqəti Alçaldan Rəftarın və ya Cəzanın Qarşısının Alınması Komitəsi (“CPT”) 13-20 dekabr 2012-ci il tarixlərində Azərbaycana səfəri barədə hesabatı yayımlayıb. Hesabatın müvafiq hissələrində aşağıda göstərilib:

“F. Z. nin işi

56. 9 sentyabr 2011-ci ildə CPT Azərbaycan hakimiyyətinə 2011-ci ilin avqust ayında Azərbaycanın Naxçıvan Muxtar Respublikasında həbsdə saxlanılan T.Z.-nin (31 yaş) ölümü ilə bağlı məktub yazdı. Komitə, cənab Z.-nin Milli Təhlükəsizlik Nazirliyinin vəzifəli şəxsləri tərəfindən aldığı xəsarətlər nəticəsində öldüyünə dair iddialar əldə etmişdi.
Bu, CPT-nin eyni mövzuda, yəni cənab Z.-nın ölümü ilə əlaqədar aparılan araşdırmalarla bağlı ətraflı məlumat və bütün müvafiq tibbi/yarılma hesabatlarının surətlərini əldə etməyi hədəfləyən bir neçə məktublarında ilki idi. Tələb olunan bəzi məlumatlar sonradan Azərbaycan hakimiyyət orqanları tərəfindən təmin edilmiş, lakin tibbi xarakterli bəzi sənədlər diqqətdən kənar qalmışdı. Artıq göstərildiyi kimi, qalan məlumatların çoxu – xüsusilə də meyitin autopsiya sənədi – nəhayət, 2012-ci il səfəri zamanı verilmişdir.
57. Azərbaycan hakimiyyəti tərəfindən verilən məlumata görə, 24 avqust 2011-ci il tarixində cənab Z. barəsində həbs edilmə protokolu tərtib edilib və o, Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin müvəqqəti saxlama təcridxanasına yerləşdirilib. 26 avqustda onun haqqında həbs qətimkan tədbiri seçilib və həmin gün Ədliyyə Nazirliyinin İstintaq Təcridxanasına göndərilib. Təcridxanaya daxil olduğu vaxt, sinə və göbək nahiyəsindəki bəzi dəri deformasiyaları xaricində, bədənində heç bir iz görülməyib və cənab Z.-nin İstintaq Təcridxanasına qəbulundan sonra 27 avqustda aparılan ilkin müayinə nəticəsində onun “praktik olaraq sağlam” olması təsbit edilib. 28 avqust tarixində saat 9.00-da, cənab Z., Nazirliyin müstəntiqinin yazılı müraciətinin ardından “zəruri istintaq hərəkətlərinin aparılması məqsədi ilə” İstintaq Təcridxanasından Naxçıvan Milli Təhlükəsizlik Nazirliyinə köçürülüb. Cənab Z. Milli Təhlükəsizlik Nazirliyinə gedərkən özünü pis hiss etməyə başlayıb və ora çatdıqdan sonra ifadə verə bilməyib. Təcili yardım çağırılıb və Naxçıvan Şəhər Müalicə Diaqnostika Mərkəzinə köçürülüb; Diaqnostika Mərkəzinə çatmamış yolda ölüb (Mərkəzin həmin gün saat 13.35-də verdiyi bir arayışla təsdiqlənir).
28 avqust 2011-ci ildə Naxçıvan Şəhər Prokurorluğu tərəfindən ibtidai istintaq başlayıb. Z.-nin cəsədi Naxçıvan Muxtar Respublikasının “Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya” mərkəzi tərəfindən həmin gün (saat 17.00 ilə 18.30 arasında) yarılıb. 8 sentyabr tarixli yarılmanın nəticələrinə görə: cənab Z.-nin cəsədində və ya paltarında heç bir zədə əlamətləri aşkar edilmədi; ölümünün səbəbi “ağciyər arteriyasının tromboembolizmi ilə nəticələnən alt hissə damarlarının trombozu” idi; ölüm vaxtı 28 avqust idi. 9 sentyabrda prokurorluq ibtidai istintaqı dayandırmaq və cinayət işi açmamaqla bağlı qərarı verib.
58. Autopsiya hesabatı və təqdim olunan fotoşəkillər Komitə daxilindəki həkim-ekspertlər tərəfindən araşdırılıb. Z-nin cəsədinin onun yaxınlarına qaytarılmasındna sonra çəkilmiş video görüntüləri də araşdırılıb. Bu materiallar əsasında aşağıdakı müşahidələrimizi bölüşürük:
– nümayəndə heyətinə təqdim olunan fotoşəkillərdə bədənin yalnız yuxarı hissəsi soyundurulmuş vəziyyətdədir; Lazimi qiymətləndirmənin aparılması üçün bədənin alt hissəsinin də soyundurulmuş fotoşəkilləri verilməli idi;
– video görüntülərdə, həm gluteal bölgələrdə, həm də sağ koksikulyar bölgədə, dərinin mavi bənövşəyi formada rəngsizləşməsi, ölümdən sonra canlı dəridən açıq şəkildə fərqlənən, qançırlar və hematomları göstərən əlamətlər müşahidə edilir; autopsiya hesabatında bu cür lezyonların təsviri verilmir;
– autopsi hesabatında təsvir olunan və xüsusilə patoloji tapıntılar:
• (xarici müayinə) alt ekstremitələrdə trombozlar (“Hər iki alt bölgədə trombüs aşkar edilir”);
• (daxili müayinə) nümayəndə heyətinə verilmiş fotoşəkillərdə ağciyər arteriyasında trombotik embolus (“Ağciyər arteriyasının kəsilməsi nəticəsində orda qırmızı-boz rəngdə sərbəst şəkildə yerləşdirilmiş tromb kütləsi aşkar edilmişdir”) və epikardial qanaxmalar (“Epikardiyada az sayda nöqtəyə oxşar eyni qanaxmalar aşkar edilmişdir”) sənədləşdirilməyib;
– autopsiya hesabatında, səthdə olan və dərin damarların müayinəsini aparmaq üçün alt ekstremitələrin yumşaq toxumasından kəsiklərdən istifadə edilməyib; və bu cür kəsiklər video görüntülərə düşməyib;
– toksikoloji analizlərin və nümunə götürülmüş orqanların histoloji müayinəsinin nəticələri autopsiya hesabatına daxil edilməmiş və nümayəndə heyətinə verilməmişdir.
59. CPT hesab edir ki, aparılan tibbi ekspertiza əsasında cənab Z.-nin autopsi hesabatında göstərildiyi kimi, “ağciyər arteriyasının tromboembolizmi ilə nəticələnən alt hissə damarlarının trombozu” nəticəsində öldüyü qənaətinə gəlmək mümkün deyil. Belə bir nəticəyə gəlmək üçün damar patologiyası və trombüsün yetkinliyini müəyyənləşdirmək üçün tapılan hər hansı bir trombüsün histoloji qiymətləndirilməsi daxil olmaqla hər iki alt ekstremitədəki damarların ətraflı müayinəsi tələb olunur.
Bundan əlavə, cənab Z.-nin ölümü, yəni həbsdə olan gənc insanın səhhətinin sürətlə pisləşməsi şərtləri nəzərə alınaraq, ölümün digər mümkün səbəbləri, xüsusən dərialtı toxumaların müayinəsi yolu ilə, eləcə də ekstremitələr daxil olmaqla bədənin arxasındakı yumşaq toxumaların və əzələlərin tam açılması (“soyma” proseduru deyilir) ilə tam araşdırılmalı idi. Nəhayət, CPT qeyd edir ki, autopsiya hesabatında aşkar olunanların heç biri – xüsusən də bədəndə yaralanmaların olmaması (və daha konkret olaraq alt hissə), alt ekstremitələrdə tromb və ağciyər arteriyasında trombotik embolus tapılması – foto dəlillərlə dəstəklənmir.”

31. 18 iyul 2018-ci il tarixdə CPT 29 mart – 8 aprel 2016-cı il tarixləri arasında Azərbaycana səfəri barədə hesabatını yayımlayıb. Hesabatın müvafiq hissələrində qeyd edilirdi:

“6. … Nümayəndə heyəti, təəssüf hissi ilə qeyd edir ki, CPT-nin sorğularına verilən və hesabata yazılan cavabların bəziləri həqiqətə uyğun deyil – məsələn … T.Z-nin ölümü ilə bağlı istintaqın yenidən açılmaması. CPT bir daha vurğulayır ki, əməkdaşlıq prinsipi Komitəyə doğru məlumat verməyi və yuxarıda göstərilən bu cür aldadıcı hərəkətlərdən çəkinmək öhdəliyini əhatə edir.”

QANUN

I. ƏRİZƏÇİNİN ŞİKAYƏTLƏRİNİN HÜQUQİ DƏYƏRLƏNDİRİLMƏSİ

32. Ərizəçi Konvensiyanın 2-ci və 3-cü maddələrinə əsasən şikayət edərək bildirir ki, oğlu NMR MTN əməkdaşları tərəfindən işgəncələrə məruz qalması səbəbindən ölüb və yerli hakimiyyət orqanları onun ölümü ilə bağlı səmərəli araşdırma aparmayıb.

33. Konvensiyanın 2-ci və 3-cü maddələrində deyilir:

Maddə 2
“1. Hər kəsin yaşamaq hüququ qanunla qorunur. Heç kəs həyatından məhrum edilə bilməz …”

Maddə 3
“Heç kəs işgəncəyə, qeyri-insani və ya ləyaqəti alçaldan rəftara və ya cəzaya məruz qalmamalıdır.”

34. Məhkəmə hesab edir ki, işin konkret halları, əvvəlki dəlillər və tərəflərin təqdimatları nəzərə alınmaqla, ərizəçinin oğlunun 3-cü maddəyə zidd olaraq həbsdə pis rəftara məruz qalıb-qalmaması iddiası, 2-ci maddə altında verilmiş şikayətdən, yəni ərizəçinin oğlunun bu pis rəftar nəticəsində ölməsi iddiasından ayrı şəkildə araşdırılmalıdır. Hadisələrin xronoloji ardıcıllığını təmin etmək üçün ilk öncə 3-cü maddənin maddi (substantiv) pozuntusu araşdırılacaq, daha sonra 2-ci maddəyə uyğun şikayətin təhlili ilə davam edəcəkdir.

35. Digər tərəfdən, bu iki müddəanın prosessual tərəfinə gəldikdə, iddia edilən pis rəftara məruz qalma və ərizəçinin oğlunun ölümü ilə bağlı istintaqdan verilən şikayətlərin eyni iddia edilən çatışmazlıqlarla və daxili icraatla əlaqəsi olduğundan, 2 və 3-cü maddələrə əsasən, birlikdə araşdırılması məqsədə uyğundur.

3-CÜ MADDƏNİN POZULMASI İLƏ NƏTİCƏLƏNƏN PİS RƏFTARA MƏRUZ QALMA İDDİASI İLƏ BAĞLI

A. Qəbuledilənlik

1. Tərəflərin təqdimatları

36. Hökumət, ərizəçinin daxili hüquq müdafiə vasitələrini tükəndirmədiyi üçün ərizəsinin qəbuledilməz elan edilməli olduğunu qeyd etdi. Xüsusilə, Səbail Rayon Məhkəməsinə və Bakı Apelyasiya Məhkəməsinə verilən şikayətlər daxil olmaqla, hüquq müdafiə orqanlarına göndərilən bütün şikayətlərin ərizəçi tərəfindən deyil, T.Z.-nin həyat yoldaşı tərəfindən verildiyini qeyd etdi. Belə ki, ərizəçi yalnız inzibati məhkəmələrə şikayət etmişdi və bu onun şikayətlərinə uyğun adekvat müdafiə vasitə kimi qəbul edilə bilməzdi. Buna görə, Hökumət, Səbail Rayon Məhkəməsi və Bakı Apelyasiya Məhkəməsinin qərarlarının uyğunluğuna toxunmadan, ərizəçinin daxili hüquq müdafiə vasitələrini tükəndirmədiyini bildirdi.

37. Ərizəçi Hökumətin mülahizəsi ilə razılaşmadı. O bildirdi ki, şikayətlərini inzibati məhkəmələrə göndərməsinin əsas səbəbi Səbail Rayon Məhkəməsi və Appelyasiya Məhkəməsinin öz qərarlarında onun şikayətlərinin inzibati məhkəmələr tərəfindən baxılmalı olduğunu qeyd etməsi olub. O, həmçinin qeyd etdi ki, onu və T.Z.-nin həyat yoldaşını daxili məhkəmə proseslərində eyni vəkil, cənab A.Mustafayev təmsil edib və onların hər ikisi yerli hakimiyyət orqanları qarşısında T.Z.-nin qanuni varisləri kimi çıxış edə bilərdilər.

2. Məhkəmənin dəyərləndirməsi

38. Məhkəmə bir daha vurğulayır ki, Konvensiyanın 35-ci maddəsinin 1-ci bəndində göstərilən daxili hüquq müdafiə vasitələrini tükəndirməsi qaydası ərizəçilər üzərində öhdəçilik qoyur ki, onlar iddia etdikləri pozuntuları həll etmək üçün normal olaraq yerli hüquq sistemində mövcud olan vasitələrdən istifadə etsinlər. Yerli müdafiə vasitələri praktik və nəzəri cəhətdən kifayət qədər aydın olmalıdır, əks halda əlçatımlı və səmərəli hesab olunmayacaq. 35-ci maddənin 1-ci bəndi həmçinin tələb edir ki, yekunda Məhkəməyə verilməsi nəzərdə tutulan şikayətlər daxili qanunvericiliklə müəyyən edilmiş formal tələblərə uyğun olaraq və ən azı mahiyyət üzrə müvafiq daxili qurumlara göndərilsin. Ancaq əgər daxili müdafiə vasitələri qeyri-adekvat və səmərəsizdirsə, ərizəçilər belə bir öhdəçilik daşımır (bax. Akdivar ve Digərləri Türkiyəyə qarşı, 16 sentyabr 1996, §§ 65-67, Məhkəmə Qərarları və Qərardadları 1996 IV; Aksoy Türkiyəyə qarşı, 18 dekabr 1996, §§ 51-52, Hesabatlar 1996-VI; və Vučkovic ve Digərləri Serbiyaya qarşı (ilkin etiraz) [GC], 17153/11 və 29 digər, §§ 71-73, 25 Mart 2014).

39. Məhkəmə əlavə olaraq təkrar edir ki, insan hüquqları və əsas azadlıqlarının kollektiv müdafiəsini təmin edən Konvensiyanın məqsəd və hədəfi tələb edir ki, onun qoruyucu mexanizmlərinin praktiki və səmərəli olması üçün Konvensiyanın müddəalarının özünəməxsusluğu nəzərə alınaraq şərh edilsin və tətbiq edilsin (bax: Yaşa Türkiyəyə qarşı, 2 sentyabr 1998, § 64, Məhkəmə Qərarları və Qərardadları 1998 VI).

40. Hazırkı işin hallarına gəldikdə, Məhkəmə işdə olan sənədlərə ilk baxışdan müşahidə edir ki, hakimiyyət orqanları həm ərizəçini, həm də T.Z-nin həyat yoldaşını T.Z-nin ölümü və pis rəftara məruz qalması ilə bağlı şikayət vermək və məhkəmə araşdırmalarında iştirak etmək hüququ olan şəxslər kimi tanıyıb. Hakimiyyət orqanları işin heç bir mərhələsində onların bu hüquqlarını (locus standi) mübahisələndirməyib (yuxarıda yazılan 8-26-cı bəndlərə baxın).

41. Şikayətlərin çoxunu göndərən şəxsin ərizəçi yox, T.Z-nin həyat yoldaşı olması ilə bağlı Hökumətin arqumentinə gəldikdə, Məhkəmə müşahidə edir ki, T.Z-nin ailəsi ərizəçi və T.Z-nin həyat yoldaşı daxil olmaqla, MTN-dən ölümün hallarını araşdırlmasını istəyiblər və hakimiyyət orqanları da məktub və qərarlarını onların ünvanlarına göndəriblər (yuxarıdakı 10-20-ci bəndlərə baxın). Bu səbəbdən, onlar T.Z.-nin iddia edilən pis rəftara məruz qalması və ölümü ilə bağlı işdə ədaləti təmin etmək üçün bir araya gəliblər. Bundan əlavə, eyni vəkil həm ərizəçinin, həm də T.Z.-nin həyat yoldaşı üçün xidmət göstərib. MTN-nin və istintaq oqranlarının səlahiyyətləri nəzərə alındıqda, aydın görünür ki, həm ərizəçi və həm də T.Z-nin həyat yoldaşı şikayətlərini müvafiq yerli hakimiyyət orqanlarının diqqətinə çatdırmağa çalışıb, onların istintaq apararaq faktları müəyyən etməsinə və dövlət təmsilçiləri tərəfindən cinayət xarakterli davranış aşkarladıqda isə cəzalandırılmasına imkan yaradıblar.

42. Məhkəmə daha sonra qeyd edir ki, hazırkı işdə Hökümət iddia edib ki, Səbail Rayon Məhkəməsinə və Bakı Apellyasiya Məhkəməsinə şikayət vermədiyi üçün ərizəçi daxili müdafiə vasitələrini tükətməyib. Ancaq Hökümət ərizəçinin həmin məhkəmələrə hansı növ şikayətləri verməli olduğunu dəqiqləşdirməyib. Hökumət, öz etirazlarında, istintaq orqanlarının hərəkətlərinə və ya qərarlarına CPM-nin 449-cu maddəsinə uyğun olaraq yerli məhkəmələr qarşısında etiraz etmək imkanını nəzərdə tutulduğuna istinad edir. Lakin Məhkəmə qeyd edir ki, hazırkı işdə ərizəçiyə Naxçıvan Şəhər Prokurorluğunun T.Z-nin ölümü ilə əlaqədar cinayət işi qaldırmaqdan imtina etməsi barədə 9 sentyabr 2011-ci il tarixli qərarının surəti heç vaxt verilməyib. Bu şərtlər daxilində, Məhkəmə, şikayət verilməzdən əvvəl ərizəçinin istintaq orqanlarının hansı hərəkət və ya qərarını yerli məhkəmələr qarşısında mübahisələndirməli olduğunu müəyyənləşdirə bilmir.

43. Məhkəmə ayrıca, istintaq müddətində işin materiallarına çıxış imkanı olmayan ərizəçinin istintaq orqanlarının qərarlarına və ya hərəkətlərinə məhkəmədə səmərəli şəkildə etiraz edə bilməməsi faktını da gözardı edə bilməz (müqayisə üçün bax: Estamirova Rusiyaya qarşı, №. 27365/07, § 94, 17 aprel 2012 və Hüseynova Azərbaycana qarşı, №. 10653/10, § 82, 13 aprel 2017).

44. Yuxarıda göstərilənlərə əsaslanaraq, Məhkəmə daxili müdafiə vasitələrini tükəndirməməsi səbəbindın ərizəçinin şikayətinin rədd edilə bilməyəcəyini və ona görə də Hökumətin etirazının rədd edilməli olduğunu qeyd edir.

45. Məhkəmə qeyd edir ki, şikayət Konvensiyanın 35-ci maddəsinin 3 (a) bəndinin mənası daxilində açıq-aşkar əsassız deyildir. Bundan əlavə, digər əsaslara görə də qəbuledilməz deyil. Buna görə də qəbuledilən elan edilməlidir.

B. Mahiyyət

1. Tərəflərin təqdimatları

46. Ərizəçi, oğlunun həbsdə işgəncəyə məruz qaldığını iddia edərək, hadisələrin rəsmi versiyasına etiraz edib. Bununla əlaqədar olaraq İ.M.-nin mətbuata verdiyi açıqlamalara və cənazə mərasimindən əvvəl oğlunun cəsədinin lentə alındığı videoyazılara istinad edib.

47. Hökumət, ərizəçinin oğlunun həbsdə olarkən heç vaxt pis rəftara məruz qalmadığını və işgəncə görmədiyini iddia edərək ərizəçinin təqdimatına etiraz edib.

2. Məhkəmənin dəyərləndirməsi

(a) Ümumi prinsiplər

48. Məhkəmə, 3-cü maddənin demokratik cəmiyyətin ən əsas dəyərlərindən biri olduğunu təkrar edir. Konvensiyanın maddi (substantiv) müddəalarının əksəriyyətindən fərqli olaraq, 3-cü maddə heç bir istisnaya yol vermir və hətta 15-ci maddənin 2-ci bəndinə əsasən, xalqın həyatını təhdid edən fövqəladə vəziyyət yaransa belə, ondan kənar çıxmaya icazə verilmir. Terrorizm və mütəşəkkil cinayətkarlıqla mübarizə kimi ən çətin şərtlərdə belə, Konvensiya işgəncə və qeyri-insani və ya ləyaqəti alçaldan rəftarı və ya cəzanı mütləq şəkildə qadağan edir (bax: Selmouni Fransaya qarşı [GC], №. 25803/94, § 95, AİHM 1999 V; Labita İtalyaya qarşı [GC], №. 26772/95, § 119, AİHM 2000 IV; və Bouyid Belçikaya qarşı [GC], №. 23380/09, § 81, AİHM 2015).

49. Pis rəftarın 3-cü maddənin əhatə dairəsinə düşməsi üçün onun minimum şiddət səviyyəsinə çatması lazımdır. Bu minimum səviyyənin müəyyən edilməsi, rəftarın müddətindən, onun fiziki və ya psixi təsirlərindən və bəzi hallarda qurbanın cinsi, yaşı və sağlamlıq vəziyyətindən asılıdır (bax: İrlandiya Böyük Britaniyaya qarşı, 18 yanvar 1978, § 162, Seriya A № . 25; Kudła Polşaya qarşı [GC], № . 30210 / 96, § 91, AİHM 2000-XI; və Peers Yunanıstana qarşı, № . 28524/95, § 67, AİHM 2001-III). Burda Məhkəmə, rəftarı “qeyri-insani” hesab etmişdi, çünki əvvəlcədən düşünülmüşdü və uzun müddət tətbiq edilmişdi, həqiqətən, bədənə birbaşa xəsarət yetirilmişdi və ya güclü fiziki və mənəvi əzablara səbəb olmuşdu. Rəftarı “alçaldıcı” da hesab etmişdi, çünki qurbanlarda qorxu, əzab, aşağılıq duyğusunun yaranmasına səbəb olmuşdu (bax Kudła, yuxarıda göstərilmişdir, § 92). Hansısa bir pis rəftarı işgəncə kimi təsnif edərkən, bu anlayışla 3-cü maddədə əksini tapmış qeyri-insani və ya ləyaqəti alçaldan rəftar anlayışı arasındakı fərqə diqqət yetirilməlidir. Əvvəlki işlərdə qeyd edildiyi kimi, Konvensiya məqsədli şəkildə belə bir fərq qoyaraq, çox ağır və qəddar ağrılara səbəb olan, qəsdən törədilmiş qeyri-insani rəftarı stiqmalaşdırmağa (damğalamağa) çalışır. Rəftarın şiddət dərəcəsindən əlavə, Birləşmiş Millətlər Təşkilatının İşgəncələrə Qarşı Konvensiyasında da qeyd edildiyi kimi, işgəncənin özündə məqsədyönlü bir element var. Belə ki, həmin Konvensiyanın 1-ci maddəsi işgəncəni qəsdən şiddətli ağrıya səbəb olmaq və ya məqsədli şəkildə əzab verməklə, məlumat əldə etmək, cəza vermək və ya qorxutmaq kimi müəyyən edir (bax: Gäfgen Almaniyaya qarşı [GC], № 22978/05, § 90, AİHM 2010).

50. Sübut etmə yükünün kimin üzərinə düşməsi məsələsinə gəldikdə, Məhkəmə təkrar edir ki, bəhsi keçən hadisələrin tamamilə və ya böyük bir hissəsi haqqında məlumat yalnız hakimiyyət orqanlarında olduğu təqdirdə, məsələn, müvəqqəti təcridxanalarda saxlanılan şəxsin bədənində xəsarətlər aşkar edilərsə, bu xəsarətlərin həbsdə olduğu zaman baş verməsi ilə bağlı ciddi ehtimallar yaranacaq. Əgər bir şəxs sağlam şəkildə polis nəzarətinə götürülürsə, lakin sonradan xəsarət aldığı aşkar edilirsə, Dövlət bu xəsarətlərin necə baş verməsinə dair ağlabatan bir açıqlama vermək məcburiyyətindədir. Bunu edə bilmədiyi halda, Konvensiyanın 3-cü maddəsi ilə bağlı problem ortaya çıxır (yuxarıda istinad edilmiş Selmouni işinə baxın, § 87 və Mustafa Hacılı Azərbaycana qarşı, № . 42119/12, § 36, 24 noyabr 2016).

51. Sübutları qiymətləndirərkən Məhkəmə, “şübhə götürməyən” sübut standartını qəbul edir. Bu cür sübut növü kifayət qədər güclü, aydın və oxşar nəticərdən və ya buna bənzər təkzib olunmamış faktın bir yerdə mövcudluğundan irəli gələ bilər (bir çox digər işlər arasında bax, Avşar Türkiyəyə qarşı, № 25657/94, § 282, AİHM 2001-VII). Məhkəmə, öz rolunun köməkçi təbiətinə həssaslıqla yanaşır və bu yanaşması ilə birinci instansiya məhkəməsi rolunu öz boynuna götürməkdə ehtiyatlı olmalı olduğunu qəbul edir, ancaq işin konkret şərtlərinin də əhəmiyyətini diqqətdə saxlayır (bax, məsələn, El Masri Keçmiş Yuqoslaviya Makedoniya Respublikası [GC], № . 39630/09, § 155, AİHM 2012). Ancaq müəyyən daxili məhkəmə araşdırmaları və istintaqlar aparılsa belə, Konvensiyanın 3-cü maddəsi altında verilmiş şikayət olduqda, Məhkəmə hərtərəfli araşdırma aparmalıdır (yuxarıda göstərilənərə baxın, Avşar, §§ 283-84 və Muradova Azərbaycana qarşı, № 22684/05, § 99, 2 aprel 2009).

(b) Həmin prinsiplərin indiki ərizəyə tətbiqi

52. Məhkəmə, öncə, 24 avqust 2011-ci il tarixdə T.Z. həbs edilərəkən onun bədənində heç bir xəsarət izinin olmamasının mübahisəsiz olduğunu vurğulayır. Bu məsələ, Hökumət tərəfindən də mübahisləndirilməyib.

53. Məhkəmə müşhaidə edir ki, T.Z.-nin ölümündən bir neçə saat sonra onun cəsədini müayinə edən ekspert, 5 sentyabr 2011-ci il tarixli 10 saylı rəyində T.Z.-nin bədənində yaralanma və ya xəsarət izlərininin olmadığını (yuxarıdakı 8-ci bəndə bax) qeyd etsə də, ərizəçi T.Z.-nin cənazə mərasimlərindən əvvəl onun bədənində ağır yara izlərini göstərən videoyazını Məhkəməyə təqdim etmişdir.

54. Videoyazının həqiqiliyi yerli hakimiyyət orqanları və ya Hökümət tərəfindən heç vaxt mübahisələndirilmədi. Xüsusilə Hökümət, videoyazının T.Z-nin ölümündən sonra çox qısa bir müddətdə çəkildiyinə, T.Z-nin bədəninin olduğuna və T.Z-nin çiyinlərində, dirsəklərində, dizlərində və budlarında yara izlərininin göründüyünə etiraz etməyib. Bu şərtlər daxilində, T.Z-nin polis nəzarətində olarkən xəsarət alması sualı tibbi ekspertin hesabatının etibarlılığından asılıdır.

55. Məhkəmə bu sualı dəyərləndirərkən, ərizəçi və T.Z-nin ailə üzvləri tərəfindən çoxsaylı sorğuların verilməsinə baxmayaraq, onlara 5 sentyabr 2011 tarixli 10 saylı tibbi rəyin sürətininin verilməməsi faktını görməzdən gələ bilməz. Nəticədə, ərizəçiyə və ya digər ailə üzvlərinə T.Z-nin ölüm şəraiti və səbəbləri barədə məlumat verməkdən imtina edilib və üstəlik, tibbi ekspertin aşkarladıqlarını mübahisələndirmələrinə imkan verilməyib. Belə bir imtina, səlahiyyətli şəxslərin Konvensiyanın 2-ci və 3-cü maddələrində nəzərdə tutulmuş prosessual öhdəliklərə açıq-aşkar məhəl qoymadığını göstərir. Ancaq istintaqın səmərəli olması üçün onun açıq olması və üzərində ictimai nəzarət çox vacibdir (baxın, prosessual şikayətə gəldikdə, 82 və 86-cı bəndlər). 3-cü maddənin məqsədləri üçün T.Z-nin ailəsinə ölümünün şərtləri ilə bağlı tam məlumat vermək əvəzinə və prosessual hüquqlarını həyata keçirmək cəhdlərinə cavab olaraq səlahiyyətli şəxslərin onları dəfələrlə böhtan atmaqda günahlandırmasını, Məhkəmə, xüsusilə təəccüblü hesab edir. Məhkəmə qeyd edir ki, bu tipli təhdidlər onlara qarşı iş açıla biləcəyinə işarə edir (yuxarıdakı 14-cü və 19-cu bəndlərə baxın). Buna görə də, buradan səmərəli istintaqın aparılmasının qarşısını almaq cəhdinin olması ilə bağlı əsaslı nəticə çıxartmaq olar.

56. Məhkəmə həm də müşahidə edir ki, Məmmədov Azərbaycana qarşı ([Komitə], № 36837/11, § 41, 14 Fevral 2019) işində ərizəçinin oğlunun ölümündən sonra aparılmış tibbi ekspertizanın rəyində onun bədənində xəsarətlərin olması qeyd edilməmişdi. Ölümdən sonra aparılan tibbi ekspertiza işində ciddi boşluqların olması, Azərbaycana qarşı başqa bir işdə də qeyd edilmişdi (bax, Qasımov Azərbaycana qarşı [Komitə], № 8937/09, § 81, 10 noyabr 2016). İndiki işdə Azərbaycanda ölümdən sonra tibbi ekspertizaların aparılma qaydası barədə ümumi müşahidələr aparmaq Məhkəmənin vəzifəsi olmasa da, yuxarıda göstərilən işlərdə aşkarlanan ciddi boşluqların təkrarlanması nəzərə alınmalı olan bir faktdır.

57. Məhkəmənin fikirincə, yuxarıda göstərilənlər kifayət edir ki, Məhkəmə, T.Z-nin polis nəzarətində olarkən heç bir bədən xəsarəti almaması barədə tibbi ekspertizanın 10 saylı rəyini etibarlı sübut kimi qəbul etməsin. Bu şərtlər daxilində, Məhkəmə, T.Z.-nin cənazə mərasimlərindən əvvəl lentə alınan cəsədinin videyazılarında aşkarlanan xəsarətləri, T.Z.-nin 24-28 avqust 2011 tarixləri arasında həbsdə olduğu vaxt alması nəticəsinə gəlir.

58. Bu baxımdan, Məhkəmənin İ.M.-nin verdiyi ifadələrə və onların sübut dəyəri daşıyıb-daşımamasına münasibət bildirməsi vacib deyildir (yuxarıdakı 27-ci bəndə bax).

59. Hökumət tərəfindən bu xəsarətlərin mənşəyi ilə bağlı heç bir açıqlama verilməyib. Odur ki, Məhkəmə, cavabdeh Hökumətin sübut etmə yükünü yerinə yetirmədiyini və ərizəçinin oğlunun 24-28 Avqust 2011 tarixləri arasında həbsdə olarkən pis rəftara məruz qalması nəticəsinə gəlir.

60. Ərizəçinin, oğlunun həbsxanada işgəncəyə məruz qalması barədə iddiasına gəldikdə, Məhkəmə qeyd edir ki, T.Z.-nin çiyinlərində, dirsəklərində, dizlərində və budlarında qançırlar müşahidə edilir. Məhkəmə, T.Z.-nin tutulması və sonradan səmərəli istintaqın aparılmasının qarşısının alınması cəhdlərini nəzərə aldıqda, bu xəsarətlərin işgəncə nəticəsində meydana gəldiyini istisna etmir (bax, yuxarıda göstərilən Gäfgen, § 90). Bununla yanaşı, bu məsələdə kifayət qədər dəlilin olmadığı qənaətindədir.

61. Buna baxmayaraq, ərizəçinin oğluna qarşı edilən pis rəftarın onda fiziki ağrıya və əzaba səbəb olması şübhəsizdir. Sözügedən pis rəftar bədəndə xəsarətlərə səbəb olub və nəticədə, insani ləyaqətini aşağıldığı üçün ona xeyli dərəcədə mənəvi əzab vermiş olmalıdır. Bu şərtlər daxilində, Məhkəmə pis rəftarın minimum şiddət səviyyəsinə çatdığı üçün 3-cü maddənin əhatə dairəsinə düşdüyünü və qeyri-insani və alçaldıcı rəftar kimi qəbul edilməli olduğunu düşünür.

62. Beləliklə, Məhkəmə hesab edir ki, ərizəçinin oğlunun 24 və 28 avqust 2011-ci il tarixləri arasında pis rəftara məruz qalması təsdiqləndiyi üçün Konvensiyanın 3-cü maddəsi pozulub.

II. T.Z-NİN ÖLÜMÜ İLƏ BAĞLI CAVABDEH DÖVLƏTİN KONVENSİYANIN 2-Cİ MADDƏSİ ÜZRƏ MƏSULİYYƏT DAŞIMASI İLƏ BAĞLI İDDİA

A. Qəbuledilənlik

63. Məhkəmə bildirir ki, bu başlıq altında tərəflərin təqdimatları T.Z-nin 3-cü maddə üzrə məruz qaldığı pis rəftarla bağlı şikayətinin qəbuledilənlik mərhələsi ilə oxşardır. Məhkəmə, yuxarıda göstərilənlərə tətbiq edilən prinsiplərin eynisinin bu hissədə də tətbiqinin mümkünlüyünü düşünür və Hökumətin daxili hüquq müdafiə vasitələrini tükətməməsi ilə bağlı etirazlarının rədd edilməsi ilə bağlı gəldiyi nəticəyə yenidən istinad edir (yuxarıdakı 38-44-cü bəndlərə baxın). Bundan əlavə, 2-ci maddəyə əsasən, şikayətin açıq-aşkar əsassız olmadığını və ya digər əsaslarla da qəbuledilməz olmadığını düşünür və bu səbəbdən qəbuledilən olduğu qənaətinə gəlir.

B. Mahiyyət

1. Tərəflərin təqdimatları

64. Ərizəçi oğlunun ölümü ilə bağlı hadisələrin rəsmi versiyasına qarşı etiraz edib. Bununla əlaqədar olaraq, oğlunun ölümü ilə əlaqədar 5 sentyabr 2011-ci il tarixli 10 saylı tibbi ekspertizanın rəyində gəldiyi yekun rəyi mübahisələndirib. Oğlunun ölümündən bir müddət əvvəl tibbi müayinədən keçirildiyini və səhhətində problem olmadığını da bildirib. Ərizəçi daha sonra bildirib ki, hətta T.Z.-nin aşağı ətraflarında damar trombozu olmasını qəbul etsə də, belə trombozların ölümlə nəticələnməsi üçün fiziki zərbələr endirilməli və ya başqa ağrılı fiziki zorakılıq edilməli idi.

65. Hökumət ərizəçinin arqumentlərinə etiraz edib. Hökümət iddia edib ki, ərizəçinin oğlunun ölümünün səbəbi tibbi ekspertin 5 sentyabr 2011-ci il 10 saylı rəyində göstərdiyi kimi, alt ekstremitələrin damar trombozu nəticəsində ağciyər emboliyası idi. Hökümət qeyd edib ki, T.Z. həbsdə olarkən heç bir tibbi yardım və ya kömək istəməyib. Səhhəti qəfil pisləşib və təcili yardım çağırılıb.

2. Məhkəmənin dəyərləndirməsi

(a) Ümumi prinsiplər

66. Konvensiyanın insanları qorumaq üçün bir vasitə kimi məqsədi və hədəfi 2-ci maddənin təminatlarını praktik və səmərəli hala gətirməkdir. Bu məqsədlə Konvensiya maddələrin bu cür şərh və tətbiq edilməsini tələb edir (bax: McCann və Başqaları Böyük Britaniyaya qarşı, 27 sentyabr 1995, § § 146-47, A № . 324; Anguelova Bolqarıstana qarşı, № . 38361/97, § 109, AİHM 2002 IV; və Mustafayev Azərbaycana qarşı, № . 47095/09, § 52, 4 May 2017).

67. 2-ci maddənin 1-ci bəndinin ilk cümləsi, Dövlətlərə təkcə insanları qəsdən və qanunsuz olaraq öldürməməyi əmr etmir, həm də dövlətlərin yurisdiksiyası altında olan insanların həyatlarını qorumaq üçün müvafiq addımlar atmasını pozitiv öhdəlik kimi müəyyənləşdirir (bax: LCB Birləşmiş Krallığa qarşı, 9 İyun 1998, § 36, Məhkəmə Qərarları , 1998-III; Öneryıldız Türkiyəyə qarşı [TBM], № . 48939/99, § 71, AİHM 2004 XII; və Fernandes de Oliveira Portuqaliyaya qarşı [GC], №. 78103/14, § 104, 31 yanvar 2019). Məhkəmə, əvvəlki işlərində də qeyd edib ki, həbsdə olan şəxslər həssas vəziyyətdə hesab edilməli və səlahiyyətli şəxslər onları qorumalıdır. Bir qayda olaraq, şəxsin həbsdə olarkən şübhəli şəraitdə ölməsi faktından sonra, Dövlətin həmin şəxsin yaşamaq hüququnu qorumaqla bağlı öhdəliklərinə əməl edib-etməməsi ilə bağlı məsələ araşdırılmalıdır (bax: Slimani Fransaya qarşı, № . 57671 / 00, § 27, AİHM 2004-IX (çıxarışlar); Geppa Rusiyaya qarşı, № . 8532/06, § 70, 3 fevral 2011; və Karsakova Rusiyaya qarşı, № . 1157/10, § 48, 27 noyabr 2014) .

68. Həbsdə olan şəxsin xəsarət alması durumuna Dövlət məsuldursa, şəxsin öldüyü halda Dövlətin məsuliyyəti ikiqat artır (bax, məsələn, Salman Türkiyəyə qarşı [GC], № . 21986/93, § 99, AİHM 2000 – VII; Shumkova Rusiyaya qarşı, № . 9296/06, § 89, 14 fevral 2012; və Çoşelav Türkiyəyə qarşı, № . 1413/07, § 53, 9 oktyabr 2012).

69. Bu məsələlərdə sübut standartına gəldikdə, Məhkəmə, mutatis mutandis, 3-cü maddəyə aid yuxarıdakı 51-ci bənddə göstərilən məhkəmə presedentinə istinad edir. Əgər hadisələrin tam və ya böyük bir hissəsi ilə bağlı – məsələn, həbsxanada olan şəxslərin işlərində olduğu kimi – səlahiyyətli şəxslər əlahiddə məlumatlara sahibdirlərsə, o zaman xəsarətlərin və ya ölümün həbsxanalarda baş verməsi ilə bağlı ciddi güman yaranır. Bu halda, həqiqətən, sübut etmə yükü səlahiyyətli şəxslərin üzərinə qoyula bilər. Səlahiyyətli şəxslər bununla bağlı qənaətbəxş və inandırıcı bir açıqlama verməlidirlər (bax, bir çox digər işlər arasında arasında yuxarıda göstərilən Salman, §§ 97 100 və Aktaş Türkiyəyə qarşı, 24351/94, § § 289-291, 24 aprel 2003).

70. Məhkəmə təkrar edir ki, obyektiv səbəblərdən dövlətə aid edilən hadisələrdə bir işin şərtləri, şəraiti dəqiq müəyyənləşdirilə bilinmədiyi bütün hallarda, cavabdeh Hökümət ərizəçinin iddialarını rədd edə biləcək əsaslı dəlillər təqdim etməlidir. Məhkəmə, həmçinin, qeyd edir ki, cavabdeh Hökumətin müvafiq sənədlərə sahib olduğu və təqdim etmədiyi hallarda, ərizəçilər iddialarını təsdiqləyən zəruri sübutları əldə etməkdə çətinlik çəkirlər. Əgər səlahiyyətli şəxslər Məhkəmənin faktları təsbit etməsinə imkan verən vacib sənədləri açıqlamırsa və ya qənaətbəxş və inandırıcı izahat verə bilmirsə, buradan ciddi nəticələr çıxarıla bilər. Məhkəmənin ölkədaxili istintaq nəticəsində əldə edilmiş dəlillərə və ölkədaxili icraat zamanı müəyyən edilmiş faktlara etibar etməsi, ölkədaxili istintaq prosesinin keyfiyyətindən, hərtərəfli araşdırılmasından və tutarlılığından asılı olacaq (bax: Tagayeva və Başqaları Russiyaya qarşı, № . 26562 / 07 və 6 nəfər, § 586, 13 aprel 2017).

71. Sübut axtararkən tərəflərin davranışları nəzərə alına bilər (bax: Wolf-Sorg Türkiyəyə qarşı, № . 6458/03, § 63, 8 iyun 2010). Məhkəmə, polisin və ya istintaq orqanlarının şübhəli davranışına və ya dəlillərlə bağlı diqqətli olmağı zəruri edən işarələrin olmasına baxmayaraq, onların etibarlılığını qəbul etmələrinə ciddi əhəmiyyət verir (bax: yuxarıda göstərilən Anguelova, § 120).

(b) Bu prinsiplərin hazırkı ərizəyə tətbiqi

72. Məhkəmə müşahidə edir ki, tərəflər T.Z.-nin ölüm səbəbi ilə bağlı fərqli fikirldədirlər (yuxarıdakı 64 və 65-ci bəndlərə baxın). Ancaq T.Z.-nin 24-28 avqust (2011-ci il) aralığında həbsdə saxlanılması və həmin günlərdə həyatı üçün təhlükəli heç bir xəstəlikdən əziyyət çəkməməsi mübahisəsizdir. Üstəlik, Məhkəmə artıq müəyyən edib ki, T.Z. 24-28 avqust 2011-ci il tarixdə həbsxanada olarkən, çiyinlərində, dirsəklərində, dizlərində və arxa nahiyəsində xəsarətlə nəticələnən pis rəftara məruz qalıb. Eləcə də, tibbi ekspertizanın 10 saylı rəyində ciddi çatışmazlıqlar aşkarlayaraq, onu etibarlı sübut kimi qəbul etmədiyini qeyd edib (yuxarıdakı 52-62-ci bəndlərə baxın). Tibbi ekspertizanın bu səhvləri, Konvensiyanın 2-ci maddəsi kontekstində xüsusilə əhəmiyyətlidir, çünki tibbi ekspert T.Z-nin bədənindəki xəsarətləri qeydə almayıb, həmin xəsarətlərlə T.Z-nin ölümü arasında hər hansı səbəb- nəticə əlaqəsinin olub-olmamasını analiz etməyib.

73. İstənilən halda, hazırkı işin xüsusiyyətlərini nəzərə aldıqda, ərizəçinin oğlunun ölümü ilə həbsdə olan pis rəftar arasında aydın bir səbəb-nəticə əlaqəsinin qurulmasının mümkünsüzlüyü, Məhkəmənin cavabdeh dövlətin həbsdə olan ərizəçinin oğlunun ölümündə məsuliyyət daşımasını müəyyən etməsinə mane olmur. Məhkəmə, bir qayda olaraq, “əsaslı şübhədən kənar” sübut standartı tələb etməsinə baxmayaraq, əgər baş verən hadisələr barədə məlumatların tamamilə və ya böyük bir hissəsinin – məsələn, həbsdə olan şəxslərdə olduğu kimi – hakimiyyət orqanlarında olduğunu müəyyən edirsə, xəsarətlərin və ölümün həbsdə olduğu vaxt baş verməsi ilə bağlı ciddi şübhəsi yaranır. Bu kimi hallarda, cavabdeh Hökumət, ölümün baş vermə şərtləri ilə əlaqədar qənaətbəxş və inandırıcı bir açıqlama verməli və ərizəçinin iddialarını rədd edə biləcək etibarlı dəlilləri ortaya qoymalıdır (yuxarıdakı 69 və 70-ci bəndlərə bax). Bununla belə, hazırkı işdə, Hökumətin T.Z.-nin ölüm səbəbi ilə bağlı izahatı tibbi ekspertizanın 10 saylı rəyinə əsaslanır ki, yuxarıda göstərilən səbəblərdən dolayı Məhkəmə, onu etibarlı sübut kimi qəbul edə bilməz. Bununla əlaqədar olaraq, Məhkəmə CPT-nin, “aparılan tibbi ekspertiza əsasında cənab Z.-nin ölümünün autopsi hesabatında göstərilən səbəblərdən qaynaqlandığı qənaətinə gəlmək mümkün deyil” tapıntısına xüsusi əhəmiyyət verir (yuxarıdakı 30-cu bəndə bax).

74. Məhkəmə, bundan əlavə, T.Z.-nin həbsdə ölümü ilə əlaqədar istintaq orqanlarının davranışlarını da diqqətədən kənarda qoymur. Yerli hakimiyyət orqanları ərizəçi və onun vəkilinin müvafiq dəlillərə girişini təmin etmədilər, T.Z-nin ailəsini səmərəli istintaq aparılması kimi qanuni tələblərindən dolayı böhtan atmaqda günahlandırdılar, video yazıların yayılmasından sonra heç bir tədbir görmədilər (bax: aşağıda 85-87-ci bəndlər) və CPT-yə istintaq haqqında dəqiq məlumat verməyərək, onlarla əməkdaşlıq etməkdə uğursuz oldular (yuxarıdakı 31-ci bəndə bax).

75. Buna görə Məhkəmə, Hökümətin ərizəçinin oğlunun ölümü ilə bağlı şəraiti inandırıcı şəkildə izah edə bilmədiyini və cavabdeh Dövlətin T.Z-nin ölümünə görə məsuliyyət daşıdığını təsbit edir.

76. Beləliklə, Konvensiyanın 2-ci maddəsinin maddi (substantiv) hissəsinin pozuntusu baş verib.

III. İSTİNTAQLA BAĞLI KONVENSİYANIN 2-Cİ VƏ 3-CÜ MADDƏSİNİN POZULMASI İDDİASI

A. Qəbuledilənlik

77. Məhkəmə, bu kontekstdə aşkarlananların Konvensiyanın 2-ci və 3-cü maddələrinin prosedural aspektinə əsasən də araşdırlmasının məqsədəuyğun olduğu qənaətindədir. Məhkəmə, həmçinin hesab edir ki, şikayətlər Konvensiyanın 35-ci maddəsinin 3 (a) bəndinin mənası daxilində açıq-aşkar əsassız deyild. Əlavə olaraq, başqa hər hansı bir səbəbdən onların qəbuledilməz olmadığını qeyd edir. Bu səbəbdən onları qəbuledilən elan edir.

B. Mahiyyət

1. Tərəflərin təqdimatları

78. Ərizəçi oğlunun ölümü və pis rəftara məruz qalmaqla bağlı cinayət istintaqının səmərəsiz olduğunu iddia edib.

79. Hökumət, cinayət istintaqının səmərəli olduğunu və Konvensiyanın təmin etdiyi prosessual təminatlara riayət etdiyini bildirib. Qeyd edib ki, yerli hakimiyyət orqanları şahidlərin dindirilməsi və müxtəlif tibbi ekspertizaların keçirilməsi kimi bütün müvafiq istintaq hərəkətlərini həyata keçiriblər.

2. Məhkəmənin dəyərləndirməsi

80. Konvensiyanın 2-ci maddəsi ilə təminat altına alınan yaşamaq hüququnun qorunması öhdəliyi, Konvensiyanın 1-ci maddəsində təsbit olunan “öz yürisdiksiyasında olan hər kəsə Konvensiyada müəyyən edilmiş hüquq və azadlıqları təmin etmək” öhdəliyi ilə birgə götürüldükdə, məlum olur ki, əgər bir şəxs şübhəli şəraitdə ölürsə, dövlət həmin işi səmərəli araşdırma öhdəliyi daşıyır. (bax: Mustafa Tunç və Fecire Tunç Türkiyəyə qarşı, № . 24014/05, § 172, 14 aprel 2015 və yuxarıda göstərilən Mustafayev, § 71). Bu cür araşdırmanın ən önəmli məqsədi yaşayış hüququnu qoruyan ölkədaxili qanunların səmərəli tətbiq olunmasını təmin etməkdir (bax, mutatis mutandis, Paul və Audrey Edwards Böyük Britaniyaya qarşı, №. 46477/99, § 69, ACHR 2002 -II, və Malik Babayev Azərbaycana qarşı, № 30500/11, § 79, 1 iyun 2017).

81. İstintaq, faktların aşkar olunmasına və lazım olduqda günahkarların müəyyənləşdirilməsinə və cəzalandırılmasına gətirib çıxara biləcək şəkildə səmərəli olmalıdır (bax, Oğur Türkiyəyə qarşı [GC], №. 21594/93, § 88, AİHM 1999 III və yuxarıda adı çəkilən Mustafa Tunç və Fecire Tunç, § 172). Bu, nəticə ilə yox, vasitə ilə bağlı öhdəlikdir. Səlahiyyətli şəxslər hadisə ilə bağlı dəlilləri təmin etmək üçün əllərində olan bütün mümkün vasitələrdən istifadə etməlidirlər. İstintaqın şəxsin ölüm səbəbini təyin etmək və ya bu ölümdə məsuliyyət daşıyan şəxs və ya şəxsləri müəyyən etmək qabiliyyətini zəiflədən hər hansı bir çatışmazlıq olarsa, bu standartın pozulması mənasına gələcək. Hansı rejim tətbiq olunursa olunsun, hadisə barəsində məlumat aldıqdan sonra səlahiyyətli şəxslər öz metodlarına görə hərəkət etməlidirlər (bax, məsələn, mutatis mutandis, İlhan Türkiyəyə qarşı [GC], №. 22277/93, AİHM 2000-VII, § 63).

82. Məhkəmə, eyni zamanda, istintaqa çıxışın zərərçəkmişin ailəsinin qanuni mənafelərini qoruyacaq səviyyədə əlçatımlı olmalı olduğunu təkrar edir. İstintaq üzərində kifayət qədər ictimai nəzarət elementi də olmalıdır, lakin bu nəzarət işdən işə dəyişə bilər. Bununla birlikdə, ictimaiyyətin və ya qurbanın qohumlarının istintaqa çatım imkanı fərqli prosessual mərhələlərdə verilə bilər (yuxarıda göstərilən Mustafa Tunc və Fecire Tünç, § 179, Güzelyurtlu və Digərləri Kipr və Türkiyəyə qarşı [GC], № 36925/07, § 219, 29 yanvar 2019).

83. Məhkəmə qeyd edir ki, Konvensiyanın 2-ci maddəsinə əsasən – yuxarıdakı 80-82-ci bəndlərdə istinad etdiyi – dövlətin prosessual öhdəliklərinə dair ümumi prinsipləri, Konvensiyanın 3-cü maddəsində olduğu kimi eyni dərəcədə tətbiqediləndir.

84. Məhkəmə hazırkı işin şərtlərinə qayıdaraq qeyd edir ki, ərizəçinin oğlunun ölümündən dərhal sonra ölkədaxili hakimiyyət orqanları tərəfindən cinayət işi başlanıb və 9 sentyabr 2011-ci il tarixdə Naxçıvan Şəhər Prokurorluğu T.Z-nin ölümü ilə əlaqədar cinayət işi qaldırmaqdan imtina edib.

85. Bununla belə, Məhkəmə, istintaq orqanlarının ərizəçinin oğlunun ölümü ilə bağlı dəlilləri təmin etmək üçün əllərində olan bütün mümkün vasitələrdən istifadə etmədiklərini müşahidə edir (yuxarıdakı 72-ci bəndə bax). Xüsusilə, T.Z.-nin cəsədinin cənazə mərasimlərindən əvvəl çəkilmiş videoyazısında onun bədənin müxtəlif hissələrində qançırların olduğunu görünsə də (yuxarıdakı 7-ci bəndə bax), bu xəsarətlər tibbi ekspertin 5 sentyabr 2011-ci il tarixli 10 saylı rəyində göstərilməyib (bax Məmmədov, yuxarıda göstərilmişdir, § 41). Yerli hakimiyyət orqanları sözügedən videoyazının mediada yayılmasının ardından sonra belə bununla bağlı heç bir tədbir görməyiblər. Hətta prosesin heç bir mərhələsində T.Z-nin həbsinin şərtləri və sonrakı ölümü ilə bağlı istintaqın davam etdirilməsi və ya cinayət prosesinin başladılmasının rədd edilməsi ilə bağlı 9 sentyabr 2001-ci il tarixli qərarına da yenidən baxmayıblar.

86. Üstəlik, Məhkəmə aşkar etdi ki, istintaq orqanları ərizəçiyə istintaqın gedişi və nəticəsi barədə heç bir məlumat verməyib. Eləcə də, cinayət prosesi çərçivəsində aparılmış daxili araşdırmalarda qəbul edilmiş müvafiq qərarları ərizəçiyə təqdim etməyib (bax yuxarıdakı 42 və 55-ci bəndlər). Xüsusilə, ərizəçi tibbi ekspertizanın (10 saylı) 5 sentyabr 2011-ci il tarixli rəyinin və müstəntiqin cinayət işinin başlanmasının rədd edilməsi barədə 9 sentyabr 2011-ci il tarixli qərarının sürətlərini Hökümət müşahidələrini Məhkəməyə təqdim edənə qədər əldə edə bilməyib. Məhkəmə, yaranmış bu vəziyyətin ərizəçini qanuni mənafelərini qorumaq imkanından məhrum etdiyini və ictimaiyyət tərəfindən istintaqın gedişinə nəzarət imkanının qarşısını aldığını bir daha təkrarlamağa ehtiyac duyur (baxın yuxarıda göstərilən Slimani, §§ 44-48; Beker Türkiyəyə qarşı, № 27866/03, § 49, 24 mart 2009; Əliyeva və Əliyev Azərbaycana qarşı, №. 35587/08, § 79, 31 iyul 2014; və Hüseynova, yuxarıda adı keçən, § 113). Məhkəmə bununla əlaqədar olaraq, mərhumun ailəsinin və ya onların qanuni nümayəndələrinin istintaqa cəlb edilməsinin və onlara məlumat verilməsi ilə bərabər, onlar tərəfindən başqa dəlillər təqdim etmələrinin təmin edilməsinin vacibliyini vurğulayır (bax: Adalı Türkiyəyə qarşı, №. 38187/97, § 232, 31 Mart 2005).

87. Məhkəmə, eyni zamanda, NMR MTN-də baş müstəntiq tərəfindən ərizəçi və vəkilinə qarşı böhtan ittihamının irəli sürülməsininin, istintaqın səmərəli aparılmasının qarşısının alınması niyyəti güddüyü ilə bağlı güclü nəticə çıxarmağa əsasların olduğunu vurğulayır (yuxarıdakı 55-ci bəndə bax).

88. Yuxarıda göstərilən mülahizələr Məhkəmənin yerli hakimiyyət orqanlarının ərizəçinin oğlunun ölümü ilə bağlı səmərəli araşdırma aparmadıqları qənaətinə gəlməsi üçün yetərlidir. Buna görə, 2-ci və 3-cü maddələrin prosesual tələblərinin də pozulduğu qənaətinə gəlir.

IV. KONVENSİYANIN 41-Cİ MADDƏSİNİN TƏTBİQİ

89. Konvensiyanın 41-ci maddəsində deyilir:

“Əgər Məhkəmə Konvensiyanın və ona dair Protokolların müddəalarının pozulduğunu, lakin Razılığa gələn Yüksək Tərəfin daxili hüququnun yalnız bu pozuntunun nəticələrinin qismən aradan qaldırılmasına imkan verdiyini müəyyən edirsə, Məhkəmə zəruri halda, zərərçəkən tərəfə əvəzin ədalətli ödənilməsini təyin edir.”

A. Zərər

90. Ərizəçi mənəvi ziyana görə 35.000 avro (EUR) tələb edib.

91. Hökumət ərizəçinin iddiasının əsassız və həddən artıq olduğunu bildirib.

92. Məhkəmə hesab edir ki, ərizəçiyə mənəvi ziyan dəydiyi üçün yalnız pozuntunun aşkar edilməsi ilə kompensasiya edilə bilməz və buna görə təzminat da verilməlidir. Konvensiyanın 41-ci maddəsinin tələb etdiyi kimi ədalətli əsasda qiymətləndirmə aparan Məhkəmə, ərizəçiyə bu başlıq altında 35.000 avro məbləğində təzminat verilməli olduğunu qeyd edir və bu məbləğdən tutula biləcək vergiləri də həmin məbləğə əlavə edir.

B. Məhkəmə xərcləri və məsrəflər

93. Ərizəçi ölkədaxili məhkəmələrə və Məhkəməyə çəkilən xərc və məsrəflərə görə 3,400 avro tələb edib. İddiasını dəstəkləmək üçün ərizəçi nümayəndəsi cənab R. Mustafazadə ilə bağlanmış müqaviləni təqdim edib. Ərizəçi, bu başlıq altında ödəmənin birbaşa nümayəndəsinin bank hesabına köçürülməsini istəyib.

94. Hökumət iddiada göstərilən miqdarın həddindən artıq çox olduğunu bildirib və Məhkəmədən ərizəçinin tələbinə ciddi yanaşma prosedurunu tətbiq etməsini istəyib. Hökümət qeyd edib ki, məhkəmə xərcləri və məsrəfləri ilə bağlı iddia olunan məbləğ miqdarı əsaslandırılmayıb, çünki, Məhkəməyə təqdim olunan müqavilənin ərizəçi və cənab R.Mustafazadə arasında bağlandığı göstərilsə də, ərizəçi yerli məhkəmələrdə cənab A.Mustafayev tərəfindən təmsil olunub.

95. Məhkəmənin presedent hüququna görə, ərizəçi, xərclərin yalnız həqiqi və zəruri şəkildə çəkildiyi və miqdar baxımından ağlabatan olduğu göstərildiyi təqdirdə onu almaq hüququna malikdir. Hazırki işdə, iş materiallarındakı sənədlərdən aydın olur ki, ərizəçi ölkədaxili məhkəmə prosesində cənab R.Mustafazadə tərəfindən təmsil olunmayıb. Bu səbəbdən daxili məhkəmələr qarşısında çəkilən xərclər və məsrəflər üçün tələb olunan məbləğ heç bir sənədli dəlil ilə təsdiqlənməmişdir. Məhkəmə, əlindəki sənədləri nəzərə alaraq, Məhkəmə qarşısında çəkilən xərc və məsrəfləri qarşılayacaq 2.000 avro məbləğinin birbaşa ərizəçinin nümayəndəsi cənab R. Mustafazadənin bank hesabına ödənilməsini məqbul hesab edir.

A. Faiz dərəcəsi

96. Məhkəmə faiz dərəcəsinin Avropa Mərkəzi Bankının faiz dərəcəsinə uyğun olaraq hesablanmasını və bura üç faiz əlavə edilməsini münasib hesab edir.

BU SƏBƏBLƏRƏ GÖRƏ MƏHKƏMƏ YEKDİLLİKLƏ,

1. Ərizəni qəbuledilən elan edir;

2. Ərizəçinin oğlunun pis rəftara məruz qalmasının Konvensiyanın 3-cü Maddəsinin maddi (substantiv) mənada pozduğunu qət edir;

3. Ərizəçinin oğlunun həbs yerində ölümünün Konvensiyanın 2-ci Maddəsinin maddi (substantiv) mənada pozduğunu qət edir;

4. Konvensiyanın 2-ci və 3-cü Maddəsinin prosesual baxımdan pozulduğuna qət edir;

5. Qərara alır ki

(a) Cavabdeh Dövlət qərarın qüvvəyə minməsindən sonra üç ay ərzində aşağıdakı vəsaitin, ödəmənin həyata keçirilməsi zamanı mövcud olan məzənnəyə uyğun olaraq Azərbaycan manatı ilə, ödənilməsini həyata keçirtməlidir:

(i) 35,000 avro (otuz beş min) və mənəvi ziyana görə tutulan hər hansı bir vergi daxil olmaqla;

(ii) 2,000 avro (iki min avro), ərizəçinin, çəkdiyi xərclərdən tutulan vergilər də daxil olmaqla, ərizəçinin nümayəndəsi cənab R. Mustafazadənin şəxsi hesabına ödənilməlidir

(b) yuxarıda qeyd edilən üç ayın keçməsindən sonra ödəmənin həyata keçirilməsinə qədər gecikdirilən müddət üçün yuxarıda göstərilən məbləğdən Avropa Mərkəzi Bankının faiz dərəcəsinə uyğun olaraq faizlər ödənilməli və buna üç faiz də əlavə edilməlidir;

2. Ərizənin digər tələblərini yekdilliklə rədd edir.

Qərar Məhkəmənin Prosedur Qaydalarının 77-ci Qaydasının 2 və 3-cü bəndlərinə uyğun olaraq 2020-cü il 10 sentyabr tarixində ingilis dilində və yazılı şəkildə tərtib edilib.

Victor Soloveytchik                                                              Síofra O’Leary
Bölmə Katibi                                                                           Prezident