№39834/16 ƏLAYİF HƏSƏNOV AZƏRBAYCANA QARŞI – 18 iyul 2022-ci il

 

18 iyul 2022-ci il tarixində dərc edilmişdir

 

BEŞİNCİ BÖLMƏ

Ərizə nömrəsi. 39834/16

Əlayif Həsən oğlu HƏSƏNOV Azərbaycana qarşı

29 iyun 2016-cı il tarixdə daxil olub

 

29 iyun 2022-ci il tarixdə hökumətlə kommunikasiya başlanıb

MƏHKƏMƏ İŞİNİN MÖVZUSU

Bu məhkəmə işi insan haqlarının qorunması sahəsində ixtisaslaşmış vəkil olan ərizəçinin, olaylar baş verən vaxt onun müvəkkilinin (hüquq müdafiəçisi və vətəndaş cəmiyyəti fəalı) kamera yoldaşı olan N.H-ya böhtan atmasına görə cinayət məsuliyyətinə cəlb edilməsi ilə bağlıdır. Belə anlaşılır ki, ərizəçi müvəkkilinin N.H. tərəfindən təzyiqə məruz qalması haqda Facebookda paylaşım edib, həmin paylaşım daha sonra qəzetdə yayımlanıb. Yasamal Rayon Məhkəməsi 6 noyabr 2014-cü il tarixdə ərizəçini Cinayət Məcəlləsinin 147.1-ci (böhtan) maddəsi ilə təqsirli bilib və onun 240 saatlıq ictimai işlərə cəlb olunmasına hökm edib. Ərizəçinin müdafiə etdiyi şəxsin şahid qismində məhkəmədə dindirilməsi ilə bağlı vəsatəti apellyasiya instansiyasında təmin olunmayıb. Ali Məhkəmə 29 dekabr 2015-ci il tarixli yekun qərarı ilə ərizəçinin məhkum edilməsini qüvvədə saxlayıb.

Ərizəçi, Konvensiyanın 6.1 və 3 (d), 10 və 18-ci maddələrinə söykənərək, Konvemsiya ilə təminat altına alınan haqlarının pozulmasından şikayət edib.

TƏRƏFLƏRƏ SUALLAR

1. Ərizəçi Konvensiyanın 6-cı maddəsinin 1 və 3-cü (d) bəndlərinə uyğun olaraq, ona qarşı cinayət ittihamının müəyyən edilməsi zamanı ədalətli mühakimə haqqına malik olubmu? Xüsusilə, ərizəçinin əsaslandırılmış qərar əldə etmək və uyğun şahidlərin dindirilməsinə nail olmaq baxımından ədalətli məhkəmə araşdırması hüququnun pozuntusu baş verbmi?

2. Ərizəçinin ifadə azadlığı hüququ Konvensiyanın 10-cu maddəsinə zidd olaraq pozulubmu? Xüsusilə, müdaxilə 10-cu maddənin 2-ci bəndi baxımından əsaslandırılıbmı? Ərizəçiyə qarşı tətbiq edilən sanksiya qarşıya qoyulan məqsədlərə mütənasib idimi (bax: Cumpǎnǎ və Mazǎre Rumıniyaya qarşı [GC], №33348/96, AİHM 2004‑XI və Mahmudov və Ağazadə Azərbaycana qarşı, №358718/ dekabr 2008)?

3. Hazırkı işdə dövlət tərəfindən Konvensiyanın 10-cu maddəsinə uyğun olaraq tətbiq edilmiş məhdudiyyətlər, Konvensiyanın 18-ci maddəsinə zidd olaraq, həmin maddədə nəzərdə tutulan məqsədlərdən kənar bir məqsəd üçünmü tətbiq edilib?