№35877/04 Mahmudov və Ağazadə qrupu Azərbaycana qarşı – 7-9 iyun 2021-ci il

1406-cı toplantı, 7-9 iyun 2021-ci il (DH)

H43-3 Mahmudov və Ağazadə qrupu Azərbaycana qarşı (Ərizə No. 35877/04)

 

Avropa Məhkəməsinin qərarlarının icrasına nəzarət

Qətnamə

Təmsilçilər,

1. Xatırladır ki, bu məhkəmə işləri əsasən, ərizəçilərin (jurnalistlərin) ifadə azadlığı hüququnun pozulması, defamasiyaya görə jurnalistlərə qarşı tətbiq edilən qeyri-mütənasib cinayət cəzaları, onların ifadə azadlığını məhdudlaşdıran cinayət qanununun digər müddəalarının özbaşına tətbiq olunması və eləcə də, Respublika prokurorluğu və icra hakimiyyəti orqanları tərəfindən təqsirsizlik prezumpsiyası hüququnun pozulması ilə əlaqədardır;

2. Qeyd edir ki, toplantıdan qısa müddət öncə qərarların icrası ilə bağlı ümumi və fərdi tədbirlər haqqında məlumatlar təqdim edilib və təəssüf edir ki, məlumatların gec təqdim edilməsi geniş analizə imkan verməyib;

3. Qeyd edir ki, bu kontekstdə qanunvericilik tədbirlərinin görülməsi, özəlliklə, Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələrinə dəyişiklik tələb olunur. Eləcə də, defamasiyaya görə cinayət cəzalarının qeyri-mütənasib tətbiq olunmasından və cinayət qanununun digər müddəalarının özbaşına tətbiq olunmasından irəli gələn məsələləri həll etmək üçün prokurorluq və yerli məhkəmələrin praktikasına, eləcə də Respublika prokurorluğu və icra hakimiyyəti orqanları tərəfindən təqsirsizlik prezumpsiyası hüququnun pozulması praktikasına dəyişikliklərin edilməsi zərururidir;

4. Komitənin bu məhkəmə işlərinin sonrakı incələməsi üçün Katibliklə tam əlaqə saxlanılması, Tağıyev və Hüseynovun işi ilə bağlı həyata keçirilən və planlaşdırılan fərdi və ümumi tədbirlər haqqında gərəkli olan bilgilərin vaxtında təqdim edilməsi ilə bağlı səlahiyyətli şəxslərə yönəlik çağırışlarını yeniləyir;

5. Səlahiyyətliləri məlumat mübadiləsinin asanlaşdırılması üçün Katibliklə yüksək səviyyədə əməkdaşlıq etməyə və daxili qanunvericiliyin və təcrübənin Avropa Şurasının standartlarına, özəlliklə, Nazirlər Komitəsinin jurnalistlərin və digər media aktyorlarının təhlükəsizliyinin qorunması ilə bağlı CM/Rec(2016) 4 saylı tövsiyə qərarına uyğunlaşdırılması üçün Avropa Şurasının köməyindən istifadə etməyə çağırır;

6. Qərara alır ki, bu məhkəmə işlərinin icrasının araşdırlması Nazirlər Komitəsinin 1419-cu iclasında (Dekabr 2021) (DH) davam etdirilsin.