№24460/16 RÜSTƏMXANLI AZƏRBAYCANA QARŞI – 24 fevral 2020-ci il

 

BEŞİNCİ BÖLMƏ

Ərizə No. 24460/16

Şahbaz Xudu oğlu RÜSTƏMXANLI
Azərbaycana qarşı

 

16 aprel 2016-cı ildə daxil olub

MƏHKƏMƏ İŞİNİN MÖVZUSU

Şikayət, ərizəçinin sahibi və rəhbəri olduğu Qanun Jurnalı Redaksiyası MMC-də (Qanun Jurnalı Redaksiyası) qanunsuz keçirildiyi iddia olunan vergi yoxlaması nəticəsində şirkətə maliyyə sanksiyasının tətbiq edilməsi və bank hesablarının dondurulması ilə bağlıdır. Ərizəçi Konvensiyanın 6 və 8-ci maddələrinə və Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə əsaslanaraq, müxtəlif şikayətlər irəli sürüb.

Tərəflərə suallar

1. Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi hazırkı işə tətbiq edilibmi? Ərizəçinin əsaslandırılmış məhkəmə qərarını almaq hüququna hörmət göstərildimi?

2. Qanun Jurnalı Redaksiya binasında aparılan axtarışa görə Konvensiyanın 8-ci maddəsinin 1-ci bəndinin mənası daxilində ərizəçinin şəxsi həyatına, evinə və yazışmalarına hörmət etmək hüququna müdaxilə olubmu? Əgər belədirsə, bu müdaxilə qanuna uyğun və 8-ci maddənin 2-ci bəndi baxımından zəruri idimi?

3. Qanun Jurnalı Redaksiya Ofisinin binasında aparılan axtarış zamanı sənəd və əşyaların götürülməsi ilə Ərizəçinin Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsi işığında öz mülkiyyətindən maneəsiz istifadə etməsinə hər hansı müdaxilə edilibmi? Əgər müdaxilə edilibsə, bu müdaxilə əmlakın ümumi mənafelərə uyğun olaraq istifadəsinə nəzarət etmək və ya vergilərin və ya vergi sanksiyalarının ödənilməsini təminat altına almaq üçün qanuni və gərəkli idimi? Xüsusilə, sözü gedən müdaxilə Ərizəçiyə həddindən artıq fərdi yük gətirmişdimi (bax: Immobiliare Saffi / Italy [GC], No. 22774/93, § 59, AİHM 1999-V)?

4. Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsi mənasında, bank hesablarının dondurulması səbəbindən ərizəçinin mülkiyyətindən maneəsiz istifadə etməsinə müdaxilə olubmu?
Əgər müdaxilə edilibsə, bu müdaxilə əmlakın ümumi mənafelərə uyğun olaraq istifadəsinə nəzarət etmək və ya vergilərin və ya vergi sanksiyalarının ödənilməsini təminat altına almaq üçün qanuni və gərəkli idimi? Sözü gedən müdaxilə Ərizəçiyə həddindən artıq fərdi yük gətirmişdimi (bax: Immobiliare Saffi / Italy [GC], No. 22774/93, § 59, AİHM 1999-V)?