5 iyun 2023-cü il tarixdə dərc edilib
BİRİNCİ BÖLMƏ
Ərizənin nömrəsi: 22824/21
Axundov İdris Axunbala oğlu Azərbaycana qarşı
26 aprel 2021-ci ildə daxil olub
15 may 2023-cü il tarixdə hökumətlə kommunikasiya edilməyə başlanılıb
MƏHKƏMƏ İŞİNİN HALLARI
Bu işdə ərizəçi keçmiş polis əməkdaşıdır, iyirmi altı il xidmət stajına sahibdir. Ona 8 may 2016-cı il tarixindən etibarən, yaşa görə pensiya təyin edilib.
31 oktyabr 2017-ci il tarixdə Almaniyada siyasi sığınacaq alması əsası ilə ərizəçiyə pensiyanın ödənilməsi dayandırılıb.
Ərizəçi pensiya ödənişinin dayandırılmasına görə, Dövlət Sosial Müdafiə Fonduna qarşı məhkəmədə iddia qaldırıb. 27 oktyabr 2010-cu il tarixli yekun qərarı ilə Ali Məhkəmə ərizəçinin iddiasını rədd edib.
Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə əsaslanan ərizəçi, milli hakimiyyət orqanlarının pensiya ödənişini dayandırmaq qərarının onu mülkiyyətindən məhrum etməsindən şikayət edib.
TƏRƏFLƏRƏ SUALLAR
Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə uyğun olaraq, ərizəçinin mülkiyyət hüququna müdaxilə edilibmi? Əgər belədirsə, bu müdaxilə ictimai maraqlara və bu müdaxilənin mənası daxilində qanunda nəzərdə tutulmuş şərtlərə uyğun idimi? Müdaxilə, ərizəçinin üzərinə aşırı yük qoyurdumu (müqayisə üçün: Klein Avstriyaya qarşı, № 57028/00, § 57, 3 mart 2011-ci il)?