№12708/13 “AZADLIQ” QƏZETİ AZƏRBAYCANA QARŞI – 17 may 2021-ci il

 

28 aprel 2021-ci il tarixdə kommunikasiyaya başlanılıb

17 may 2021-ci il tarixdə bu haqda bilgi dərc edilib

BEŞİNCİ BÖLMƏ

Ərizə №12708/13

“AZADLIQ” QƏZETİ Azərbaycana qarşı

14 avqust 2013-cü il tarixdə daxil olub

 

Məhkəmə işinin mövzusu 

Bu ərizə, Bakı Metropolitenində gediş haqlarının artırılması və sərnişinlərin gediş kartlarına yatırdıqları pulun az miqdarda “yoxa çıxması”ndan bəhs edən yazıya görə qaldırılmış mülki məhkəmə iddiası ilə əlaqəlidir.

Sözügedən məqalədə Bakı Metropoliteni rəhbərinin həmin vəsaitləri mənimsədiyi iddia olunurdu. Metropoliten rəhbəri məqalədəki bilgilərin yanlış olduğunu, onun reputasiyasına xələl gətirdiyini iddia edərək, mənəvi zərərə görə təzminat tələbində bulunub, qəzeti məhkəməyə vermişdi. Milli məhkəmələr iddianı təmin etmiş, qəzetin üzərinə məqalədəki informasiyaları təkzib etmək, iddiaçıya 30.000 Azərbaycan manatı (AZN) (həmin vaxt təxminən 30.000 avro) təzminat ödəmək vəzifəsi qoyan qərar qəbul etmişdi.

Tərəflərə suallar

Ərizəçi qəzetin ifadə azadlığı hüququna Konvensiyanın 10-cu maddəsinin 1-ci bəndinin işığında müdaxilə baş veribmi?

Əgər belədirsə, bu müdaxilə qanunda nəzərdə tutulmuşdumu, 10-cu maddənin 2-ci bəndi baxımından qanuni bir məqsəd üçün gərəkli idimi?

Mövcud işdə mənəvi zərər əvəzi müəyyən edilən təzminat məbləği mütənasiblik tələbinə uyğun idimi?