1 mart 2021-ci il tarixdə kommunikasiyaya başlanılıb
22 mart 2021-ci il tarixdə bu haqda bilgi dərc edilib
BEŞİNCİ BÖLMƏ
Ərizə № 52773/19 və 54768/19
Emil MEHDIYEV Azərbaycana qarşı
və
Vahid ABİLOV Azərbaycana qarşı
(Ərizələr müvafiq olaraq 7 oktyabr 2019-cu il və 17 oktyabr 2019-cu il tarixlərində təqdim edilib)
Məhkəmə mübahisəsinin mövzusu
Bu ərizələr, dini əsaslandırmalarla hərbi xidmət keçməkdən imtina etdikləri üçün 1 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilən (ertələnmiş) Yahova Şahidləri dini icmasının üzvləri olan ərizəçilərin cinayət məsuliyyətinə cəlb edilməsi ilə bağlıdır.
Tərəflərə suallar
Ərizəçilərin hərbi xidmətdən imtina etdiklərinə görə cinayət məsuliyyətinə cəlb edilməsi zamanı Konvensiyanın 9-cu maddəsinin 1-ci bəndinin mənası işığında onların düşüncə, vicdan və ya din azadlığına müdaxiləyə yol verilibmi? Əgər belədirsə, bu müdaxilə qanunla müəyyən edilən və Konvensiyanın 9-cu maddəsinin 2-ci bəndi baxımından zəruri idimi?