№ 17184/18 A. və 24 DİGƏRLƏRİ AZƏRBAYCANA QARŞI – 11 may 2020-ci il

 

BEŞİNCİ BÖLMƏ

 

 

A və 24 digərləri Azərbaycana qarşı
əlavədəki siyahıya bax

Ərizə № 17184/18

 

 

Kommunikasiya edilir – 26 Fevral 2019 və 11 May 2020

 

MƏHKƏMƏ İŞİNİN MÖVZUSU

Ərizəçilər polis qüvvələrinin 2017-ci il sentyabr ayının ortalarında həyata keçirdiyi reydlər zamanı həbs olunan LGBT icmasının üzvləridilər.

Ərizəçilər şikayət edirlər ki, onların saxlanılması və sonrasında da inzibati qaydada həbs olunmaları qanunsuz və özbaşına olub. Saxlanılma və həbs edilmələri yalnız faktiki olaraq cinsi oriyentasiyaları ilə bağlı olub.

Bundan əlavə, polis məmurlarının və əlaqəli qurumların işçiləri tərəfindən pis rəftara məruz qaldıqlarını və aidiyyəti orqanların iddia edilən pis rəftarlarla əlaqədar effektiv araşdırma apara bilmədiklərini iddia edirlər.

Ərizəçilər həbsdə olduqları zaman məcburi tibbi müayinələrdən keçirilmələrindən də şikayət ediblər.

SUALLAR

1. Ərizəçilər Avropa Konvensiyasının 3, 8 və 14-cü maddələrinə əsasən verdikləri şikayətləri üzrə daxili müdafiə vasitələrini tükəndiriblərmi?

2. Ərizəçilər, saxlanıldıqları zaman və həbs müddətində polis əməkdaşları və təcridxana personalı tərəfindən Konvensiyanın 3-cü maddəsinə zidd olaraq işgəncələrə və ya qeyri-insani və ya alçaldıcı rəftara məruz qaldılarmı?

3. Ərizəçilərin həbs olunmalarının maddi şəraiti qeyri-insani və ya ləyaqəti alçaldan rəftara bərabər idimi? Xüsusilə:

a) Saxlanıldıqları hücrələrin ölçüləri necə idi? Bir kamerada eyni vaxtda ərizəçilərlə neçə nəfər saxlanılıb? Ərizəçilərin ayrıca yataq və yataq dəstləri varmı?

b) hücrə kifayət qədər işıqlandırılırdı və havalandırılırdımı? Hücrənin içərisində sanitar şərait necə idi?

(c) Ərizəçilərin müvafiq yemək, su, yataq dəsti və digər ehtiyacları təmin edilirdimi?

4. Səlahiyyətli yerli hakimiyyət orqanları, Konvensiyanın 3-cü maddəsinə əsasən ərizəçilərin pis rəftarla bağlı iddialarını müvafiq qaydada araşdırdılarmı?

5. Pis rəftara məruz qalamalarından şikayət edən ərizəçilərin Konvensiyanın 13-cü maddəsinin tələblərinə uyğun olaraq səmərəli daxili müdafiə vasitələri hüququ təmin olunurdumu?

6. Ərizəçilər Konvensiyanın 5-ci maddəsinin 1-ci bəndi pozulmaqlamı azadlıqdan məhrum olunmuşdular? Özəlliklə, ərizəçilərin inzibati qaydada həbs edilmələri daxili prosedur qaydalarına uyğun idimi (bax: Hüseynli və başqaları Azərbaycana qarşı, 67360/11 və digər 2, §§ 142-149, 11 fevral 2016)?

7. Ərizəçilərin Konvensiyanın 6-cı maddəsinin 1-ci və 3-cü bəndlərinə uyğun olaraq onlara qarşı irəli sürülən cinayət ittihamlarının araşdırılması ilə bağlı ədalətli məhkəmə dinləmələri təmin olunubmu? Ərizəçilərə Konvensiyanın 6-cı maddəsinin 3 (b) maddəsinə əsasən, öz müdafiələrini hazırlaması üçün lazımi imkanlar verilmişdirmi? Ərizəçilərə Konvensiyanın 6-cı maddəsinin 3-cü bəndinin (c) tələb olunduğu kimi, özləri seçdikləri hüquqi yardımla özlərini müdafiə etmək imkanı verilibmi? Özəlliklə, polis bölməsindəki sorğu-sual zamanı və birinci instansiya məhkəməsində icraat zamanı ərizəçilərin öz seçdikləri bir vəkil tərəfindən müdafiə olunmaları hüququ məhdudlaşdırılıbmı?

8. Konvensiyanın 8-ci maddəsinin 1-ci bəndinin mənası işığında ərizəçilərin həbsdə olarkən məcburi tibbi müayinələrdən keçirilməsi onların şəxsi həyatlarına hörmət hüququna müdaxilə təşkil edibmi? Əgər belədirsə, müdaxilə qanuna uyğun və 8-ci maddənin 2-ci bəndi işığında zəruri idimi?

9. Ərizəçilər Konvensiyanın 14-cü maddəsinə zidd olaraq, cinsi oriyentasiyaları səbəbindən ayrı-seçkiliyə məruz qalıblarmı?

10. Hökumətdən ərizəçilərin saxlanılması və inzibati həbsi ilə bağlı icraatla əlaqəli bütün sənədlərin (ərizəçilərin tibbi müayinəsinə aid sənədlər, vəkillərinin bu müayinənin aparılması üçün tələbləri (varsa)) surətlərinin təqdim edilməsi tələb olunur.

 

ƏLAVƏ  (ərizəçilərin siyahısı)

No. Ərizə № Daxil olub Ərizəçinin doğum tarixi

 

Təmsilçi
1 17184/18 28/03/2018 A

1990

Xalid Zakir oğlu BAĞIROV
2 17195/18 28/03/2018 B

1996

Xalid Zakir oğlu BAĞIROV
3 17201/18 30/03/2018 C

1999

Xalid Zakir oğlu BAĞIROV
4 17206/18 30/03/2018 D

1993

Xalid Zakir oğlu BAĞIROV
5 17234/18 28/03/2018 E

 

Xalid Zakir oğlu BAĞIROV
6 17263/18 26/03/2018 F

1990

Xalid Zakir oğlu BAĞIROV
7 17374/18 29/03/2018 G

1985

Xalid Zakir oğlu BAĞIROV
8 17698/18 30/03/2018 H

1995

Xalid Zakir oğlu BAĞIROV
9 17712/18 30/03/2018 I

1998

Xalid Zakir oğlu BAĞIROV
10 17740/18 30/03/2018 J

1993

Xalid Zakir oğlu BAĞIROV
11 17755/18 30/03/2018 K

1980

Xalid Zakir oğlu BAĞIROV
12 17757/18 28/03/2018 L

1994

Xalid Zakir oğlu BAĞIROV
13 17833/18 28/03/2018 M

1998

Xalid Zakir oğlu BAĞIROV
14 17841/18 02/04/2018 N

1993

Xalid Zakir oğlu BAĞIROV
15 17848/18 28/03/2018 O

1988

Xalid Zakir oğlu BAĞIROV
16 17852/18 28/03/2018 P

1989

Xalid Zakir oğlu BAĞIROV
17 17889/18 28/03/2018 Q

1983

Xalid Zakir oğlu BAĞIROV
18 17901/18 28/03/2018 R

1993

Xalid Zakir oğlu BAĞIROV
19 17951/18 28/03/2018 S

1979

Xalid Zakir oğlu BAĞIROV
20 17963/18 30/03/2018 T

1978

Xalid Zakir oğlu BAĞIROV
21 17999/18 30/03/2018 U

1989

Xalid Zakir oğlu BAĞIROV
22 18009/18 28/03/2018 V

1994

Xalid Zakir oğlu BAĞIROV
23 18017/18 30/03/2018 W

1991

Xalid Zakir oğlu BAĞIROV
24 19503/18 14/04/2018 X

1988

Xalid Zakir oğlu BAĞIROV
25 21420/18 21/04/2018 Y

1997

 

Xalid Zakir oğlu BAĞIROV