№65286/13 Xədicə İsmayılova Qrupu Azərbaycana qarşı – 8-10 iyun 2022

Avropa Şurası Nazirlər Komitəsi

1436-cı toplantı, 8-10 iyun 2022 (DH)

H46-1 Xədicə İsmayılova Qrupu Azərbaycana qarşı (Ərizə №65286/13)

Avropa Məhkəməsinin qəralarının icrasına nəzarət

 

Qətnamə

 

TƏMSİLÇİLƏR,

1. Bu məhkəmə işlərinin, peşə fəaliyyəti səbəbindən kimlərin etdiyi bəlli olmayan təhdidlərə məruz qalan, yataq otağında gizlicə çəkilən və internet üzərindən məhrəm görüntülərin yayılmasının ardınca, barəsində əxlaqını hədəf alan qəzet məqalələri yayılan araşdırmacı jurnalistlə bağlı olduğunu və Məhkəmənin, əlaqəli qurumların ərizəçinin özəl həyata hörmət və ifadə azadlığı hüququnu qorumaması, digərləri ilə yanaşı, qeyd edilən olaylarla bağlı təsirli araşdırma aparmaması səbəbindən Konvensiyanın 8-ci və 10-cu maddələrinin pozuntusunu tanıdıdığını qeyd edir;

Fərdi tədbirlərlə bağlı

2. Məhkəmə tərəfindən aşkar edilmiş pozuntuların ciddiliyini və onların ərizəçinin jurnalist peşə fəaliyyəti ilə əlaqəli olduğunu vurğulayır;

3. Hakimiyyət orqanlarını Məhkəmə tərəfindən müəyyən edilmiş nöqsanların aradan qaldırılması, xüsusilə, ərizəçiyə qarşı törədilmiş cinayət əməlləri (təhdid məktubu, gizli çəkiliş və intim videoların yayılması) üzrə istintaqı dərhal yenidən başlatmağa, ərizəçinin jurnalist fəaliyyətindən qaynaqlanan və bütün şahidləri lazımi qaydada dindirməyə, işlə bağlı bütün ipuclarını izləməyə çağırır;

4. Bundan əlavə hakimiyyət orqanlarını ərizəçinin yayılmış şəxsi məzmunlu məlumatlarının hamıya açıq resurslardan qaldırılıb-qaldırlmadığı barədə bilgi təqdim etməyə çağırır;

5. Eyni zamanda, hakimiyyət orqanlarını, ərizəçinin Məhkəmənin qərarına və onun presedent hüququna uyğun olaraq mülki məhkəmə araşdırmasının yenidən açılması, aidiyyəti olan qəzetə qarşı iddialarına yenidən baxılmasını tələb edib-etməməsi haqda bilgi təqdim etməyə dəvət edir;

Ümumi tədbirlərlə bağlı

6. Strasburqda Katibliklə Azərbaycan qurumları arasında ikitərəfli məsləhətləşmələrin aparıldığını, ayrıca, ümumi tədbirlərlə bağlı səlahiyyətli orqanlar tərəfindən məlumatın təqdim edildiyini, ancaq gec təqdim olunmasının bu iclasda onun araşdırılmasına imkan vermədiyini qeyd edir;

7. Nazirlər Komitəsinin jurnalistikanın qorunması və jurnalistlərin və digər media aktorlarının təhlükəsizliyinə dair CM/Rec(2016)4 saylı Tövsiyəsini, habelə, Dövlətlərin jurnalistlərin dövlət və qeyri-dövlət aktorları tərəfindən təhdidlərə, hücumlara, sui-istifadə və təqiblərə qarşı təhlükəsizliyini təmin etmək üçün əlverişli mühit yaratmaqla bağlı pozitiv öhdəliyinin olması ilə bağlı Məhkəmənin presedent hüququnu xatırladır;

8. Sonuc olaraq, səlahiyyətliləri xüsusilə, jurnalistlərə qarşı zorakılığı cinayət sayan qanunlarla bağlı və bu cür təhdidlərdən qorunma, jurnalistlərin qoruyucu tədbirlərə çıxışı və dövlət orqanları üçün müvafiq protokollar və təlim proqramları ilə bağlı Komitənin tövsiyyəsində (CM/Rec(2016)4) müəyyən edilmiş müvafiq təlimatları lazımi qaydada nəzərə almağa dəvət edir;

9. Daha sonra hakimiyyət orqanlarını, jurnalistlərə qarşı törədilmiş cinayətlərlə onların peşə fəaliyyəti arasında mümkün əlaqənin olub-olmamasını araşdırmağın istintaq orqanlarının öhdəliyi olmasını təmin etmək üçün tədbirlər görməyə dəvət edir;

10. Həmçinin, səlahiyyətliləri şəxsi həyata hörmət və reputasiya hüququ ilə ifadə azadlığı hüququ arasındakı tarazlığın təmin olunması ilə bağlı yerli məhkəmələrin təcrübəsin yaxşılaşdırmağa yönəlik tədbirlər görməyə dəvət edir;

11. Səlahiyyətliləri bu qrup işinin növbəti dəfə yoxlanılacağı Komitənin 2022-ci ilin dekabrındakı iclasına qədər yuxarıda göstərilən bütün məsələlər barədə bilgiləri vaxtında təqdim etməyə çağırır.