Kommunikasiyaya başlanılıb: 11 yanvar 2021-ci il
Yayınlanma tarixi: 1 fevral 2021-ci il
BEŞİNCİ BÖLMƏ
Ərizə №48838/15
Zülfüqar Davud oğlu İBRAHİMOV Azərbaycana qarşı
17 sentyabr 2015-ci il tarixdə daxil olub
İŞİN MƏZMUNU
Bu ərizə, yerli məhkəmələrin ərizəçinin həbsdə tutulması üçün yetərli və müvafiq səbəblər göstərməməsi və girov müqabilində sərbəst buraxılma tələbini lazımınca araşdırmaması ilə əlaqədardır – məhkəmələr bu tələbi çox qısa zamanda araşdırıb və ümumi şəkildə rədd edib.
Ərizəçi Konvensiyanın 5-ci maddəsinin 3-cü bəndində nəzrədə tutulan hüquqlara istinad edir.
TƏRƏFLƏRƏ SUALLAR
Yerli məhkəmələr, Konvensiyanın 5-ci maddəsinin 3-cü bəndinin məqsədləri baxımından, ərizəçinin tutulması üçün yetərli və uyğun səbəblər irəli sürüblərmi?
Ərizəçinin girov müqabilində sərbəst buraxılması tələbi Konvensiyanın 5-ci maddəsinin 3-cü bəndində tələb olunduğu ölçülərdə yerli məhkəmələr tərəfindən araşdırıldımı?