3 mart 2021-ci il tarixdə kommunikasiyaya başlanılıb
22 mart 2021-ci il tarixdə bu haqda bilgi dərc edilib
BEŞİNCİ BÖLMƏ
Ərizə №36868/18
Əlövsət Sayad oğlu TALIŞXANLI və digərləri Azərbaycana qarşı
Məhkəmə işinin mövzusu
Bu ərizə qeyri-hökumət təşkilatının həmtəsisçiləri olan yeddi nəfər tərəfindən verilib. Ərizə Ədliyyə Nazirliyinin QHT-nin hüquqi şəxs kimi qeydiyyata alınmasından dəfələrlə imtina etməsi, yerli məhkəmələrin əsaslandırılmış qərarlar verməməsi iddiaları ilə bağlıdır.
Ərizəçilər yerli qurumların Konvensiyanın 11-ci maddəsinə əsasən qurulan qeyri-hökumət təşkilatlarını qeydiyyata almaqdan imtina etməsi ilə birləşmə azadlığı hüquqlarını pozduqlarından şikayət edirlər. Həmçinin, Konvensiyanın 6-cı maddəsinə əsasən, yerli məhkəmələrin əsaslandırılmış qərar qəbul etmək hüquqlarını pozmalarından, cavabdehlərin məhkəmədə iştirakının təmin edilməməsindən şikayət edirlər.
Tərəflərə suallar
1. Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinə uyğun olaraq, mülki hüquq və azadlıqların müəyyən edilməsi üçün ədalətli mühakimə təmin edilibmi? Özəlliklə, Ərizəçilərin əsaslandırılmış qərar əldə etmək hüququna, məhkəmə çəkişməsi prinsiplərinə hörmət göstərilibmi (bax, Məzahir Cəfərov Azərbaycana qarşı, 39391/09, 2 aprel 2020)?
2. Konvensiyanın 11-ci maddəsinin 1-ci bəndinin mənası işığında ərizəçilərin birləşmə azadlığına, özəlliklə, ictima birlik qurma hüquqlarına müdaxilə olubmu? Əgər belədirsə, müdaxilə qanunla müəyyən edilmiş və Maddənin 11 § 2-si baxımından zəruri idimi (bax: Koretskyy və Başqaları Ukraynaya qarşı, no.40269/02, 3 aprel 2008; The United Makedonian Organization Ilinden və Başqaları Bolqarıstana qarşı (no.2), No.34960/04, 18 Oktyabr 2011; və Cəfərov və Başqaları Azərbaycana qarşı, No 27309/14, 25 İyul 2019)?