AIHM – REQLAMENT: QAYDA 24-30

AVROPA İNSAN HÜQUQLARI MƏHKƏMƏSİ – MƏHKƏMƏNİN REQLAMENTİ

Qayda 24. Böyük Palatanın tərkibi

Qayda 25. Bölmələrin təşkili

Qayda 26. Palataların yaradılması

Qayda 27. Komitələr

Qayda 27A. Yeganə hakim
Qayda 28. İclasda iştirak etmək imkanının olmaması, iclasda iştirakdan imtina etmə və ya azad edilmə

Qayda 29. Ad hoc hakimlər Qayda 30. İşdə ümumi maraq

Qayda 30. İşdə ümumi maraq

 

Qayda 24 (Böyük Palatanın tərkibi)

1. Böyük Palata on yeddi hakimdən və ən azı üç ehtiyat hakimdən ibarətdir.

2. (a) Böyük Palatanın tərkibinə Məhkəmənin Sədri, Məhkəmə Sədrinin müavinləri və Bölmələ- rin Sədrləri daxildir. Böyük Palatanın üzvü qismində iclasda iştirak edə bilməyən Məhkəmənin hər hansı Sədr müavini və ya Bölmə Sədri müvafiq Bölmənin Sədr müavini ilə əvəz olunur.

b) İş üzrə tərəf olan iştirakçı dövlətdən seçilmiş hakim, yaxud zəruri hallarda 29-cu və ya 30-cu Qaydaya uyğun olaraq təyin edilmiş hakim Konvensiyanın 26-cı maddəsinin 4-cü və 5-ci bənd- lərinə uyğun olaraq iclasda Böyük Palatanın ex officio üzvü qismində iştirak edir.

c) Konvensiyanın 30-cu maddəsinə əsasən Böyük Palataya verilmiş işlərdə yurisdiksiyalarını Böyük Palataya güzəştə getmiş Palatanın üzvləri də Böyük Palatanın tərkibinə daxil olurlar.

d) Konvensiyanın 43-cü maddəsinə əsasən Böyük Palataya verilmiş işlərdə həmin iş üzrə qərar qəbul etmiş, yaxud şikayətin qəbuledilənliyi məsələsinə dair qərar çıxarmış Palatanın və ya Pala- taların iclasında iştirak etmiş hakimlər Böyük Palatanın tərkibinə daxil ola bilməzlər, Palatanın Sədri və iş üzrə tərəf olan iştirakçı dövlətdən seçilmiş hakim istisna təşkil edir.

e) İşin Böyük Palataya verildiyi hər bir halda Böyük Palatanın tərkibini tamamlamalı olan ha- kimlər və ehtiyat hakimlər qalan hakimlərin arasından püşk yolu ilə təyin edilir, püşkatma Kati- bin iştirakı ilə Məhkəmə Sədri tərəfindən həyata keçirilir. Püşkatma qaydası Məhkəmənin plenar iclasında müəyyən edilir, bu zaman Böyük Palatanın tərkibində iştirakçı dövlətlərin müxtəlif hü- quq sistemlərini əks etdirən coğrafi balansın zəruriliyi nəzərə alınır.

f) Konvensiyanın 47-ci maddəsinə əsasən məsləhət rəyinin verilməsi üçün müraciətə baxılarkən Böyük Palata bu Qaydanın 2 (a) və (e) bəndlərinin müddəalarına uyğun olaraq təşkil edilir.

g) Konvensiyanın 46-cı maddəsinin 4-cü bəndi əsasında edilmiş müraciətə baxılarkən Böyük Pa- latanın tərkibinə bu Qaydanın 2 (a) və (e) bəndlərində göstərilmiş hakimlərdən savayı həm də müvafiq iş üzrə qərar çıxarmış Palatanın və ya Komitənin üzvləri daxil olur. Qərarı Böyük Palata özü çıxarıbsa, Böyük Palatanın ilkin tərkibi saxlanılır. Bütün hallarda, o cümlədən Böyük Palata- nın ilkin tərkibini dəyişmək mümkün olmadığı hallarda, Böyük Palatanın tərkibinə daxil edilməli olan hakimlər və ehtiyat hakimlər bu Qaydanın 2 (a) bəndinə uyğun olaraq təyin edilirlər.

3. Əgər hər hansı hakimlər işdə iştirak edə bilmirsə, onları bu Qaydanın 2 (a) bəndində göstərilən qaydada seçilən ehtiyat hakimlər əvəz edir.

4. Yuxarıdakı müddəalara uyğun olaraq təyin edilmiş hakimlər və ehtiyat hakimlər iş üzrə icraat başa çatana qədər Böyük Palatada işə baxmaqda davam edirlər. Əgər onlar işə mahiyyəti üzrə baxılmasında iştirak ediblərsə, hətta səlahiyyət müddətləri bitdikdə belə, işə baxmaqda davam edirlər. Bu müddəalar məsləhət rəylərinin verilməsinə dair icraata da tətbiq edilir.

5. (a) Konvensiyanın 43-cü maddəsinə əsasən təqdim edilmiş müraciətə baxmalı olan Böyük Pa- latanın beş hakimindən ibarət kollegiya aşağıdakılardan təşkil edilir:

– Məhkəmənin Sədri. Məhkəmənin Sədri iclasda iştirak edə bilmirsə, birincilik qaydasına uyğun surətdə Məhkəmənin Sədr müavini ilə əvəz olunur;

– növbəlilik qaydasında təyin olunan iki Bölmə Sədri. Bu qaydada təyin olunmuş Bölmə Sədrləri iclasda iştirak edə bilmirsə, onları həmin Bölmələrin Sədr müavinləri əvəz edir;

– qalan Bölmələrdən seçilmiş hakimlər arasından kollegiyanın iclaslarında altı ay müddətində iş- tirak etmək üçün növbəlilik qaydasında təyin olunan iki hakim;

– Bölmələrdən seçilmiş hakimlər arasından kollegiyanın iclaslarında altı ay müddətində iştirak etmək üçün növbəlilik qaydasında təyin olunan azı iki ehtiyat hakim.

b) İşin Böyük Palataya verilməsi barədə müraciətə baxan kollegiyanın tərkibinə şikayətin qəbu- ledilənliyi məsələsinə və ya mahiyyətinə baxılmasında iştirak etmiş hər hansı hakim daxil edilə bilməz.
c) İş üzrə tərəf olan, işin Böyük Palataya verilməsi barədə müraciət edən iştirakçı dövlətdən se- çilmiş və ya həmin dövlətin vətəndaşı olan hakim həmin müraciətə baxan kollegiyanın üzvü ola bilməz. Müvafiq iştirakçı dövlət tərəfindən 29-cu və ya 30-cu Qaydaya uyğun olaraq təyin olu- nan seçilmiş hakimin də bu cür müraciətə baxılmasında iştirakına yol verilmir.

d) iclasda (b) və ya (c) yarımbəndlərində göstərilmiş səbəblərə görə iştirak edə bilməyən kollegi- yanın hər hansı üzvü Bölmələrdən seçilmiş hakimlər arasından kollegiyanın iclaslarında altı ay müddətində iştirak etmək üçün növbəlilik qaydasında təyin olunan ehtiyat hakimlə əvəzlənir.

Qayda 25 (Bölmələrin təşkili)

1. Konvensiyanın 25-ci maddəsinin (b) bəndində nəzərdə tutulan (bu Qaydalarda “Bölmələr” ad- landırılan) Palatalar Sədrin təklifi ilə Məhkəmənin plenar iclaslarında üç il müddətinə təşkil edi- lir və 8-ci Qaydaya əsasən Sədrlər və onların müavinləri seçilən andan fəaliyyət göstərir. Azı dörd Bölmə mövcud olmalıdır.

2. Hər bir hakim hər hansı Bölmənin üzvü olur. Bölmələrin tərkibi coğrafi və cinsi əlamətlərə görə tarazlaşdırılmalı və iştirakçı dövlətlərin müxtəlif hüquq sistemlərini əks etdirməlidir.

3. Bölmə hansı müddətə təşkil edilibsə, həmin müddət qurtarmamış hakim Məhkəmənin üzvlü- yündən çıxarsa, Bölmədə onun yerini Məhkəmənin üzvü qismində həmin hakimin yerinə seçilən hakim tutur.

4. Şərait tələb edərsə, Məhkəmənin Sədri istisna qaydasında Bölmələrin tərkibində dəyişikliklər edə bilər.

5. Sədrin təklifi ilə Məhkəmə plenar iclasda əlavə Bölmə təşkil edə bilər.

Qayda 26 (Palataların yaradılması)

1. Məhkəməyə təqdim edilən işlərə baxmaq üçün Konvensiyanın 26-cı maddəsinin 1-ci bəndində nəzərdə tutulan yeddi hakimdən ibarət tərkibdə Palatalar Bölmələrin tərkibində aşağıdakı qayda- da təşkil edilirlər.

(a) Bu Qaydanın 2-ci bəndi və 28-ci Qaydanın 4-cü bəndinin sonuncu cümləsi nəzərə alınmaqla, hər bir halda Palatanın tərkibinə Bölmənin Sədri və iş üzrə tərəf olan hər hansı iştirakçı dövlət- dən seçilmiş hakim daxil olur. Həmin hakim 51-ci və ya 52-ci Qaydaya əsasən şikayətin təqdim edildiyi Bölmənin üzvü deyilsə, o, Konvensiyanın 26-cı maddəsinin 4-cü bəndinə uyğun olaraq, Palatanın ex officio üzvü qismində iclasda iştirak edir. Hakim iclasda iştirak edə bilmirsə və ya iştirak etməkdən imtina edirsə, 29-cu Qayda tətbiq edilir.

(b) Palatanın digər üzvlərini Bölmənin Sədri müvafiq Bölmənin üzvləri arasından növbəlilik qaydasında təyin edir.

(c) Bu cür təyinat almayan Bölmə üzvləri iş üzrə iclasda ehtiyat hakim qismində iştirak edirlər.

2. Palatanın Sədri iş üzrə tərəf olan hər hansı iştirakçı dövlətdən seçilmiş hakimi, yaxud zəruri hallarda digər seçilmiş hakimi və ya 29-cu və 30-cu Qaydalara uyğun olaraq təyin olunmuş ad hoc hakimi hazırlıq və ya prosedur məsələlərinə baxılan iclaslarda iştirakdan azad edə bilər.

3. İşə mahiyyət üzrə baxılmasında iştirak etmiş hakimlər, hətta səlahiyyət müddətləri başa çat- dıqdan sonra belə, həmin işin araşdırılmasında iştirak edirlər. Bu cür iclaslarda iştirak məqsədi üçün belə hesab edilir ki, iş üzrə tərəf olan iştirakçı dövlət 29-cu Qaydanın 1-ci bəndinə uyğun olaraq həmin hakimin yerinə birinci ehtiyat hakimi işə baxmağa təyin etmişdir.

Qayda 27 (Komitələr)

1. Eyni Bölmədən olan üç hakimdən ibarət tərkibdə Komitələr Konvensiyanın 26-cı maddəsinin 1-ci bəndinə əsasən təşkil edilir. Yaradılacaq Komitələrin sayını Bölmələrin Sədrləri ilə məslə- hətləşmələr aparandan sonra Məhkəmənin Sədri müəyyən edir.

2. Komitələr, Bölmənin Sədri istisna olmaqla, növbəlilik qaydasında Bölmənin üzvlərindən on iki ay müddətinə təşkil edilir.

3. Hər hansı Komitənin tərkibinə daxil olmayan Bölmə hakimlərinə, Bölmənin Sədri də daxil ol- maqla, lazımi hallarda Komitənin iclasında iştirak etmək tapşırıla bilər. Onlara iclasda iştirak edə bilməyən Komitə üzvlərini əvəz etmək də tapşırıla bilər.

4. Müvafiq Bölmədə birincilik qaydasında üstünlüyə malik olan Komitə üzvü Komitənin Sədri olur.

Qayda 27A (Yeganə hakim)

1. Konvensiyanın 26-cı maddəsinin 1-ci bəndinə uyğun olaraq işə yeganə hakimdən ibarət tər- kibdə baxılır. Büro ilə məsləhətləşdikdən sonra Məhkəmənin Sədri işlərə təkbaşına baxmaq üçün təyin olunan hakimlərin sayı barədə qərar verir və onları işlərə baxılmasına təyin edir. Sədr hər bir hakimin işlərə təkbaşına baxmaq üçün təyin olunduğu müddət ərzində baxacağı işlərdə tərəf olan iştirakçı dövlətlərin siyahısını qabaqcadan tərtib edir.

2. Yeganə hakim növbəlilik qaydasında on iki ay müddətinə təyin olunur. Məhkəmənin Sədri və Bölmələrin Sədrləri işlərə təkbaşına baxmaqdan azad olunurlar. Yeganə hakimlər 25-ci Qayda- nın 2-ci bəndinə uyğun olaraq üzvləri olduqları Bölmələrdə digər vəzifələrini yerinə yetirməkdə davam edirlər.

3. Konvensiyanın 24-cü maddəsinin 2-ci bəndinə uyğun olaraq, iş üzrə qərar çıxararkən hər bir yeganə hakimə referentlər kömək edirlər.

Qayda 28 (İclasda iştirak etmək imkanının olmaması, iclasda iştirakdan imtina etmə və ya azad edilmə)

1. İclaslarda iştirak etməli olan hakim həmin iclaslarda iştirak edə bilmirsə, Palatanın Sədrinə bu barədə mümkün qədər tez məlumat verməlidir.

2. Aşağıdakı hallarda hakim hər hansı işə baxılmasında iştirak edə bilməz:

a) işdə şəxsi marağı varsa, o cümlədən tərəflərdən hər hansı biri ilə ər-arvad, valideynlik, yaxud digər yaxın ailə, şəxsi, peşə və ya tabelik münasibətlərindədirsə;

b) əvvəllər hər hansı tərəfin və ya işdə marağı olan şəxsin nümayəndəsi, vəkili, və ya məsləhətçi- si qismində, yaxud digər milli və ya beynəlxalq məhkəmə orqanının və ya araşdırma komissiya- sının üzvü qismində, yaxud da hər hansı başqa qisimdə çıxış edibsə;

c) ad hoc hakim və ya 26-cı Qaydanın 3-cü bəndinə uyğun olaraq iclasda iştirak etməkdə davam edən seçilmiş hakim olaraq siyasi və ya inzibati fəaliyyətlə, yaxud müstəqilliyinə və ya qərəzsiz- liyinə zidd olan digər peşə fəaliyyəti ilə məşğul olursa;

d) obyektiv olaraq onun qərəzsizliyinə mənfi təsir göstərə biləcək rəylərini yazılı şəkildə, ictima- iyyət qarşısındakı hərəkətləri vasitəsilə və ya digər formada kütləvi informasiya vasitələrində açıq şəkildə ifadə edibsə;

e) hər hansı digər səbəbdən onun müstəqilliyi və ya qərəzsizliyi haqlı olaraq şübhə altına alına bilərsə.

3. Hakim göstərilən səbəblərdən birinə görə iclasda iştirak etməkdən imtina edirsə, o, Palatanın Sədrinə bu barədə məlumat verir və Sədr həmin hakimi iclasda iştirak etməkdən azad edir.

4. Müvafiq hakimdə və ya Sədrdə bu Qaydanın 2-ci bəndində qeyd edilən əsaslardan birinin mövcudluğuna dair hər hansı şübhə olduqda, bu məsələni Palata həll edir. Müvafiq hakimin fi- kirlərini dinlədikdən sonra Palata həmin hakimin iştirakı olmadan müşavirə keçirir və səsvermə aparır. Palatanın bu məsələyə dair müşavirə keçirməsi və səsvermə aparması məqsədləri üçün həmin hakim Palatanın birinci ehtiyat hakimi ilə əvəz olunur. Hakim iş üzrə tərəf olan iştirakçı dövlətdən seçilmiş hakim kimi işə baxdıqda da eyni qayda tətbiq edilir. Bu halda hesab edilir ki, iş üzrə tərəf olan iştirakçı dövlət 29-cu Qaydanın 1-ci bəndinə uyğun olaraq həmin hakimin yeri- nə birinci ehtiyat hakimi işə baxmağa təyin etmişdir.

5. Yuxarıdakı müddəalar hakimin işə təkbaşına baxdığı, yaxud Komitənin iclasında iştirak etdiyi hallara da tətbiq edilir, bu halda Bölmə Sədrinə bu Qaydanın 1-ci və 3-cü bəndlərinə əsasən tələb olunan məlumat verilməlidir.

Qayda 29 (Ad hoc hakimlər)

1. (a) İş üzrə tərəf olan iştirakçı dövlətdən seçilmiş hakim Palatanın iclasında iştirak edə bilmir- sə, iştirakdan imtina edirsə və ya iştirakdan azad edilirsə, yaxud həmin dövlətdən seçilmiş hakim yoxdursa və iştirakçı dövlət bu Qaydanın 1 (b) bəndinə uyğun olaraq ad hoc hakim təyin etmək niyyətində deyilsə, Palatanın Sədri həmin dövlətə təklif edir ki, iclasda hakim qismində iştirak etmək üçün digər seçilmiş hakimlərin arasından təyin etmək istədiyi şəxsin adını otuz gün müd- dətində bildirsin.

b) İştirakçı dövlət ad hoc hakim təyin etmək niyyətindədirsə, Palatanın Sədri qabaqcadan həmin iştirakçı dövlət tərəfindən təqdim edilən, iştirakçı dövlətin ad hoc hakimliyə namizəd qismində göstərdiyi və bu Qaydanın 1 (d) bəndində göstərilən şərtlərə cavab verən üçdən beşədək şəxsin adının olduğu siyahıdan ad hoc hakimi sonradan uzadıla bilən iki illik müddətə seçir. Siyahıya hər iki cinsin nümayəndələri daxil edilməli və siyahıda adları göstərilən şəxslərin bioqrafik məlumatları əks olunmalıdır. Siyahıda adları göstərilən şəxslər Məhkəmədəki icraatda hər hansı tə- rəfi və ya üçüncü tərəfi hər hansı qisimdə təmsil edə bilməzlər.

Konvensiyanın 26-cı maddəsinin 4-cü bəndinin və yuxarıdakı birinci cümlənin tətbiqinin məq- sədləri üçün digər seçilmiş hakimlərin adları siyahıya daxil edilməkdən ötrü ipso jure nəzərdən keçirilməlidir.

c) Bu qaydada təyin olunmuş şəxs iclasda iştirak edə bilmədikdə və ya iştirakdan imtina etdikdə bu Qaydanın 1 (a) və (b) bəndlərində göstərilən qayda tətbiq edilir.

d) Ad hoc hakim Konvensiyanın 21-ci maddəsinin 4-cü bəndinin tələb etdiyi keyfiyyətlərə malik olmalı, 28-ci Qaydada göstərilən hər hansı səbəbə görə işə baxılmasında iştirakı mümkünsüz ol- mamalı və bu Qaydanın 5-ci bəndində nəzərdə tutulduğu kimi lazımi hallarda Məhkəmənin sə- rəncamında olmalı və iclaslarda iştirak edə bilməlidir.

2. İş üzrə tərəf olan iştirakçı dövlət aşağıdakı hallarda ad hoc hakimi təyin etmək hüququndan imtina etmiş sayılır:

a) 1 (a) bəndində göstərilmiş otuz gün müddətində və ya bu müddət Palatanın Sədri tərəfindən uzadılıbsa, uzadılmış müddətin sonunadək iştirakçı dövlət Palata Sədrinin təklifinə cavab vermə- yibsə;

b) iştirakçı dövlət ad hoc hakimi təyin etmək niyyətindədirsə, amma 54-cü Qaydanın 2-ci bəndi- nə uyğun olaraq şikayət barədə cavabdeh Hökumətə məlumat verildiyi zaman Katibi bu Qayda- nın 1 (b) bəndində qeyd edilmiş siyahı ilə təmin etməyibsə, yaxud Palata siyahıda göstərilən şəxslər arasında üçdən az namizədin bu Qaydanın 1 (d) bəndində göstərilən şərtlərə cavab verdi- yini aşkar edibsə.

3. 54-cü Qaydanın 2-ci bəndinə uyğun olaraq şikayət barədə müvafiq iştirakçı dövlətə məlumat verilənədək Palatanın Sədri iş üzrə tərəf olan həmin iştirakçı dövlətə bu Qaydanın 1 (a) bəndinə əsasən ad hoc hakimi təyin etməsini təklif etməməyi qərara ala bilər. Bu halda iş üzrə tərəf olan iştirakçı dövlət ad hoc hakimi təyin edənə qədər belə hesab edilir ki, o, seçilmiş hakimin yerinə birinci ehtiyat hakimi işə baxmağa təyin etmişdir.

4. Ad hoc hakim işə baxmağa təyin edildikdən sonra keçirilən birinci iclasın başlanğıcında 3-cü Qaydada nəzərdə tutulan andı içir və ya təntənəli bəyanatı verir. Bu akt barədə protokola qeyd edilir.

5. Ad hoc hakimlər lazımi hallarda Məhkəmənin sərəncamında olmalı və 26-cı Qaydanın 2-ci bəndi nəzərə alınmaqla Palatanın iclaslarında iştirak etməlidirlər.

Qayda 30  (İşdə ümumi maraq)

1. Şikayətçi və ya cavabdeh qismində çıxış edən iki və ya daha artıq iştirakçı dövlətin işdə ümu- mi marağı varsa, Palatanın Sədri həmin iştirakçı dövlətlərin birindən seçilmiş bir nəfər hakimin onların ümumi maraqlarını təmsil edən və ex officio üzv qismində iclasda iştirak edən hakim qis- mində təyin edilməsini öz aralarında razılaşdırmağı onlara təklif edə bilər. İştirakçı dövlətlər ra- zılığa gələ bilmədikdə, Sədr onların ümumi maraqlarını təmsil edən hakimi həmin dövlətlərin ha- kim qismində təklif etdikləri şəxslər sırasından püşklə müəyyən edir.

2. 54-cü Qaydanın 2-ci bəndinə uyğun olaraq şikayət barədə müvafiq iştirakçı dövlətlərə məlu- mat verilənədək Palatanın Sədri iş üzrə tərəf olan həmin iştirakçı dövlətlərə bu Qaydanın 1-ci bəndində göstərilən qaydada hakim təyin etmələrini təklif etməməyi qərara ala bilər.

3. Ümumi marağın mövcudluğuna və ya bununla əlaqədar olan hər hansı məsələyə dair fikir ay- rılıqları olarsa, zəruri hallarda Palata iş üzrə tərəf olan iştirakçı dövlətlərin yazılı arqumentlərini aldıqdan sonra bu məsələni həll edir.