AIHM – REQLAMENT: QAYDA 1-14

AVROPA İNSAN HÜQUQLARI MƏHKƏMƏSİ – MƏHKƏMƏNİN REQLAMENTİ

Qayda 1. Anlayışlar
Qayda 2. Səlahiyyət müddətinin hesablanması Qayda 3. And və ya təntənəli bəyanat
Qayda 4. Vəzifə ilə bir araya sığmayan fəaliyyət Qayda 5. Birincilik
Qayda 6. İstefa
Qayda 7. Vəzifədən kənarlaşdırma
Qayda 8. Məhkəmənin Sədrinin, Məhkəmə Sədrinin Müavinlərinin, Bölmələrin Sədrlərinin, Böl- mə Sədrlərinin Müavinlərinin seçilməsi
Qayda 9. Məhkəmənin Sədrinin vəzifələri Qayda 9A. Büronun rolu
Qayda 10. Məhkəmə Sədrinin müavinlərinin vəzifələri
Qayda 11. Məhkəmənin Sədrinin və Məhkəmə Sədrinin Müavinlərinin əvəz edilməsi Qayda 12. Bölmələrdə və Palatalarda Sədrlik
Qayda 13. Məhkəmədə sədrlik etməyin mümkünsüzlüyü Qayda 14. Cinslərin tarazlaşdırılmış təmsilçiliyi

 

Qayda 1 (Anlayışlar)

Əgər mətnin konteksti başqa halı tələb etmirsə, bu Reqlamentin məqsədləri üçün:
a) “Konvensiya” termini İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Konven- siyanı və onun Protokollarını bildirir;
b) “Məhkəmənin plenar iclası” ifadəsi Avropa İnsan Hüquqları Məhkəməsinin tam tərkibdə ic- lasını bildirir;
c) “Böyük Palata” ifadəsi Konvensiyanın 26-cı maddəsinin 1-ci bəndinə əsasən təşkil edilən on yeddi hakimdən ibarət tərkibdə Böyük Palatanı bildirir;
d) “Bölmə” termini Konvensiyanın 25-ci maddəsinin (b) bəndinə əsasən Məhkəmənin plenar ic- lasında müəyyən müddətə təşkil edilən Palatanı bildirir; “Bölmənin Sədri” ifadəsi Konvensiya- nın 25-ci maddəsinin (c) bəndinə əsasən, Məhkəmənin plenar iclasında həmin Bölmənin Sədri qismində seçilmiş hakimi bildirir;
e) “Palata” termini Konvensiyanın 26-cı maddəsinin 1-ci bəndinə əsasən təşkil edilən yeddi ha- kimdən ibarət tərkibdə Palatanı bildirir; “Palatanın Sədri” ifadəsi həmin Palatada sədrlik edən hakimi bildirir;
f) “Komitə” termini Konvensiyanın 26-cı maddəsinin 1-ci bəndinə əsasən təşkil edilən üç ha- kimdən ibarət tərkibdə komitəni bildirir; “Komitənin Sədri” ifadəsi həmin Komitədə sədrlik edən hakimi bildirir;
g) “Yeganə hakim” ifadəsi Konvensiyanın 26-cı maddəsinin 1-ci bəndinə əsasən təkbaşına iclas keçirən hakimi bildirir;
h) “Məhkəmə” termini tam tərkibdə Məhkəməni, yaxud Böyük Palatanı, Bölməni, Palatanı, Ko- mitəni, yeganə hakimi, yaxud da Konvensiyanın 43-cü maddəsinin 2-ci bəndində nəzərdə tutulan beş hakimdən ibarət tərkibdə kollegiyanı bildirir;
i) “Ad hoc hakim” ifadəsi Konvensiyanın 26-cı maddəsinin 4-cü bəndinə və 29-cu Qaydaya uy- ğun olaraq Konvensiyanın iştirakçısı olan dövlət tərəfindən Böyük Palatanın və ya Palatanın üz- vü qismində təklif edilən, seçilmiş hakim olmayan şəxsi bildirir;
j) “Hakim” və “hakimlər” termini Avropa Şurasının Parlament Assambleyası tərəfindən seçi- lən hakimləri, yaxud ad hoc hakimləri bildirir;
k) “Məruzəçi hakim” ifadəsi 48-ci və 49-cu Qaydalarda nəzərdə tutulan vəzifələri yerinə yetir- mək üçün təyin edilən hakimi bildirir;

l) “Referent” termini Konvensiyanın 24-cü maddəsinin 2-ci bəndində nəzərdə tutulmuş yeganə hakimlərə kömək üçün təyin edilən Katiblik üzvünü bildirir;

m) “Məhkəmənin nümayəndəsi” termini Palata tərəfindən nümayəndə heyətinin tərkibinə təyin edilmiş hakimi bildirir; “Nümayəndə heyətinin başçısı” termini Palata tərəfindən onun nümayən- də heyətinə başçılıq etmək üçün təyin edilmiş nümayəndəni bildirir;

n) “Nümayəndə heyəti” termini Məhkəmənin nümayəndələrindən, Katiblik üzvlərindən və nü- mayəndə heyətinə kömək üçün Palatanın təyin etdiyi hər hansı digər şəxsdən ibarət orqanı bildi- rir;

o) “Katib” termini kontekstə uyğun olaraq Məhkəmə Katibini və ya Bölmə Katibini bildirir;

p) “Tərəf” və ya “tərəflər” termini:

– Konvensiyanın iştirakçısı olan şikayətçi və ya cavabdeh dövləti;

– Konvensiyanın 34-cü maddəsinə əsasən şikayət vermiş şikayətçini (fiziki şəxs, qeyri-hökumət təşkilatı, yaxud fərdlər qrupu) bildirir;

q) “Üçüncü tərəf” ifadəsi Konvensiyanın 36-cı maddəsinin 1, 2 və 3-cü bəndlərində nəzərdə tu- tulan qaydada yazılı qeydlərini təqdim etmək və dinləmədə iştirak etmək hüququnu həyata keçi- rən və ya bunları etməyə dəvət edilən, Konvensiyanın iştirakçısı olan istənilən dövləti və ya ma- raqlı şəxsi, yaxud Avropa Şurasının İnsan Hüquqları üzrə Komissarını bildirir;

r) “Dinləmə və dinləmələr” termini şikayətin qəbuledilənliyi və (və ya) mahiyyəti üzrə keçiri- lən, yaxud qərara yenidən baxılması üçün, yaxud məsləhət rəyi üçün, yaxud da qərarın şərhi üçün hər hansı tərəf və ya Nazirlər Komitəsi tərəfindən verilən sorğu ilə əlaqədar keçirilən, ya- xud da Konvensiyanın 46-cı maddəsinin 4-cü bəndi əsasında öhdəliyin yerinə yetirilib-yetirilmə- məsi məsələsinin Məhkəməyə təqdim edilməsi ilə bağlı keçirilən şifahi icraatı bildirir;

s) “Nazirlər Komitəsi” ifadəsi Avropa Şurasının Nazirlər Komitəsini bildirir;

t) “keçmiş Məhkəmə” və “Komissiya” terminləri müvafiq olaraq Konvensiyanın keçmiş 19-cu maddəsinə əsasən təşkil edilmiş, müvafiq surətdə Avropa İnsan Hüquqları Məhkəməsini və Avropa İnsan Hüquqları Komissiyasını bildirir.

Qayda 2  (Səlahiyyət müddətinin hesablanması)

1. Hakimin seçilməli olduğu tarixdə onun yeri vakant olarsa, hakimin vəzifədə olma müddəti onun vəzifəyə başladığı tarixdən hesablanır, əgər müstəsna hallarda Sədr başqa qərar qəbul etmə- yibsə, vəzifəyə başlamanın müddəti seçki günündən sonra üç aydan çox olmamalıdır.

2. Hakim səlahiyyət müddəti qurtaran və ya qurtarmağa az qalan, yaxud istefa vermək niyyətini elan etmiş hakimi əvəz etmək üçün seçilərsə, onun səlahiyyət müddəti vəzifəsinə başladığı tarix- dən hesablanır, əgər Sədr başqa qərar qəbul etməyibsə, vəzifəyə başlamanın müddəti vəzifənin vakant olduğu gündən sonra üç aydan çox olmamalıdır.

3. Konvensiyanın 23-cü maddəsinin 3-cü bəndinə uyğun olaraq, seçilmiş hakimin səlahiyyətləri ondan sonrakı hakim 3-cü Qaydada nəzərdə tutulmuş andı içənə və ya bəyanatı verənə qədər qüvvədə olur.

Qayda 3 (And və ya təntənəli bəyanat)

1. Hər bir seçilmiş hakim vəzifəyə başlamamışdan əvvəl, iştirak etdiyi Məhkəmənin birinci ple- nar iclasında Məhkəmə qarşısında, yaxud zəruri olduqda Məhkəmənin Sədri qarşısında aşağıda- kı andı içir və ya təntənəli bəyanatı söyləyir:

“And içirəm ki,” (yaxud “Təntənəli surətdə bəyan edirəm ki,”) “hakimin vəzifələrini namus- la, müstəqil surətdə və qərəzsiz yerinə yetirəcək və hakimlərin bütün məşvərətlərinin sirrini qoruyacağam”.

2. Bu akt barəsində protokolda qeyd edilir.

Qayda 4 (Vəzifə ilə bir araya sığmayan fəaliyyət)

1. Konvensiyanın 21-ci maddəsinin 3-cü bəndinə uyğun olaraq, hakimlər vəzifədə olduqları bü- tün müddət ərzində onların müstəqillikləri, qərəzsizlikləri ilə və ya tam iş günü əsasında işləmə- lərinin xarakterindən doğan tələblərlə bir araya sığmayan hər hansı siyasi, inzibati və ya peşə fə- aliyyətini həyata keçirməməlidirlər. Hər bir hakim istənilən əlavə fəaliyyəti barəsində Məhkəmə- nin Sədrinə məlumat verməlidir. Sədrlə müvafiq hakim arasında fikir ayrılıqları yaranarsa, ortaya çıxan istənilən məsələ Məhkəmənin plenar iclasında həll olunur.

2. Keçmiş hakim vəzifəsini başa vurduğu tarixdən əvvəl təqdim edilmiş şikayət ilə bağlı Məhkə- mədəki icraatda iş üzrə tərəfi və ya üçüncü tərəfi hər hansı qisimdə təmsil etməməlidir. Sonradan təqdim edilmiş şikayətlərə gəldikdə, keçmiş hakim vəzifəsini başa vurduğu tarixdən iki il keçmə- yənə qədər Məhkəmədəki icraatda iş üzrə tərəfi və ya üçüncü tərəfi hər hansı qisimdə təmsil edə bilməz.

Qayda 5 (Birincilik)

1. Məhkəmənin Sədrindən, Sədr müavinlərindən və Bölmələrin Sədrlərindən sonra, seçilmiş ha- kimlərin birincilik qaydası 2-ci Qaydanın 1-ci və 2-ci bəndlərinə uyğun olaraq onların seçildiyi tarixlə müəyyən olunur.

2. Məhkəmənin Sədrinin eyni gündə vəzifəyə seçilmiş müavinlərinin birinciliyi onların hakim vəzifəsində olduqları müddətlə müəyyən olunur. Onların vəzifədə olduqları müddət eynidirsə, birincilik yaş üzrə müəyyən edilir. Bu qayda Bölmələrin Sədrlərinə də tətbiq edilir.

3. Vəzifədə eyni müddət ərzində olmuş hakimlərin birinciliyi yaş üzrə müəyyən edilir.

4. Birincilik qaydasına görə, ad hoc hakimlər seçilmiş hakimlərdən sonra gəlir və onların öz ara- larında birinciliyi yaş üzrə müəyyən edilir.

Qayda 6 (İstefa)

Hakimin istefa ərizəsi haqqında Məhkəmənin Sədrinə məlumat verilir; o, həmin şikayəti Avropa Şurasının Baş Katibinə göndərir. 24-cü qaydanın 4-cü bəndinin və 26-cı qaydanın 3-cü bəndinin müddəaları nəzərə alınmaqla, istefa səlahiyyətlərin başa çatması mənasını verir.

Qayda 7 (Vəzifədən kənarlaşdırma)

Hakim yalnız o halda vəzifədən kənarlaşdırıla bilər ki, vəzifədə olan digər seçilmiş hakimlər ple- nar iclasda üçdə iki səs çoxluğu ilə belə qərar qəbul etsinlər ki, o, daha irəli sürülən tələblərə uy- ğun gəlmir. Bundan əvvəl o, Məhkəmənin plenar iclasında dinlənilməlidir. İstənilən hakim vəzi- fədən kənarlaşdırma proseduruna başlanılması təşəbbüsünü qaldıra bilər.

Qayda 8  (Məhkəmənin Sədrinin, Məhkəmə Sədrinin müavinlərinin, Bölmələrin Sədrlərinin, Bölmə Sədrlərinin müavinlərinin seçilməsi)

1. Məhkəmənin Sədri, Məhkəmə Sədrinin iki müavini, Bölmələrin Sədrləri Məhkəmənin plenar iclasında üç il müddətinə seçilirlər, özü də həmin vəzifədə qalma müddəti onların hakim kimi və- zifədə olduqları müddətdən artıq olmamalıdır. Onlar yenidən seçilə bilərlər.

2. Eynilə hər bir Bölmə da üç il müddətinə öz Sədr müavinini seçir; Bölmənin Sədri öz vəzifələ- rini yerinə yetirə bilmədikdə, Sədrin müavini onu əvəz edir.

3. Yuxarıdakı 1-ci və 2-ci bəndlərə uyğun olaraq seçilmiş hakim eyni vəzifəyə yalnız bir dəfə təkrar seçilə bilər. Vəzifə tutmanın sayına qoyulan bu məhdudiyyət 8-ci Qaydaya edilmiş bu dü- zəliş qüvvəyə mindiyi tarixdə yuxarıda qeyd edilən vəzifəni tutan hakimin eyni vəzifəyə bir dəfə təkrar seçilməsinin qarşısını almır.

4. Sədrlər və Sədrlərin müavinləri onların yerinə başqası seçilən anadək vəzifədə qalırlar.

5. Bu Qaydada göstərilən seçkilər gizli səsvermə yolu ilə keçirilir. Səsvermədə yalnız həmin vaxt orada olan seçilmiş hakimlər iştirak edirlər. Namizədlərdən heç biri səsvermədə iştirak edən se- çilmiş hakimlərin mütləq səs çoxluğunu əldə edə bilmirsə, bir namizəd mütləq çoxluq qazanana qədər əlavə səsvermə turu və ya turları keçirilir. Hər bir turda beşdən az səs alan namizəd müba- rizədən kənarlaşdırılır. Qalan namizədlərdən, ən az səs almış namizəd də mübarizədən kənarlaş- dırılır. Əgər eyni şərtlərdə birdən çox namizəd varsa, 5-ci Qayda ilə müəyyən edilən birincilik qaydasında üstün olmayan namizəd mübarizədən kənarlaşdırılır. Son turda iki namizəd arasında səslər bərabər bölündükdə, 5-ci qayda ilə müəyyən edilən birincilik qaydasında üstün olan haki- mə üstünlük verilir.

Qayda 9 (Məhkəmənin Sədrinin vəzifələri)

1. Məhkəmənin Sədri Məhkəmənin işinə rəhbərliyi və onun işlərinin idarə olunmasını həyata ke- çirir. Sədr təmsilçilik funksiyalarını yerinə yetirir, o, xüsusən Avropa Şurasının rəhbər orqanları ilə əlaqələrə görə məsuliyyət daşıyan şəxsdir.

2. Sədr Məhkəmənin plenar iclaslarında, Böyük Palatanın iclaslarında və beş hakimdən ibarət kollegiyanın iclaslarında sədrlik edir.

3. Sədr Palatalarda dinlənilən işlərə baxılmasında iştirak etmir; onun Konvensiyanın iştirakçısı olan müvafiq dövlətdən seçilmiş hakim olduğu hallar istisna təşkil edir.

Qayda 9A (Büronun rolu)

1. (a) Məhkəmənin Bürosu var, o, Məhkəmənin Sədrindən, Məhkəmənin Sədr müavinlərindən və Bölmə Sədrlərindən ibarətdir. Sədr müavini və ya Bölmə Sədri Büronun iclasında iştirak edə bil- mədikdə onu Bölmə Sədrinin müavini, bu mümkün olmadıqda isə 5-ci qayda ilə müəyyən edilən birincilik qaydasında üstün olan hakim əvəz edir.
(b) Büro öz iclasında Məhkəmənin hər hansı digər üzvünün və ya iştirakı zəruri sayılan hər hansı digər şəxsin iştirakını istəyə bilər.

2. Büronun işinə Məhkəmə Katibi və Katibin müavinləri köməklik edirlər.

3. Büronun vəzifəsi Məhkəmənin işinə rəhbərliyi və onun işlərinin idarə olunmasını həyata ke- çirməkdə Məhkəmənin Sədrinə kömək etməkdir. Bu məqsədlə Məhkəmənin Sədri öz səlahiyyə- tinə aid olan hər hansı inzibati və ya məhkəmədənkənar məsələni Büroda qaldıra bilər.

4. Büro həmçinin Məhkəmənin Bölmələri arasında əməkdaşlığa yardım edir.

5. Məhkəmənin Sədri 32-ci Qaydaya uyğun olaraq praktik təlimatlar verməzdən əvvəl və 17-ci Qaydanın 4-cü bəndinə uyğun olaraq Katib tərəfindən tərtib edilən ümumi təlimatları təsdiq et- məzdən əvvəl Büro ilə məsləhətləşə bilər.

6. Büro Məhkəmənin plenar iclasına hər hansı məsələ üzrə məruzə təqdim edə bilər. O, həmçinin plenar iclasa təkliflər verə bilər.

7. Büronun iclaslarının protokolu aparılır və o, Məhkəmənin hər iki rəsmi dilində hakimlər ara- sında paylanılır. Büronun Katibi Məhkəmənin Sədri ilə razılaşdırılmaqla Məhkəmənin Katibi tə- rəfindən təyin olunur.

Qayda 10  (Məhkəmə Sədrinin Müavinlərinin vəzifələri)

Məhkəmə Sədrinin müavinləri Məhkəmənin Sədrinə kömək edirlər. Sədr öz vəzifələrini yerinə yetirə bilmədikdə, yaxud Sədr vəzifəsi boş olduqda, yaxud da Sədrin xahişinə əsasən, onlar Sədri əvəz edirlər. Onlar həm də Bölmələrin Sədrləri qismində çıxış edirlər.

Qayda 11  (Məhkəmənin Sədrinin və Məhkəmə Sədrinin Müavinlərinin əvəz edilməsi)

Məhkəmənin Sədri və Məhkəmə Sədrinin müavinləri eyni vaxtda öz vəzifələrini yerinə yetirə bilmirlərsə və ya onların vəzifələri müvəqqəti boşdursa, Məhkəmənin Sədrinin səlahiyyətlərini Bölmənin Sədri öz üzərinə götürür, Bölmənin Sədri başqa yerdə olarsa, seçilmiş başqa hakim, 5- ci Qayda ilə müəyyən edilən birincilik qaydasına uyğun olaraq, həmin səlahiyyətləri öz üzərinə götürür.

Qayda 12  (Bölmələrda və Palatalarda Sədrlik)

Bölmələrin Sədrləri Bölmənin və üzvləri olduqları Palataların iclaslarında sədrlik edir və Bölmə- nin işinə rəhbərlik edirlər. Onlar öz vəzifələrini yerinə yetirə bilmədikdə, yaxud müvafiq Bölmənin Sədrinin vəzifəsi boş olduqda, yaxud da Bölmənin Sədrinin xahişinə əsasən, Bölmə Sədrləri- nin müavinləri onları əvəz edirlər. Bölmə Sədrlərinin Müavinləri sədrlik edə bilmədikdə, həmin səlahiyyətləri Bölmənin və ya Palataların hakimləri, 5-ci Qayda ilə müəyyən edilən birincilik qaydasına uyğun olaraq öz üzərinə götürür.

Qayda 13  (Məhkəmədə sədrlik etməyin mümkünsüzlüyü)

Məhkəmənin hakimləri vətəndaşları olduqları və ya Məhkəməyə hakim qismində seçildikləri iş- tirakçı dövlətin tərəf olduğu işlərə, yaxud 29-cu Qaydanın 1 (a) bəndinə və ya 30-cu Qaydanın 1- ci bəndinə uyğun olaraq təyin olunduqları işlərə baxılmasına sədrlik edə bilməzlər.

Qayda 14 (Cinslərin tarazlaşdırılmış təmsilçiliyi)

Bu Reqlamentin bu fəsli ilə və növbəti fəsilləri ilə tənzimlənən vəzifə təyinatları həyata keçirilən zaman Məhkəmə cinslərin tarazlaşdırılmış təmsilçiliyinin təmin edilməsinə yönələn siyasət yeri- dir.