№46446/15 CEYHUN ƏLİ OĞLU CƏFƏROV AZƏRBAYCANA QARŞI – 17 YANVAR 2019-CU İL

BEŞİNCİ BÖLMƏ
QƏRAR

Ərizənin nömrəsi: 46446/15
Ceyhun Məmməd Əli oğlu CƏFƏROV Azərbaycana qarşı

Avropa İnsan Hüquqları Məhkəməsi (Beşinci Bölmə), 17 yanvar 2019-cu il tarixdə aşağıdakı heyətdən ibarət Komitədə:

Síofra O’Leary, President,
Mārtiņš Mits,
Lado Chanturia, hakimlər,

və Liv Tigerstedt, Qeydiyyat Bölməsi Rəhbərinin Köməkçisi,

15 oktyabr 2015-ci il tarixli Ərizəni diqqətə alaraq,

Müzakirələrdən sonra aşağıdakı qərarı qəbul etdi:

FAKTLAR vı PROSEDUR

Ərizəçi Ceyhun Cəfərov 1972-ci ildə anadan olub, Bakıda yaşayır, azərbaycanlıdır. Məhkəmə qarşısında Azərbaycanda fəaliyyət göstərən hüquqşunas cənab C. Cavadov tərəfindən təmsil olunub.

12 mart 2018-ci il tarixdə Ərizəçinin Konvensiyanın 3-cü və 5-ci maddələri ilə bağlı şikayətləri, cənab Ç.Əsgərov tərəfindən təsmil olunan Azərbaycan Hökumətinə (“Hökumət”) çatdırıldı.

Ərizəçinin nümayəndəsi 2 iyul 2018-ci il tarixdə Məhkəməyə məlumat verdi ki, Ərizəçi ona qarşı açılmış cinayət işi qapadıldığı və həbsdən azad edildiyi üçün Ərizəsini geri götürmək istəyir.

QANUNVERİCİLİK

Yuxarıda qeyd edilənlərin işığında, Konvensiya və ya onun Protokolları ilə təminat altına alınan hüquqlara əməl edilməsi ilə bağlı hər hansı xüsusi halın mövcud olmaması durumlarında, Məhkəmə, Konvensiyanın 37 § 1 (a) maddəsinə uyğun olaraq, Ərizənin araşdırılmasını davam etdirməyin doğru olmaması qənaətindədir.

Yuxarıda göstərilənləri nəzərə alaraq, Ərizəni siyahıdan çıxarmaq məqsədəuyğundur.

Bu səbəblərə görə, Məhkəmə yekdilliklə, Ərizəni baxılacaq işlərinin siyahısından çıxarmaq qərarı verdi.

Qərar ingilis dilində hazırlandı və 7 fevral 2019-cu il tarixdə yazılı şəkildə elan edildi.

Liv Tigerstedt,
Qeydiyyat Bölməsi Rəhbərinin Köməkçisi vəzifəsini icar edən

Síofra O’Leary
Beşinci Bölmə, Prezident