Hökumətə məlumat verildikdən sonra – İcraat mərhələsi

Ərizəçilər üçün Məlumat 

Ərizə barədə cavabdeh Hökumətə məlumat verildikdən sonra – icraat mərhələsi 

 1. Ərizənin qəbuledilənliyinə və mahiyyətinə birgə baxılması 

Bir qayda olaraq Konvensiyanın 29 § 1 maddəsinə və Qaydaların 54A maddəsinə əsasən, ərizələrin məzmunu onların qəbul edilmə və mahiyyət üzrə birgə baxılmasına imkan verir. Məhkəmə ərizələri qəbul edilmə və mahiyyət baxımından baxılmaq üçün hazır hesab edərsə, o, belə ərizələr üzrə Qaydaların 54A § 2 maddəsinə uyğun olaraq dərhal qətnama qəbul edə bilər. 

2. Qəbuledilənlik və mahiyyət haqqında şərhlərin mübadiləsi və əvəzin ədalətli ödənilməsi tələbləri 

Cavabdeh Hökumətdən xahiş olunur ki, 12 həftə ərzində şərhlərini təqdim etsin. Həmin şərhlər alındıqdan sonra, onlar sizə yazılı şərhlərinizi-cavablarınızı (adətən əvəzin ədalətli ödənilməsinə aid tələbləriniz ilə bərabər) təqdim etməniz üçün göndərilir. Cavablarınızı göndərmək üçün sizə 6 həftə vaxt verilir. Hökumətə şərhlərini milli dildə təqdim etməyə icazə verilərsə (Qaydaların 34 § 4 (a) maddəsi), Hökumət daha sonra Məhkəməyə şərhlərin ingilis və ya fransız dilində tərcüməsini 4 həftə ərzində göndərməlidir. Göstərilən vaxt limitləri bir qayda olaraq uzadılmır. 

İcraatın digər mərhlələri ilə tanış olmaq üçün PDF yüklə