Gözlənilən qərar və qərardadlar – 25 fevral 2021

Avropa Məhkəməsi fevralın 25-də Azərbaycandan göndərilən 5 şikayətlə bağlı qərarını elan edəcək.

Nemət Kərimli Azərbaycana qarşı

Bu iş tanınmış vəkilin nümayəndə olduğu cinayət işi ilə bağlı mediaya verdiyi ifadələr səbəbindən bir il müddətinə vəkillik fəaliyyətindən kənarlaşdırılması ilə əlaqəlidir. N.Kərimli vəkillikdən müvəqqəti uzaqlaşdırılmasının onun ədalətli məhkəmə araşdırması, şəxsi həyata müdaxilənin yolverilməzliyi, ifadə azadlığı, mülkiyyət hüququna zidd olduğunu iddia edib. Bu işdə həmçinin, 8-ci və 10-cu maddələrlə birgə götürülməklə Konvensiyanın 18-ci maddəsinin pozuntusu da mübahisələndirilib.

Elşad Təhməzov Azərbaycana qarşı

Bu işdə ərizəçi 5 aydan artıq qanunsuz həbsdə saxlanılıb. Yerli məhkəmələr buna görə ərizəçiyə təzminat ödənilməsinə qərar verib. Ərizəçi AİHM qarşısında ona ödənilmiş təzminatın məbləğinin (1500 manat) yetərli olmamasını mübahisələndirib.

Pərviz Həşimli və digərləri Azərbaycana qarşı

Bu iş hərəkət azadlığı hüququna məhdudiyyətlərin tətbiq edilıməsinin qanunsuzluğiu iddiaları ilə əlaqəlidir.

Axundov və Məcidova Azərbaycana qarşı

Bu işdə QHT-nin qeydiyyatından imtina edilməsinin qanunsuzluğu mübahisəlndirilib. “Sosial Təşəbbüslər və İnsan Hüquqları” İctimai Birliyinin təsisçiləri olan ərizəçilər birləşmək hüququnun pozuntusunun tanınmasını xahiş ediblər.

AİHM-in elan edəcəyi digər qərar Şiriyev Azərbaycana qarşı işi üzrədir.