AXUNDOV AZƏRBAYCANA QARŞI (+12 İŞ) – Qətnamə CM/ResDH(2019)140

Qətnamə CM/ResDH(2019)140
Avropa İnsan Haqları Məhkəməsinin Azərbaycana qarşı 13 qərarının icrası ilə bağlı

(Avropa Şurası Nazirlər Komitəsi tərəfindən, nazir müavinlərinin 1348-ci iclasında 6 iyun 2019-cu il tarixdə qəbul edilib)

Ərizə No.39941/07, AKHUNDOV Azərbaycana qarşı, 03/02/2011;
Ərizə No.19276/08, ANDREYEVA Azərbaycana qarşı, 18/12/2012;
Ərizə No.51920/09, BAKHSHIYEV və digərləri Azərbaycana qarşı, 03/05/2012;
Ərizə No.31556/03, EFENDIYEVA Azərbaycana qarşı, 25/10/2007;
Ərizə No.38798/07, GULMAMMADOVA Azərbaycana qarşı, 22/04/2010
Ərizə No.50766/07, HAJIYEVA və digərləri Azərbaycana qarşı, 08/07/2010
Ərizə No.50757/07, HASANOV Azərbaycana qarşı, 22/04/2010
Ərizə No.50711/07, ISGANDAROV və digərləri Azərbaycana qarşı, 08/07/2010
Ərizə No.18696/08, ISMAYILOVA Azərbaycana qarşı, 09/12/2010
Ərizə No.17276/07, JAFAROV Azərbaycana qarşı, 11/02/2010
Ərizə No.35507/07, SAFAROVA Azərbaycana qarşı, 14/10/2010
Ərizə No.25315/08, YUSIFOVA Azərbaycana qarşı, 18/12/2012
Ərizə No.56547/10, ZULFALI HUSEYNOV Azərbaycana qarşı, 26/06/2012

Nazirlər Komitəsi, İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 46-cı maddəsinin 2-ci bəndinin şərtlərinə əsasən, Avropa İnsan Haqları Məhkəməsinin yekun qərarlarının icrasına nəzarət olunmasını təmin edir (bundan sonra “Konvensiya” və “Məhkəmə”),

Qeyd olunan işlərdə Məhkəmə tərəfindən təqdim edilmuş yekun qərarları, müxtəlif öhdəliklər nəzərdə tutan yekun daxili məhkəmə qərarlarının icra edilməməsindən və ərizəçilərin mülkiyyət hüquqlarına müdaxilə edilməsindən qaynaqlanan hüquq pozuntuları diqqətə alaraq (AİHK-nın 6-cı və 1 saylı protokolun 1-ci maddəsinin pozuntuları);

Cavabdeh Dövlətin Konvensiyanın 46.1-cı maddəsinin şərtlərinə uyğun olaraq, tərəf olduğu bütün yekun qərarlara əməl etmək, Məhkəmə tərəfindən müəyyən ediləm təzminatı ödəmək öhdəliklərini xatırladaraq, gərək olduğunda:

– müəyyən edilmiş pozuntulara son qoyulması, həmin pozuntuların nəticələrinin tamamilə və ya mümkün olduğu qədər aradan qaldırılması üçün fərdi tədbirlər; və
– oxşar pozuntuları önləmək üçün ümumi tədbirləri həyata keçirmək;

Cavabdeh Dövlətin hökumətini yuxarıda göstərilən öhdəliklərə əməl etmək üçün görülən tədbirlər barədə Komitəni bilgiləndirməyə dəvət edərək;

Məhkəmə tərəfindən müəyyən edilmiş ədalətli əvəzin ödənilmiş olması barədə təqdim edilən məlumatları qeyd edərək;

Bu işlərdə mübahisə mövzusu olan yerli məhkəmə qərarlarının icra edilməsi və ərizəçilərin mülkiyyət hüquqlarının bərpa olunmasını da göz önündə tutaraq, bu məhkəmə işlərindəki fərdi tədbirlərin görülməsi məsələsinin həll edildiyini diqqətə alaraq;

Məhkəmənin hazırkı işlərdə ümumi tədbirlərlə bağlı təsbit edilən çatışmazlıqların Mirzəyev, Hümbətov və Tarverdiyev işləri qrupları çərçivəsində araşdırmağa davam etdiyini, hazırkı işlərin qapadılmasının Komitənin gərəkli ümumi tədbirləri qiymətlənriməyə davam etməsinə heç bir şəkildə mane olmadığını xatırladaraq;

Bəyan edir ki, bu məhkəmə işlərində Konvensiyanın 46.2-ci maddəsinə uyğun olaraq, fərdi tədbirlər yerinə yetirilib və

Qərar verir ki, bu məhkəmə işlərinin araşdırılması qapadılır.

© tərcümə – Media Hüququ Qrupu