Avropa Məhkəməsinin Dağlıq Qarabağ və ətrafında baş vermiş münaqişə ilə əlaqədar müvəqqəti tədbirlərə dair açıqlaması

©aihmaz.org

27 sentyabr 2020-ci ildən bəri, Məhkəməyə, Dağlıq Qarabağ bölgəsində və ətrafında davam edən silahlı qarşıdurmaya dair dövlətlərarası müraciətlər daxilində müvəqqəti tədbirlər görülməsi üçün bir neçə ərizə daxil olmuşdur.

Məhkəmə 29 sentyabr qərarı ilə Məhkəmə Reqlamentinin 39-cu Qaydanı tətbiq edərək həm Azərbaycan, həm də Ermənistanı Konvensiyanın mülki əhalinin, o cümlədən mülki əhalinin hüquqlarının pozulmasına səbəb ola biləcək hər hansı bir tədbirdən, xüsusən həyat və sağlamlıqlarını riskə atacaq hərbi hərəkətlərdən çəkinməyə və Konvensiyanın 2-ci maddəsi (yaşamaq hüququ) və 3-cü maddəsinə (işgəncə və qeyri-insani və ya ləyaqətini alçaldan rəftarın və ya cəzanın qadağan edilməsi) uyğun olaraq öhdəliklərinə əməl etməyə çağırıb.

6 Oktyabrda, Məhkəmə, 39-cu Qaydanı yenidən tətbiq etməyə qərar verdi. Belə ki, indi də Türkiyə daxil olmaqla birbaşa və ya dolayı yolla münaqişədə iştirak edən bütün dövlətləri mülki şəxslərin hüquqlarının pozulmasına səbəb olan hərəkətlərdən çəkinməyə və Konvensiya ilə müəyyən olunmuş öhdəliklərinə əməl etməyə çağırdı.

Daha sonra, 18 oktyabrda Ermənistan Hökuməti Azərbaycana qarşı, əsasən hərbi əsirlərə və münaqişə zamanı əsir götürülmüş digər şəxslərə münasibətdə beynəlxalq humanitar hüququn pozulduğunu iddia edən ərizə göndərdi. 26 oktyabrda Azərbaycan Hökuməti Ermənistana qarşı, xüsusən mülki hədəflərə hücum edildiyi və ərazi suverenliyi pozulması ilə bağlı məsələlərin qaldırıldığı müraciəti göndərdi.

Məhkəmə qeyd edir ki, çox ciddi narahatlıqlara əsaslansa da, hər iki dövlətin dövlətlərarası iddiaları Məhkəmənin yurisdiksiyasına aid olmayan bir neçə mövzuya aiddir. İddiaların fərdlərin Konvensiyasında nəzərdə tutulan hüquqları ilə əlaqəli olduğu müddətcə, mülki şəxslərin hüquqlarından bəhs edən 29 sentyabr və 6 oktyabr tarixli qərarlarında deyilənləri və eləcə də, münaqişəyə daxil olan ölkələrin Konvensiya ilə üzərlərinə götürdükləri öhdəliklərə əməl etmək çağışırını bir daha təkrarlayır. Məhkəmənin sonuncu ifadəsi, münaqişə zamanı tutulanların və hüquqları başqa şəkildə pozulanların hüquqlarını da əhatə edir.

Bu faktlar daxilində, Məhkəmə, yeni dövlətlərarası iddialarda qaldırılan məsələlərin artıq qəbul edilmiş qərarlarla əhatə olunduğunu təsbit edib. Məhkəmə bu qərarları bir daha təsdiqləyir və Qayda 39-a uyğun olaraq başqa müvəqqəti tədbirlərin görülməsinə səbəb görmür.

Məhkəmə, ayrıca, 39-cu Qaydaya əsasən fərdi əsirlərlə bağlı Ermənistan və Azərbaycan Hökumətləri və eləcə də, əsirlərin qohumları tərəfindən göndərilən çoxsaylı ərizələr alıb. Bu işlərdə Məhkəmə 39-cu Qaydanın araşdırmasını təxirə salıb və cavabdeh Hökumətdən adları çəkilən şəxslərin əsir alınıb-alınmaması və əgər alınıbsa, hazırda hansı şəraitdə saxlandıqları və tibbi müayinələr və ya müalicələri ilə bağlı məlumat vermələrini tələb edib. Məhkəmə bu ərizələri nəzərdən keçirəcəkdir. Məhkəmə, son olaraq, silahlı münaqişə zamanı əsir götürülmüş şəxslərin qorunması üçün beynəlxalq mexanizmlərin mövcudluğunu bir daha qeyd edir, həm Ermənistanı həm də Azərbaycanı müvafiq prosedurlarda iştirak etməyə çağırır.