Avropa Məhkəməsindəki işin durumundan necə xəbər tutmaq olar?

Avropa İnsan Haqları Məhkəməsinin (AİHM) bu məhkəməyə göndərilmiş ərizələrin durumu ilə bağlı axtarış sistemi mövcuddur. Ancaq axtarış sistemi yalnız aşağıda sadalanan kateqoriyalardan olan işlərin hazırkı vəziyyəti barədə məlumat almağa imkan yaradır:

– Məhkəmə icraatına verilən;
– Anonim olmayan;
– Məhkəmə tərəfindən baxılacaq və ya son iki il ərzində baxılmış;

Barəsində məlumat almaq istədiyiniz şikayət ərizəsi yuxarıdakı kriteriyalara cavab verməzsə, axtarış sistemindən aşağıdakı məzmunbda cavab mesajı alacaq:

“Bu şikayət ərizəsi üçün məlumat verilə bilməz.”

İşin durumu barədə məlumatlar işin gedişində baş vermiş hər hansı dəyişiklikdən 2 ay sonra sistemdə görünür.

AİHM-ə göndərdiyiniz ərizə varsa, BURDAN yoxlaya bilərsiniz. Açılacaq pəncərədə sizə yol göstərilir.