Avropa Məhkəməsi jurnalist Seymur Həziyevin hüquqlarının pozulduğuna qərar verib

©aihmaz.org

Həziyev Azərbaycana qarşı məhkəmə iş (ərizə. 19842/15) azərbaycanlı jurnalistin və müxalif fəalın küçədəki mübahisədən sonra tutulması ilə əlaqəli idi. O, 2014-cü ilin avqust ayında tutulub və 2015-ci ilin yanvar ayında xuliqanlıq ittihamı çıxarılana qədər məhkəməyə qədər həbsdə saxlanılıb.

Avropa İnsan Hüquqları Məhkəməsinin Böyük Palatası bu işlə bağlı yekdilliklə qərar verib. Qərara əsasən:

Cənab Həziyevin 29 Oktyabr – 11 Noyabr 2014 tarixləri arasında həbsdə saxlanılması məhkəmə qərarına əsaslanmadığı üçün Avropa İnsan Hüquqları Konvensiyasının 5-ci maddəsinin 1-ci bəndi (azadlıq və təhlükəsizlik hüququ) və Konvensiyasının 5-ci maddəsinin 3-cü bəndi pozulub (ağlabatan müddətdə məhkəmə araşdırması və ya məhkəməyə qədər sərbəst buraxılma), çünki səlahiyyətli dövlət orqanaları cənab Həziyev haqqında seçilmiş həbs qətimkan tədbirinin zəruriliyini əsaslandıra bilməyiblər. İşin konkret faktlarına toxunmadan, həbs qətimkan tədbirin seçərək sadəcə standart şablondan istifadə ediblər və həbs müddətini uzadarkən heç bir əsas göstərməyiblər.

Məhkəmə, xüsusilə ərizəçilərə qarşı irəli sürülmüş ittihamların birinci instansiya məhkəməsində olması təcrübəsi əsasında, onların həbsdə saxlanılması ilə bağlı Azərbaycana qarşı çoxsaylı işlərdə Konvensiyanın pozulduğunu aşkar edib.

Əsas Faktlar

Ərizəçi Seymur Maşgül oğlu Həziyev 1982-ci ildə anadan olub və Azərbaycan vətəndaşıdır. O, əvvəllər Azadlıq qəzetində yazılar yazırdı və hökuməti tənqid edən “Azərbaycan Saatı” adlı televiziya proqramının aparıcısı idi. O fəaliyyətinə görə 2016-cı ildə ildə beynəlxalq mükafata layiq görülüb.

O, hazırda xuliqanlıq törətməsi ilə bağlı yerli məhkəmələrin qərarından sonra beş ildir ki həbs cəzası çəkir.

Məhkəmə hökmü 29 avqust 2014-cü il tarixdə işə gedərkən bir nəfərin ona hücum etməsi və onun özünü şüşə butulka ilə müdafiə etməsi zamanı baş vermiş hadisəyə əsaslanır. Bu hadisədən sonra hər iki şəxs polis bölməsinə aparılıb.

Cənab Həziyev xuliqanlıq şübhəsiylə tutulub və ertəsi gün hakim qarşısına çıxarılıb. Hakim, onun yenidən cinayət törətmək riski və istintaqı əngəlləmək potensialı olmasını əsas gətirərək məhkəmə istintaqı boyunca iki ay müddətinə həbsdə qalması ilə bağlı qərar verib.

Məhkəmələr, eyni əsasları təkrarlayaraq, bu qərardan verilmiş appelyasiya şikayətini və eləcə də ev dustaqlığı və zaminlik əsasında azadlığa buraxılması ilə bağlı verilmiş üç vəsatəti də rədd edib. Məhkəmələr, həbs müddətinin davam etməsini qanuni hesab edərək, bu müraciətlərin sonuncusunu 11 Noyabr 2014 tarixində rədd edib.

Məhkəmələr daha sonra hazırlıq iclasında həbs qətimkan tədbirinin dəyişdirilmədən saxlanılmasına qərar verib. Bu qərar, cənab Həziyevin 29 yanvar 2015-ci ildə məhkum olunana qədər həbsdə qalmasının hüquqi əsasını təşkil edib.

Şikayət və prosedur

5-ci maddənin 1-ci bəndinə (azadlıq və təhlükəsizlik hüququ) istinad edən cənab Həziyev 29 oktyabr 2014-cü il tarixindən (tutulma barədə ilk qərarın vaxtı bitdikdən sonra) 11 noyabr 2014-cü il tarixinədək həbsdə saxlanılmasının qanunsuz olmasından şikayət edib. Bundan əlavə, 5-ci maddənin 3-cü bəndinə (ağlabatan müddət ərzində məhkəmə araşdırması hüququ və ya məhkəməyə qədər sərbəst buraxılması) istinad edərək, o, yerli məhkəmələrin məhkəməyə qədər həbsdə saxlanılması qərarlarını əsaslandıra bilmədiklərindən şikayət edib.

Nəhayət, Məhkəmənin Konvensiyanın 18-ci maddəsi (Hüquqlarla bağlı məhdudiyyətlərdən istifadənin hədləri) ilə birgə götürülmüş 5-ci maddəsi ilə bağlı verdiyi suala cavab olaraq, cənab Həziyev, hüquqlarının Konvensiyada müəyyən edilmiş məqsədlərə əsasən yox, fərqli məqsədlər üçün məhdudlaşdırıldığını iddia edib.

Məhkəmənin Qərarı

Maddə 5 § 1 (qanunsuz həbs)

Məhkəmə qeyd etdi ki, cənab Həziyev 29 oktyabr 2014-cü il tarixindən (onun tutulmasına dair ilk qərarın vaxtı bitdikdən sonra) 11 noyabr 2014-cü il tarixinədək (məhkəmələr tutulmasının qanuni olduğunu aşkar etdikdə və sərbəst buraxılması üçün ərizələrinin sonuncusunu rədd etdikdə) tutulması ilə bağlı heç bir məhkəmə qərarı olmadan həbsdə saxlanılıb.

Məhkəmə, oxşar şikayətin Azərbaycana qarşı çoxsaylı işlərdə artıq araşdırıldığına işarə etdib. Bu işlərdə, ərizəçilərin tutulmasının məhkəmə qərarına əsaslanmadığını və bu səbəbdən Konvensiyaya əsasən qanunsuz olduğunu müəyyən etmişdir. Məhkəmə, cənab Həziyevin işində fərqli bir nəticəyə gəlmək üçün heç bir səbəb görməyib və 5-ci maddənin 1-ci bəndinin pozulduğunu bildirib.

Maddə 5 § 3 (məhkəməyə qədər həbsin əsaslandırıla bilməməsi)

Məhkəmə qərara alıb ki, cənab Haziyevin həbs qətimkan tədbiri seçilərkən, yerli məhkəmələr onun yenidən cinayət törətmək və istintaqa mane olmaq riskinin olduğunu təkrarlayıblar. Bu əsasların onun işinin konkret şərtləri ilə niyə uyğun hesab etdiklərinə dair heç bir səbəb göstərməyiblər.

Eynilə, cənab Həziyevin məhkum olunana qədər həbsdə saxlanmasının hüquqi əsasını təşkil edən 20 Noyabr 2014-cü il tarixli qərarında preventiv tədbir kimi seçilmiş həbs qətimkan tədbirinin tam olaraq niyə dəyişdirilmədən saxlanıldığını aydınlaşdırmayıblar.

Məhkəmə, səlahiyyətli orqanların onun barəsində həbs qətimkan tədbirinin əsaslandırılması üçün “müvafiq” və “yetərli” səbəblər göstərmədiyi qənaətinə gəlib.