AIHM – REQLAMENT: QAYDA 58-62

AVROPA İNSAN HÜQUQLARI MƏHKƏMƏSİ – MƏHKƏMƏNİN REQLAMENTİ

Qayda 58. Dövlətlərarası şikayətlər
Qayda 59. Fərdi şikayətlər
Qayda 60. Ədalətli kompensasiyanın ödənilməsi haqqında tələblər
Qayda 61. Pilot qərarın qəbulu proseduru
Qayda 62. Barışıq sazişi

Qayda 58 (Dövlətlərarası şikayətlər)

1. Palata Konvensiyanın 33-cü maddəsinə əsasən təqdim edilmiş şikayəti icraata qəbul etmək haqqında qərar çıxardıqda, Palatanın Sədri Konvensiyanın iştirakçısı olan maraqlı dövlətlərlə məsləhətləşmələr apardıqdan sonra işin mahiyyəti üzrə yazılı izahatların və hər hansı digər əlavə sübutların təqdim edilməsinin müddətlərini müəyyən edir. Bununla belə, Sədr, maraqlı dövlətlə- rin razılığı ilə, yazılı icraatın aparılmaması barədə sərəncam verə bilər.

2. İşin mahiyyəti üzrə dinləmə bir və ya bir neçə maraqlı dövlət bunun üçün müraciət etdikdə, yaxud Palata öz təşəbbüsü ilə bu cür qərar qəbul etdikdə keçirilir. Şifahi icraat Palatanın Sədri tə- rəfindən təyin edilir.

Qayda 59 (Fərdi şikayətlər)

1. Palata Konvensiyanın 34-cü maddəsinə əsasən təqdim edilmiş şikayəti icraata qəbul etmək ha- qında qərar çıxardıqda, işdə iştirak edən tərəflərə əlavə sübutlar və yazılı izahatlar təqdim etmə- lərini təklif edə bilər.

2. Başqa cür qərar qəbul edilməyibsə, yazılı izahatlarını təqdim etmələri üçün tərəflərə eyni müd- dət verilir.

3. Palata, Konvensiyaya uyğun olaraq öz funksiyalarını yerinə yetirməsi baxımından zəruri hesab edərsə, hər hansı tərəfin xahişi ilə və ya öz təşəbbüsü ilə işin mahiyyəti üzrə dinləmə keçirməyi qərara ala bilər.

4. Palatanın Sədri müvafiq hallarda yazılı və şifahi icraatı təyin edir.

Qayda 60 (Ədalətli kompensasiyanın ödənilməsi haqqında tələblər)

1. Konvensiyada nəzərdə tutulmuş hüquqlarının Məhkəmə tərəfindən müəyyən edildiyi hallarda Konvensiyanın 41-ci maddəsinə uyğun olaraq ədalətli kompensasiyaya nail olmaq istəyən şika- yətçi bu məqsədlə konkret tələb irəli sürməlidir.

2. Şikayətçi irəli sürdüyü bütün tələbləri tərkib elementləri üzrə ətraflı bölməklə və müvafiq təs- diqedici sənədləri və ya ödəniş haqqında qəbzləri əlavə etməklə, işin mahiyyəti üzrə izahatlarını təqdim etməsi üçün müəyyən edilən müddət ərzində tələblərini təqdim edilməlidir, Palatanın Sədrinin başqa cür sərəncam verdiyi hallar istisna təşkil edir.

3. Şikayətçi əvvəlki bəndlərdəki tələblərə riayət etmədikdə Palata onun tələblərini təmin etmək- dən tamamilə və ya qismən imtina edə bilər.

4. Şikayətçinin tələbləri bu barədə qeydlərini bildirməsi üçün cavabdeh Hökumətə göndərilir.

Qayda 61 (Pilot qərarın qəbulu proseduru)

1. Şikayətdəki faktlar müvafiq iştirakçı dövlətdə ona qarşı analoji şikayətlərin verilməsinə səbəb olmuş və ya səbəb ola biləcək struktur və ya sistem problemlərinin və ya digər bu kimi nöqsanla- rın mövcud olduğunu aşkara çıxararsa, Məhkəmə pilot qərarın qəbulu proseduruna başlaya və pi- lot qərar qəbul edə bilər.

2. (a) Pilot qərarın qəbulu proseduruna başlamazdan əvvəl Məhkəmə baxılan şikayətin müvafiq iştirakçı dövlətdə bu cür problemin və ya nöqsanların mövcud olmasının nəticəsi olub-olmadığı barədə və şikayətə bu prosedura uyğun olaraq baxılmasının məqsədəuyğun olub-olmadığı barədə tərəflərin rəyini öyrənməlidir.

b) Pilot qərarın qəbulu proseduruna Məhkəmə öz təşəbbüsü ilə, yaxud tərəflərdən birinin və ya hər iksinin xahişi ilə başlaya bilər.

c) Pilot qərarın qəbulu prosedurunun tətbiqi üçün seçilmiş hər hansı şikayətə Məhkəmə Reqla- mentinin 41-ci Qaydasına uyğun olaraq prioritet qaydasında baxılır.

3. Pilot qərarda Məhkəmə müəyyən edilmiş struktur və ya sistem problemini, yaxud digər nöq- sanların xarakterini qeyd edir və qərarın nəticə hissəsinə uyğun olaraq vəziyyətin düzəldilməsi üçün ölkədaxili səviyyədə müvafiq iştirakçı dövlət tərəfindən görülməsi tələb olunan tədbirlərin növünü göstərir.

4. Məhkəmə tədbirlərin xarakterini və aşkar edilmiş problemin ölkədaxili səviyyədə nə dərəcədə tezliklə həll edilə biləcəyini nəzərə almaqla, pilot qərarın nəticə hissəsinin müddəalarına yuxarı- dakı 3-cü bənddə göstərilən və vəziyyətin düzəldilməsinə yönələn tədbirlərin müəyyən müddət ərzində görülməli olduğu barədə göstəriş daxil edə bilər.

5. Pilot qərarı qəbul edərkən Məhkəmə pilot qərarda göstərilən fərdi və ümumi tədbirlərin cavab- deh dövlət tərəfindən görülməsinə qədər ədalətli kompensasiya məsələsinin həllini bütünlüklə və ya qismən təxirə sala bilər.

6. (a) Zərurət olduqda Məhkəmə pilot qərarın nəticə hissəsinin müddəalarına uyğun olaraq vəziy- yətin düzəldilməsi üçün tələb olunan tədbirlərin görülməsinə qədər bütün analoji şikayətlərə ba- xılmasını təxirə sala bilər.

b) Müvafiq şikayətçilər işlərinə baxılmasının təxirə salınmasına dair qərar barədə müvafiq qay- dada məlumatlandırılmalıdır. Zərurət olduqda onlar işlərinə təsir göstərə biləcək bütün müvafiq gedişi barədə məlumatlandırılmalıdır.

c) Ədalət mühakiməsinin maraqları tələb etdikdə Məhkəmə baxılmasını təxirə saldığı şikayətə is- tənilən vaxt baxa bilər.

7. Pilot işdəki tərəflər barışıq sazişi bağladıqda, belə saziş pilot qərarda göstərilən ümumi tədbir- lərin həyata keçirilməsi barədə, habelə digər faktiki və ya potensial şikayətçilərə verilməli olan kompensasiya barədə cavabdeh dövlətin bəyanatını özündə ehtiva etməlidir

8. Əgər hər hansı başqa qərar qəbul edilməyibsə, hər hansı iştirakçı dövlət pilot qərarın nəticə hissəsinin müddəalarını yerinə yetirmədikdə Məhkəmə yuxarıdakı 6-cı bəndə uyğun olaraq təxi- rə salınmış şikayətlərə baxılmasını bərpa edir.

9. Nazirlər Komitəsi, Avropa Şurasının Parlament Assambleyası, Avropa Şurasının Baş Katibi və Avropa Şurasının İnsan Hüquqları üzrə Komissarı pilot qərarın, eləcə də Məhkəmənin iştirak- çı dövlətdə struktur və ya sistem problemlərinin mövcudluğuna diqqəti cəlb etdiyi hər hansı di- gər qərarın qəbulu barədə məlumatlandırılırlar.

10. Pilot qərarların qəbulu prosedurlarına başlanılması, pilot qərarların qəbulu və icrası, eləcə də belə prosedurların bitməsi barədə informasiya Məhkəmənin İnternet saytında yerləşdirilir.

Qayda 62 (Barışıq sazişi)

1. Şikayət qəbuledilən elan edildikdən sonra Katib Palatanın və ya onun Sədrinin təlimatları əsa- sında hərəkət edərək, Konvensiyanın 39-cu maddəsinin 1 (b) bəndinə uyğun olaraq işin dostcası- na nizamlanmasını təmin etmək məqsədilə tərəflərlə təmasa girir. Palata bu cür nizamlamaya yardım göstərmək üçün lazım bilinən bütün addımları atır.

2. Konvensiyanın 39-cu maddəsinin 2-ci bəndinə uyğun olaraq, dostcasına nizamlama haqqında danışıqlar konfidensial olmalı və mübahisənin həllində tərəflərin arqumentlərinə xələl gətirmə- məlidir. Dostcasına nizamlamaya nail olmaq məqsədilə verilən hər hansı yazılı və ya şifahi məlumatdan, habelə təkliflərdən, yaxud güzəştlərdən mübahisə araşdırılarkən istinad kimi və ya əsas kimi istifadə edilə bilməz.

3. Katib barışıq sazişinin bağlanmasına tərəflərin razılıq verdikləri barədə Palataya məlumat ve- rərsə, Palata həmin sazişin Konvensiyada və onun Protokollarında göstərilən insan hüquqlarına əməl olunmaqla əldə edildiyinə əmin olduqdan sonra 43-cü Qaydanın 3-cü bəndinə uyğun olaraq həmin işi Məhkəmənin baxılmalı işlərinin siyahısından çıxarır.

4. 2-ci və 3-cü bəndlər 54A Qaydasında nəzərdə tutulmuş prosedura mutatis mutandis (müvafiq qaydada) tətbiq edilir.