AIHM – REQLAMENT: QAYDA 100-105

AVROPA İNSAN HÜQUQLARI MƏHKƏMƏSİ – MƏHKƏMƏNİN REQLAMENTİ

Qayda 100 – 105

Qayda 100 (keçmiş 91-ci Qayda)

1. Palatanın Sədri ya Konvensiyanın 34-cü maddəsinə əsasən şikayət vermiş şikayətçinin xahişi ilə, ya da öz təşəbbüsü ilə, 54-cü Qaydanın 2 (b) bəndinə uyğun olaraq şikayətin qəbuledilənliyi məsələsi haqqında cavabdeh dövlətdən yazılı izahatlar alınan andan və ya həmin izahatların ve- rilmə müddəti qurtaran andan şikayətçini işin aparılması ilə bağlı hüquq yardımının əvəzini ödə- məkdən azad edə bilər.

2. Şikayətçi işə Palatada baxılması ilə bağlı hüquq yardımının əvəzini ödəməkdən azad edilibsə, 96-cı Qaydaya uyğun olaraq, bu azad edilmə işə Böyük Palatada baxıldıqda da qüvvədə olur, bu zaman 105-ci Qaydanın şərtləri nəzərə alınır.

Qayda 101 (keçmiş 92-ci Qayda)

Əvəzsiz hüquq yardımı yalnız o hallarda həyata keçirilir ki, Palatanın Sədri aşağıdakılar barəsin- də əmin olsun:

(a) bu, Palatanın icraatında olan işin lazımi qaydada aparılması üçün zəruridir;

(b) müvafiq məhkəmə xərclərini tam və ya qismən ödəmək üçün şikayətçinin kifayət qədər vəsa- iti yoxdur.

Qayda 102 (keçmiş 93-cü Qayda)
1. Müvafiq məhkəmə xərclərini tam və ya qismən ödəmək üçün şikayətçilərdə kifayət qədər və- saitin olub-olmadığını müəyyənləşdirmək üçün tələb olunur ki, onlar gəlirlərini və əmlak aktivlə- rini, habelə öhdələrində olan şəxslərə münasibətdə maliyyə öhdəliklərini və sair maliyyə öhdə- liklərini göstərməklə, bəyannamə (deklarasiya) formasını doldursunlar. Deklarasiyanı müvafiq dövlət orqanı və ya orqanları təsdiq edirlər.

2. Palatanın Sədri iş üzrə tərəf olan iştirakçı dövlətə təklif edə bilər ki, bu məsələ ilə bağlı yazılı qeydlərini təqdim etsin.

3. Bu Qaydanın 1-ci bəndində qeyd edilən informasiyanı aldıqdan sonra Palatanın Sədri hüquq yardımının əvəzini ödəyib-ödəməmək məsələsini həll edir. Katib müvafiq qaydada tərəflərə mə- lumat verir.

Qayda 103 (keçmiş 94-cü Qayda)

1. 36-cı qaydanın 4-cü bəndinə uyğun olaraq təyin edilən vəkillərə və ya digər şəxslərə qonorar Müvafiq hallarda həmin qonorar bir neçə nümayəndəyə ödənilə bilər.

2. Hüquq yardımının əvəzinin ödənilməsi üçün nəzərdə tutulan məbləğlərə təkcə nümayəndələrin qonorarları yox, həm də şikayətçinin və ya təyin edilmiş nümayəndənin nəqliyyat və yaşayış xərcləri və digər zəruri xərcləri daxil edilə bilər.

Qayda 104 (keçmiş 95-ci Qayda)

Hüquq yardımının əvəzini ödəməkdən azad edilmə haqqında qərar qəbul edildikdən sonra Katib aşağıdakıları müəyyən edir:
(a) mövcud tarif dərəcələrinə uyğun olaraq nümayəndələrə ödənilməli olan qonorarların məbləği;
(b) ödənilməli olan xərclərin miqdarı.

Qayda 105 (keçmiş 96-cı Qayda)

Palatanın Sədri 101-ci Qaydada qeyd edilən şərtlərin qüvvəsini itirdiyinə əmin olarsa, hüquq yar- dımının əvəzini ödəməkdən azad edilmə haqqında qərarı istənilən vaxt ləğv edə və ya ona dəyi- şiklik edə bilər.