AİHM-in Azərbaycanla bağlı qərarları: pozuntusu daha çox tanınan hüquqlar – 11-ci maddə

©aihmaz.org

AİHM-in Azərbaycanla bağlı qərarları: pozuntusu daha çox tanınan hüquqlar – 11-ci maddə

AİHM-in 2020-ci ilin əvvəlinə olan bilgilərinə görə, Azərbaycanla bağlı yaşamaq hüququ 10, işgəncəyə məruz qalmamaq hüququ 35, azadlıq və toxunulmazlıq hüququ 61, ədalətli məhkəmə araşdırması hüququ 91, şəxsi və ailə həyatının toxunulmazlığı hüququ 5, düşüncə, din azadlığı hüququ 1, ifadə azadlığı hüququ 6, birləşmək hüququ 34, səmərəli hüquq müdafiə vasitələri hüququ 8, mülkiyyət hüuqu 34, seçki hüququ 25 qərarda tanınıb. 27 qərarda digər hüquqların pozuntusu təsbit edilir . Azərbaycan bəzi hüquq pozuntuları üzrə AİHM yurisdiksiyası altında olan bütün ölkələri qabaqlayır.

Birləşmək hüququ – Birləşmək hüququnun pozutuları baxımından da Azərbaycan pis göstəricilərə malikdir. Avropa Şurasına üzv olan ölkələr arasında Azərbaycan bu hüququ ən çox pozan 3 ölkədən biridir. AİHM bu hüququn pozuntusu ilə bağlı ən çox qərarı Türkiyəyə qarşı çxıarıb – 97 qərar. Rusiyaya qarşı 45 belə qərar çıxarılıb. Azərbaycan bu göstərici üzrə sıralamada 3-cüdür – 34 qərar.