AİHM-də baxılmasını gözləyən şikayətlər – Azərbaycan liderlər sırasındadır

Analiz

2019-cu il oktyabrın sonuna olan bilgilərə görə, Avropa İnsan Haqları Məhkəməsində baxılmasını gözləyən şikayətlərin cəmi sayı 60150-dir. Bu şikayətlərin 75 faizə qədəri 5 ölkənin payına düşür.

AİHM-in statistic bilgilərinə görə, Rusiyadan göndərilmiş 14 min 600 şikayət baxılmasını gözləyir ki, bu göstərici AİHM-dəki şikayətlərin ümumilikdə 24 faizindən çoxdur.

Sonrakı pillədə 8700 şikayətlə (14 faizdən çox) Türkiyə dayanır.

AİHM-də baxılmasını gözləyən şikayətlərin 14 faizi (8650 şikayət) Ukraynanın, 13 faizi (7950 şikayət) Rumıniyanın, 5 faizi (3200 şikayət) İtaliyanın payına düşür.

Gözləyən şikayətlərin sayı baxımından Azəbaycan 6-cı sırada gəlir – 2 min 200 şikayət. Bu, AİHM-in şikayət yükünün 3.7 faizi deməkdir. Bu şikayətlərin 500-dən çoxu hazırda hökumətlə kommunikasiya edilir.

Azərbaycanı gözləyən şikayətlərin sayı üzrə 2,9 faizlə Ermənistan izləyir.