AİHM 50 sualda

 

1. Konvensiya nə vaxt qəbul edilmişdir?

Daha çox “Avropa İnsan Hüquqları Konvensiyası” kimi tanınan İnsan Hüquqları və Əsas Azadlıqların Qorunması barədə Konvensiya 4 noyabr 1950-ci ildə Romada imzalanmış, 3 sentyabr 1953-cü ildə qüvvəyə minmişdir. Konvensiya İnsan Hüquqları haqqında Ümumi Bәyannamәdə qəbul edilmiş əsas hüquq və azadlıqları təsbit etmiş və üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyən dövlətlər barəsində qətnamələr çıxarmaq səlahiyyətinə malik olan beynəlxalq məhkəmə orqanı təsis etmişdir. 

2. Konvensiyanın protokolu nədir?

Konvensiyanın protokolu Konvensiyanın ilk mətninə bir və ya bir neçə hüquq əlavə edən və ya onun müəyyən müddəalarına düzəlişlər edən sənəddir. Konvensiyanın siyahısına əlavə hüquqlar daxil edən protokollar yalnız onu imzalayan və ratifikasiya edən Dövlətlərin üzərinə öhdəlik qoyur. Protokolu ratifikasiya etmədən imzalayan Dövlət onun müddəalarının yerinə yetirilməsi üzrə öhdəlik daşımır. Bu günə qədər 14 əlavə protokol qəbul olunmuşdur. 

Digər suallara cavablarla tanış olmaq üçün PDF Yüklə