№66035/11 QUBA KONSERV 1 ASC AZƏRBAYCANA QARŞI – 12 SENTYABR 2019-CU İL

BEŞİNCİ BÖLMƏ
QƏRAR

Ərizənin nömrəsi: 66035/11

Quba Konserv 1 ASC Azərbaycana qarşı

 

Avropa İnsan Hüquqları Məhkəməsi (Beşinci Bölmə), 12 sentyabr 2019-cu il tarixdə aşağıdakı heyətdən ibarət Komitədə:

Ganna Yudkivska, President,
André Potocki,
Yonko Grozev, hakimlər,

və Liv Tigerstedt, Qeydiyyat Bölməsi Rəhbərinin Köməkçisi,

10 oktyabr 2011-ci il tarixli Ərizəni diqqətə alaraq,

Müzakirələrdən sonra aşağıdakı qərarı qəbul etdi:

FAKTLAR və PROSEDUR

Ərizəçi Quba Konserv 1 Açıq Səhmdar Cəmiyyəti 2004-cü ildə dövlət qeydiyyatından keçmiş şirkətdir.

Ərizəçini Məhkəmə qarşısında şirkətin İdarə Heyətinin sədri cənab J. Qəribov təmsil edib.

Əriəçi şirkət Konvensiyanın 1 Saylı Protokolunun 1-ci Maddəsinə və Konvensiyanın 6 və 13-cü maddələrinə əsaslanaraq, daxili məhkəmələrin qərarlarının əsassızlığından şikayət edirdi. Məhkəmə həmin şikayətlər barədə Azərbaycan Hökumətini (Hökumət) bilgiləndirdi, şikayətlərin qəbuledilənliyi və əsasları barədə müşahidələrin təqdim olunmasını istədi.

Məhkəmə Hökumətin müşahidələrini görüşlərini bildirməsi üçün Ərizəçi şirkətə göndərdi. Ancaq Ərizəçidən cavab almadı.

Məhkəmə 25 oktyabr 2018-cu il və 5 iyun 2019-cu il tarixlərində xəbərnamlə poçt vasitəsilə Ərizəçiyə məktub göndərdi, Hökumətin görüşlərinə yönəlik müşahidələrini təqdim etmək üçün müəyyən edilmiş icazə verilən müddətin 8 iyun 2018-ci il tarixdə başa çatdığını, müddətin uzadılmasının tələb olunmadığını bildirdi. Məhkəmə Konvensiyanın 37-ci maddəsinin 1-ci bəndini (a) Ərizəçilərin diqqətinə çatdırdı. Bildirdi ki, şərtlər Ərizəçinin ərizə üzrə araşdırmanın davam etdirməsi niyyətində olmaması nəticəsinə gəlməyə əsaslar verdiyi hallarda, Məhkəmə ərizəni baxılacaq işlər siyahısından çıxara bilər.

Ərizəçi Məhkəmənin məktubunu 21 iyun 2019-cu il tarixlərində aldı. Ancaq Məhkəmə Ərizəçidən məktuba cavab almadı.

QANUNVERİCİLİK

Yuxarıda qeyd edilənlərin işığında Məhkəmə, digər Ərizəçinin, eləcə də Ərizəçinin varislərinin artıq ərizənin araşdırılmasını davam etdirməyi istəmədiyi nəticəsinə gəldi (Konvensiyanın 37 § 1 (a) maddəsi). Məhkəmə Konvensiyanın 37 § 1-ci maddəsinə uyğun olaraq, Ərizənin araşdırılmasının davam etdirilməsi üçün xüsusi hal müəyyən etmədi. Göstərilənlərə görə, ərizə siyahıdan çıxarılmalıdır.

Bu səbəblərə görə, Məhkəmə yekdilliklə,

Ərizəni baxılacaq işlərinin siyahısından çıxarmaq qərarı verdi.

Qərar ingilis dilində hazırlandı və 3 oktyabr 2019-cu il tarixdə yazılı şəkildə elan edildi.

Liv Tigerstedt,
Acting Deputy

Ganna Yudkivska,
Beşinci Bölmə, President