№28440/11 ZAUR İSAYEV AZƏRBAYCANA QARŞI – 21 MART 2019-CU İL

BEŞİNCİ BÖLMƏ
QƏRAR

Ərizənin nömrəsi: 28440/11
Zaur İSAYEV Azərbaycana qarşı

Avropa İnsan Hüquqları Məhkəməsi (Beşinci Bölmə), 21 mart 2019-cu il tarixdə aşağıdakı heyətdən ibarət Komitədə:

Síofra O’Leary, President,
Mārtiņš Mits,
Lado Chanturia, hakimlər,

və Liv Tigerstedt, Qeydiyyat Bölməsi Rəhbərinin Köməkçisi,

18 aprel 2011-ci il tarixli Ərizəni diqqətə alaraq,

Müzakirələrdən sonra aşağıdakı qərarı qəbul etdi:

FAKTLAR və PROSEDUR

Ərizəçi Zaur Fərhad oğlu İsayev 1980-ci ildə doğulub.

Ərizəçini Məhkəmə qarşısında Azərbaycanda fəaliyyət göstərən hüquqşunas cənab C.Həsənov tərəfindən təmsil olunub.

Ərizəçi Konvensiyanın 8-ci maddəsinə əsaslanaraq, səlahiyyətli dövlət orqanlarının ona yaşayış icazəsi verməkdən imtina etməsindən şikayət edib. Məhkəmə Ərizəçinin şikayətləri barədə Azərbaycan Hökumətini (“Hökumət”) bilgiləndirib.

Ərizəçi 28 dekabr 2018-ci il tarixdə Məhkəməyə məktub göndərdi, şikayətlərinin əsaslarını təşkil edən faktların həllini tapdığını, ərizəsini geri götürmək istədiyini bildirdi.

QANUNVERİCİLİK

Məhkəmə yuxarıda qeyd edilənləri nəzərə alaraq, Ərizəçilərin artıq ərizənin araşdırlmasını davam etdirmək istəməməsi nəticəsinə gəldi (Konvensiyanın 37 § 1 (a) maddəsi). Məhkəmə Konvensiyanın 37 § 1-ci maddəsinə uyğun olaraq, Ərizənin araşdırılmasının davam etdirilməsi üçün xüsusi hal müəyyən etmədi.

Yuxarıda göstərilənlərə görə, Ərizə siyahıdan çıxarılmalıdır.

Bu səbəblərə görə, Məhkəmə yekdilliklə,

Ərizəni baxılacaq işlərinin siyahısından çıxarmaq qərarı verdi.

Qərar ingilis dilində hazırlandı və 11 aprel 2019-cu il tarixdə yazılı şəkildə elan edildi.

Liv Tigerstedt,
Acting Deputy

Síofra O’Leary,
Beşinci Bölmə, President