№20918/09 ƏLƏSGƏR ABBAS OĞLU İSMAYILOV AZƏRBAYCANA QARŞI – 29 AVQUST 2019-CU İL

BEŞİNCİ BÖLMƏ
QƏRAR

Ərizənin nömrəsi: 20918/09
Ələsgər Abbas oğlu İSMAYILOV Azərbaycana qarşı

Avropa İnsan Hüquqları Məhkəməsi (Beşinci Bölmə), 29 avqust 2019-cu il tarixdə aşağıdakı heyətdən ibarət Komitədə:

Yonko Grozev, President,
Ganna Yudkivska,
André Potocki, hakimlər,

və Liv Tigerstedt, Qeydiyyat Bölməsi Rəhbərinin Köməkçisi,

1 aprel 2009-cu il tarixli Ərizəni diqqətə alaraq,

Müzakirələrdən sonra aşağıdakı qərarı qəbul etdi:

FAKTLAR və PROSEDUR

Ərizəçi cənab Ələsgər İsmayılov 1938-ci ildə doğulub. Onu Məhkəmə qarşısında Bakıda fəaliyyət göstərən hüquşunas xanım S.Alıyeva təmsil edib.

Ərizəçi Konvensiyanın 3-cü Maddəsinə əsasən, Sədərək rayon polis idarəsində saxlanılma şəraitinin qanunsuzluğundan şikayət edib. Məhkəmə Ərizəçinin şikayətinin qəbuledilənliyi və əsasları ilə bağlı müşahidələrini bildirməsi üçün Azərbaycan Hökumətini (Hökumət) bilgiləndirib.

Hökumətin təqdim etdiyi müşahidələr görüşlərini bildirməsi üçün Ərizəçiyə göndərildi. Ərizəçinin təmsilçisi 19 noyabr və 26 dekabr 2018-ci il tarixli məktublarında bildirdi ki, telefon zənglərinə cavab vermədiyi üçün Ərizəçi ilə əlaqə qura bilmir.

Məhkəmə 17 yanvar 2019-cu il tarixdə Ərizəçinin təmsilçisinə onun məktublarının alındığını bildirdi, qeyd etdi ki, Ərizənin araşdırılmasının davam etdirilib-etdirilməyəcəyi mövcud hallar nəzərə alınmaqla müəyyən ediləcək.

Məhkəmə 17 dekabr 2018-ci il tarixdə xəbərnamlə poçt vasitəsilə Ərizəçiyə məktub göndərdi, müşahidələrini təqdim etmək üçün müəyyən edilmiş icazə verilən müddətin 6 noyabr 2018-ci il tarixdə başa çatdığını, ancaq istəniləcəyi təqdirdə müşahidələrin təqdim edilməsi üçün yeni müddətin verilə biləcəyi qeyd etdi. Məhkəmə həmçinin, Konvensiyanın 37-ci maddəsinin 1-ci bəndini (a) Ərizəçinin diqqətinə çatdırdı. Bildirdi ki, şərtlər Ərizəçinin ərizə üzrə araşdırmanın davam etdirməsi niyyətində olmaması nəticəsinə gəlməyə əsaslar verdiyi hallarda, Məhkəmə ərizəni baxılacaq işlər siyahısından çıxara bilər.

Ərizəçi həmin məktubu 11 fevral 2019-cu il tarixdə aldı, ancaq həmin məktuba cavab verilmədi.

QANUNVERİCİLİK

Yuxarıda qeyd edilənlərin işığında Məhkəmə, digər Ərizəçinin, eləcə də Ərizəçinin varislərinin artıq ərizənin araşdırılmasını davam etdirməyi istəmədiyi nəticəsinə gəldi (Konvensiyanın 37 § 1 (a) maddəsi). Məhkəmə Konvensiyanın 37 § 1-ci maddəsinə uyğun olaraq, Ərizənin araşdırılmasının davam etdirilməsi üçün xüsusi hal müəyyən etmədi.

Göstərilənlərə görə, ərizə siyahıdan çıxarılmalıdır.

Bu səbəblərə görə, Məhkəmə yekdilliklə,

Ərizəni baxılacaq işlərinin siyahısından çıxarmaq qərarı verdi.

Qərar ingilis dilində hazırlandı və 19 sentyabr 2019-cu il tarixdə yazılı şəkildə elan edildi.

Liv Tigerstedt,
Acting Deputy

Yonko Grozev,
Beşinci Bölmə, President