Avropa Məhkəməsi 39-cu Qaydaya və müvafiq Təlimat-a dəyişiklik edib

Avropa İnsan Hüquqları Məhkəməsi müvəqqəti tədbirlərin tətbiqi ilə bağlı olan 39-cu Qayda-ya dəyişiklikləri əks etdirən Məhkəmə Reqlamentinin yenilənmiş mətnini yayıb. Düzəlişlər Razılığa gələn Tərəflərin və digər maraqlı tərəflərlə məsləhətləşmələrdən sonra 23 fevral 2024-cü il tarixdə məhkəmnin Plenumu tərəfindən qəbul edilib. Dəyişikliklərin məqsədi müvəqqəti tədbirlər-lə bağlı mövcud təcrübəni daha da aydınlaşdırmaq və daha da aydın tənzimləməkdir. Məhkəmə həmçinin, yenilənmiş 39-cu Qaydanı müşayət edən Tətbiqlə bağlı Təlimat-ını da revizə edib, Təlimat artıq müvafiq məhkəmə prosesinin gedişatına daha çox açıqlıq və şəffaflıq gətirmək məqsədi ilə “müvəqqəti tədbirlər” prosedurunun maddi və prosessual aspektlərinə dair ətraflı təlimatı özündə ehtiva edir. Hər iki mətn Məhkəmənin internet saytında mövcuddur və 28 mart 2024-cü il tarixindən qüvvəyə minmiş sayılır.

39-cu Qayda (müvəqqəti tədbirlər)

Məhkəmnin Plenumu 23 fevral 2024-cü il tarixdə müvəqqəti tədbirlər-in tətbiq edilə biləcəyi halları və belə tədbirlərin tətbiqinin tələb edilməsi və təmin edilməsi üçün əldə edilməli olan hədləri aydınlaşdırmaq məqsədi ilə Məhkəmə Reqlamentinin 39-cu Qaydasını rəsmən dəyişdirib. 2023-cü ilin noyabrında elan edilmiş bu dəyişikliklərin məqsədi həm də Qaydanın mətninin Məhkəmənin presedent hüququ və praktikasına uyğunlaşdırmaq idi. Digər düzəlişlərlə yanaşı, 39-cu Qaydanın yenilənmiş variantında “Konvensiyadan doğan bir hüquqa düzəldilməsi mümkün olmayan zərər vurulması yönündə real riski”in mövcud olduğu hallarda müvəqqəti tədbirlərin tətbiq edilməsi gerçəyinə açıq istinad edilir. Yeni versiyada həmçinin, müvəqqəti tədbirlərin tətbiq edilməsi ilə bağlı müraciətlərə hansı orqanlarda baxıla biləcəyi izah edilir. Məhkəmə Reqlamentinin 39-cu Qaydasının tam mətni:

Əvvəlki:

Qayda 39, Müvəqqəti tədbirlər

1. Palata və ya müvafiq hallarda Palatanın Sədri iş üzrə tərəfin, yaxud hər hansı digər maraqlı şəxsin vəsatəti ilə və ya öz təşəbbüsü ilə tərəflərin maraqları baxımından və ya icraatın lazımi qaydada aparılmasının maraqları baxımından Palatanın fikrincə görülməli olan ilkin tədbirlər barədə tərəfləri xəbərdar edə bilər.

2. Müvafiq hesab olunduqda, konkret işdə qəbul edilən tədbir haqqında bildiriş Nazirlər Komitəsinə göndərilə bilər.

3. Palata özünün qeyd etdiyi hər hansı ilkin təminat tədbirlərinin yerinə yetirilməsi ilə bağlı istənilən məsələyə görə tərəflərdən məlumat istəyə bilər.

Yeni versiya:

Qayda 39, Müvəqqəti tədbirlər

1. Məhkəmə müstəsna hallarda, tərəflərdən birinin və ya maraqlı hər hansı digər şəxsin tələbi və ya öz təşəbbüsü ilə tətbiq edilməsini zəruri saydığı hər hansı bir müvəqqəti tədbirin görülməli olmasını tərəflərə bildirə bilər. Məzmun etibarı ilə yenilənə, bərpa oluna və ya adekvat kompensasiya oluna bilməyəcək Konvensiyada nəzərdə tutulan hüquqa yönəlik bərpası mümkün olmayan zərər risqi mövcud olduğu durumlarda tətbiq edilən bu tədbirlər haqda qərarlar tərəflərin maraqları və ya mühakimənin uyğun şəkildə həyata keçirilməsi üçün qəbul edilə bilər.

2. Məhkəmənin müvəqqəti tədbirlər haqqında sorğular üzrə qərar qəbul etmək səlahiyyəti bu Qaydanın 5-ci bəndinə uyğun olaraq təyin edilmiş növbətçi hakimlər və ya uyğun olduğu hallarda Bölmə, Palata, Böyük Palata sədri və ya Böyük Palata və Məhkəmənin Sədri tərəfindən həyata keçirilir.

3. Müvafiq hesab edildiyində, konkret iş üzrə qəbul edilmiş tədbirlər barədə Nazirlər Komitəsinə dərhal məlumat verilə bilər.

4. Bu Qaydanın 5-ci bəndinə uyğun olaraq təyin edilmiş növbətçi hakim və ya müvafiq durumlarda Bölmə, Palata, Böyük Palata sədri və ya Böyük Palata və Məhkəmənin Sədri tərəflərdən nəzərdə tutulan hər hansı müvəqqəti tədbirin həyata keçirilməsi ilə bağlı hər hansı xüsusat haqda məlumat tələb edə bilər.

5. Məhkəmənin sədri, bölmələrin sədr müavinlərini müvəqqəti tədbirlərin görülməsi ilə bağlı müraciətlər üzrə qərar qəbul etmək üçün növbətçi hakimlər kimi təyin edir.

Tətbiqlə bağlı Təlimat

Məhkəmə həmçinin yenilənmiş 39-cu Qaydaya əlavə olaraq yenilənmiş Tətbiqlə bağlı Təlimat-ı da yayınlayıb.

Təlimatın tam mətni