№48838/15 Z. İBRAHİMOV AZƏRBAYCANA QARŞI – 01 fevral 2021-ci il

 

 

Kommunikasiyaya başlanılıb: 11 yanvar 2021-ci il

Yayınlanma tarixi: 1 fevral 2021-ci il

 

BEŞİNCİ BÖLMƏ

Ərizə №48838/15

Zülfüqar Davud oğlu İBRAHİMOV Azərbaycana qarşı

17 sentyabr 2015-ci il tarixdə daxil olub

 

İŞİN MƏZMUNU

Bu ərizə, yerli məhkəmələrin ərizəçinin həbsdə tutulması üçün yetərli və müvafiq səbəblər göstərməməsi və girov müqabilində sərbəst buraxılma tələbini lazımınca araşdırmaması ilə əlaqədardır –  məhkəmələr bu tələbi çox qısa zamanda araşdırıb və ümumi şəkildə rədd edib.

Ərizəçi Konvensiyanın 5-ci maddəsinin 3-cü bəndində nəzrədə tutulan hüquqlara istinad edir.

TƏRƏFLƏRƏ SUALLAR

Yerli məhkəmələr, Konvensiyanın 5-ci maddəsinin 3-cü bəndinin məqsədləri baxımından, ərizəçinin tutulması üçün yetərli və uyğun səbəblər irəli sürüblərmi?

Ərizəçinin girov müqabilində sərbəst buraxılması tələbi Konvensiyanın 5-ci maddəsinin 3-cü bəndində tələb olunduğu ölçülərdə yerli məhkəmələr tərəfindən araşdırıldımı?