№56540/10 XƏQANİ BABAYEV AZƏRBAYCANA QARŞI – 15 NOYABR 2018-Cİ İL

BEŞİNCİ BÖLMƏ
QƏRAR
Ərizə №56540/10
Xəqani BABAYEV
Azərbaycana qarşı

Avropa İnsan Hüquqları Məhkəməsi (Beşinci Bölmə), 25 oktyabr 2018-ci il tarixdə aşağıdakı heyətdən ibarət Komitədə:

Yonko Grozev, Prezident,
Gabriele Kucsko-Stadlmayer,
Lәtif Hüseynov, hakimlər,

21 sentyabr 2010-cu il tarixdə təqdim edilmiş yuxarıdakı ərizəni diqqətə alaraq,
Cavbdeh Hökumətin təqdim etdiyi müşahidələri və ərizəçinin həmin müşahidələrlə bağlı təqdimatlarını nəzərə alaraq,
Müzakirələrdən sonra aşağıdakı qərarı qəbul etdi:

FAKTLAR VƏ PROSEDUR

Ərizəçi Cənab Xəqani Babayev, 1963-cü ildə anadan olunb, Bakı şəhərində yaşayan Azərbaycan vətəndaşıdır. O, Məhkəmə qarşısında Bakıda fəaliyyət göstərən hüquqşunas Xanım Ş. Camalzadə tərəfindən təmsil olunub.

Məhkəmə ərizəçinin Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinə, 13-cü maddəsinə və 1 Saylı Protokolun 1-ci maddəsinə əsaslanaraq yerli məhkəmələrin qərarlarının icra olunmamasından verdiyi şikayətlərlə bağlı Azərbaycan Hökumətini (“Hökumət”) bilgiləndirib.

Qeyd edilməyən tarixdə ərizəçi əmək haqqına görə borcunun ona ödənilməsi və əmək kitabçasının ona qaytarılması tələbi ilə Nərimanov Rayon Məhkəməsində iddia qaldırıb. Nərimanov Rayon Məhkəməsi 29 may 2009-cu il tarixdə ərizəçinin tələblərini təmin etdi. Ərizəçi bildirir ki, bu qərar yekun və icrası məcburi idi.

Hökumət 18 yanvar 2012-ci il tarixdə Məhkəməyə təqdimatında bildirdi ki, cavabdeh tərəf qeyd edilməyən tarixdə apellyasiya şikayəti verib və 17 iyun 2011-ci il tarixdə Bakı Apelyasiya Məhkəməsi Nərimanov Rayon Məhkəməsinin 29 may 2009-cu il tarixli qərarını ləğv edib. Ərizəçi həmin qərardan kassasiya şikayəti verib, Ali Məhkəmə 11 noyabr 2011-ci il tarixli qərarı ilə ərizəçinin kassasiya şikayətini rədd edib və Bakı Apellyasiya Məhkəməsinin qərarını qüvvədə saxlayıb. Hökumət Məhkəməyə müvafiq sənədlərin surətlərini də təqdim edib. Ərizəçi Hökumətin mövqeyi ilə bağlı heç bir təqdimat göndərməyib.

QANUNVERİCİLİK

Məhkəmə ərizəçinin Nərimanov Rayon Məhkəməsinin 29 may 2009-cu il tarixli qərarının icra edilməməsindən şikayət etdiyini qeyd edir.

Hökümətin təqdimatına görə, Nərimanov Rayon Məhkəməsinin 29 may 2009-cu il tarixli qərarı sonradan yuxarı məhkəmələr tərəfindən ləğv edilib. Hökumət bununla da ərizəçinin artıq iddia edilən pozuntuların qurbanı olduğunu iddia edə bilməyəcəyini qeyd etdi və Məhkəməni ərizəni qəbuledilməz elan etməyə dəvət etdi. Ərizəçi Hökumətin bu təqdimatına münasibət bildirməyib.

Bu səbəblərə görə, Məhkəmə yekdilliklə,
Bəyan edir ki, ərizə qəbuledilməzdir.

Qərar ingilis dilində tərtib edilib və 15 noyabr 2018-ci il tarixdə yazılı olaraq açıqlanıb.

Liv Tigerstedt                Yonko Grozev
İclasın katibi                  Prezident